Pedaqoji prosesə müasir
yanaşma günün
tələbidir
"Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan
kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir". Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu sözləri bütün
müəllimlər kimi məni də hər zaman yüksək
məsuliyyət daşımağa vadar edir.
Bu günün müəllimi
öz işini yeni müstəvidə qurmalı, şagirdlərlə,
valideynlərlə, həmkarları ilə yeni tərzdə
qarşılıqlı fəaliyyətdə olmalıdır. Dərsləri
yeni üslubda təşkil etməlidir. Müasir elm və
texnikanın nailiyyətlərindən tam şəkildə bəhrələnməyi
bacarmalıdır. Kurikulum
islahatı bunu hər birimizdən tələb
edir.
Kurikulumun tətbiqi ilə əlaqədar bir çox müəllimlər
kimi mən də ilk öncə vaxt çatışmazlığı
ilə qarşılaşdım. Lakin yeni
qiymətləndirmə konsepsiyasında
əksini tapmış
diaqnostik qiymətləndirmənin
aparılmasının məqsədləri
barədə düşündükdə
anladım ki, bu, hər bir
şagirdə hər fənn üzrə fərdi yanaşma və hər sinifdə yeni öyrənmə mühitinin
yaradılmasına imkan
verir. Müəllimin ustalığı ondan ibarətdir ki, təqdim olunan vəsaitlərin və təlimatların ən optimal variantlarından
dərs prosesində istifadə etsin.
Bu gün dərs dediyim körpə balalar ilk müstəqil addımlarını atarkən
onlarda öyrəndiklərini
həyata keçirmək,
həyati təcrübələrinə
əsaslanıb fikir söyləmək, geniş
dünyagörüşü formalaşdırmaq ən böyük amalımdır.
Təlim prosesində yalnız bilik əldə edilməsi, bacarıq formalaşdırılması ilə
məhdudlaşa bilmərik. Düşünürəm
ki, 6 yaşlı şagirdlərlə iş
zamanı emosiyalar, hisslərə toxunulması,
öyrənməyə maraq
yaradılması xüsusilə
vacibdir. Bunun üçün bütün
imkanlardan istifadə etməyə
çalışıram. Hər bir
dərsdə, sinifdənkənar
məşğələdə şagirdlərimdə maraq
oyadaraq yaradıcılığa
cəlb etdikdə, onların ən kiçik uğurlarını
gördükdə özümü
ən uca zirvələri fəth etmiş bir insan sayıram.
Bu gün yaxşı müəllim olmaq nə deməkdir? Bu sual məni hər zaman düşündürür. Məncə bu, gündəlik hazırlıqlı, müasir
təlim üsulları,
yeni pedaqoji mühiti, demokratik tədris üsullarını,
İKT-ni geniş tətbiq edən, qabaqcıl təcrübəni
öyrənən və
ən yaxşı nümunələri seçə
bilən, öz sənətinə vurğun
olan müəllimdir.
Bu gün artıq nəticəyönümlü təhsilin
müsbət tərəfləri
özünü göstərir
və hər birimiz bunu öz
təcrübəmizdə görürük. Hər birimiz
təqdim olunmuş vəsaitlərin (ikinci sinif) tətbiqinə tam yaradıcılıqla yanaşmalıyıq.
Təhsilin keyfiyyəti müasir şəraitdə hər bir şagirdin uğurlu, müstəqil həyat fəaliyyətinə
hazırlıq keyfiyyəti
kimi başa düşülməlidir. Bu gün biz şagirdlərin
formalaşmasında "təməl
daşını qoyan"
ibtidai sinif müəllimlərinin peşəkar
fəaliyyətlərində vacib olan dəyişiklikləri
nəzərə almalıyıq.
Bunlara pedaqoji məqsədlərin
şagirdin özünürealizə
oriyentasiyası və
təhsil nəticələrinin
(kompetensiyaların) təyin
edilməsi; təhsilin
məzmununa şagirdlərin
tapdıqları materialların
daxil edilməsi; şagird nailiyyətinin qiymətləndirilməsində dəyişiklik; müəllimin
pedaqoji fəaliyyətdə
baş verəcək dəyişikliklərə hazır
olması daxildir.
Bütün bunlardan belə nəticəyə gəlmək
olar ki, müəllimlərdən ənənəvi
metodlarla yanaşı,
yeni interaktiv üsullarla işləmək
bacarığı da tələb olunur.
Ayğun BAXIŞOVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.15.