Müəllimlərin səviyyəsindən
razı qaldım
Uşaqların gələcəyi qayğısına
qalmaq, onların xoşbəxt və rahat həyatını təmin etmək üçün əlindən
gələni əsirgəməmək
azərbaycanlıların milli
xüsusiyyətlərindəndir. Deyə bilərik
ki, biz bu aspektdə daha çox səy göstəririk. Uşaqlarımız məktəbə getməyə
başlayandan onların
mükəmməl təhsil
almalarına çalışır,
yaxşı məktəb,
yaxşı müəllim
axtarırıq.
Kimliyimizdən asılı olmayaraq, hamımız həm də valideynik. Mənim
övladlarım Bakıdakı
Əsəd Əhmədov
adına 308 nömrəli məktəbdə
təhsil alırlar.
Məktəbdə ciddi nizam-intizam var. Məncə, bu bütün valideynlərin
ürəyincə olan
haldır. Məni xüsusilə razı
salan isə müəllim kollektivinin səmimi, qayğıkeş
olması, təlimə
ciddi münasibət göstərməsidir.
Qızımın riyaziyyat
dərsində iştirak
edərkən müəllim
Vəsilə Məmmədovanın mövzunu
şagirdlərə mükəmməl
çatdıra bilməsi,
aktiv şəkildə
dərsə cəlb etməsi xoşuma gəldi. Həm də sinif rəhbəri şagirdlərin
davranışlarına səriştəli
bir pedaqoq kimi nəzarət edirdi.
Azərbaycan dili müəllimi Səadət Rzayeva isə öz tələbkarlığı ilə
şagirdləri passivlikdən
uzaqlaşdırmağı məharətlə bacarır. Qısa
zaman ərzində şagirdlərin keçmiş
mövzuya hazırlıq
səviyyəsini obyektiv
şəkildə qiymətləndirməyi
bacaran gənc müəllim yeni mövzunun uşaqlar tərəfindən tam qavranılmasına
nail olur.
Hesab edirəm ki, övladlarımın ana dilimizi incəliklərinə
qədər öyrənə
bilməsi, riyaziyyatdan
misal və məsələləri həvəslə
həll etməsi Səadət müəllimin,
Vəsilə müəllimin
əməyinin nəticəsidir.
308 nömrəli
məktəbdə belə
müəllimlər az deyil. Çoxillik pedaqoji təcrübəsi
olan Şükufə Aslanlı coğrafiya fənnini tədris edir. Sinifdə vaxtaşırı bilik yarışmaları təşkil edən Şükufə müəllim
qızımda coğrafiya
fənninə böyük
həvəs yaradıb.
İbtidai sinif müəllimi Vəsilə Şahbazova da razı qaldığımız
müəllimlərdəndir. Mən onların
hamısına təşəkkür
edirəm.
Bəzən olur ki, valideynlər
hansısa müəllimin
ya dərs üslubundan, yaxud da şagirdin biliyini obyektiv qiymətləndirməməsindən razı qalmır. Ancaq düşünürəm
ki, narazılıqlarımızı
bildiririksə, razılıqlarımızı
niyə söyləməyək?
Mən bir valideyn olaraq 308 nömrəli məktəbdə
işləyən Vəsilə
Məmmədova, Səadət
Rzayeva, Şükufə
Aslanlı, Vəsilə
Şahbazovaya, eləcə
də onların timsalında əsl müəllimlərə minnətdarlığımı
bildirir, onlara uğurlar arzulayıram.
Bir də onu demək
istəyirəm ki, yaxşı müəllimlərin
sayı çox olduqca biz valideynlərdə
övladlarımızın gözəl gələcəyinə
ümidlər də artır.
Elgül KƏRİMOVA
Azərbaycan müəllimi.-
2010.- 15 oktyabr.- S.14.