Təhsil naziri 299 nömrəli
məktəbin VMA üzvləri
ilə görüşüb
Oktyabrın 15-də Azərbaycan
Respublikasının təhsil
naziri Misir Mərdanov Bakının Biləcəri qəsəbəsində
yerləşən 299 nömrəli
məktəbdə olub,
bu tədris ocağının Valideyn-Müəllim
Assosiasiyasının üzvləri
ilə görüşüb.
Görüşdən öncə
nazir məktəbi gəzərək burada şagirdlərin təhsili,
müəllimlərin fəaliyyəti
üçün yaradılan
şəraitlə tanış oldu. Məktəbin direktoru Solmaz Kazımova tədris ocağı barədə nazirə məlumat verdi.
Bildirildi
ki, 1943-cü ildə açılmış, 2008-ci ildən
fəaliyyətini məktəb-lisey
kimi davam etdirən tədris ocağında hazırda
1570 şagird təhsil
alır. 121 müəllim onların təlimi, tərbiyəsi,
həyata hazırlanması
ilə məşğuldur.
Məktəb binasının kiçikliyi,
qəsəbənin mərkəzində
yerləşdiyi üçün
bura uşaq axınının çox
olması üzündən
yaranmış sıxlıq
və darısqallıq
nəzərə alınaraq
2006 və 2008-ci illərdə
dövlət vəsaiti
hesabına məktəb
üçün əlavə
korpuslar tikilərək
istifadəyə verilib.
Əsas korpus özü də 2008-ci ildə əsaslı təmir olunub.
Məktəbdəki sinif otaqları, laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Məktəbə 68 kompüter dəsti
verilib. 4 kompüter sinfi yaradılıb, bütün
kompüterlər İnternet
şəbəkəsinə qoşulub. Bu işlərdə 2008-ci ildə
təsis olunmuş VMA
üzvlərinin, qəsəbə
bələdiyyəsinin yaxından
köməyi olduğu
qeyd edildi.
Təhsil naziri məktəbin əsas və əlavə tədris korpuslarını,
həyətyanı sahəsini
gəzib siniflərə,
fənn kabinetlərinə,
laboratoriyalara, kompüter
otaqlarına baxdı, idman
zalı, kitabxana ilə tanış oldu.
Sonra təhsil naziri məktəbin akt zalında VMA üzvləri
ilə görüşdü. Görüşü açan Misir Mərdanov zala toplaşanları salamlayaraq
bir neçə ay öncə VMA nümayəndələri
ilə Təhsil Nazirliyindəki görüşündə
verdiyi sözə əməl edərək onlarla görüşə
gəldiyini söylədi.
Məktəbdən aldığı təəssüratını görüş
iştirakçıları ilə bölüşən
nazir aparılan tikinti-təmir işlərini
yüksək qiymətləndirdi,
tədris ocağında
normal şəraitin yarandığını
söylədi, bu mühitin yaranmasında əməyi olanlara təşəkkürünü bildirdi.
Son 7-8 il
ərzində ölkəmizdə
2 mindən artıq məktəbin şəraiti
yaxşılaşdırılsa da hazırda, təxminən bir o qədər də məktəbdə vəziyyətin
pis olduğunu, təkcə Bakıda 160 məktəbin əsaslı
təmirə, əlavə
tədris korpusuna ehtiyacı olduğunu deyən nazir artıq bu istiqamətdə
sistemli işlər aparıldığını diqqətə
çatdırdı.
299 nömrəli məktəb-liseydə
bu baxımdan vəziyyəti qənaətbəxş
saydığını söyləyən
nazir mövcud vəziyyəti qoruyub saxlamağı, təlimin
keyfiyyətini yaxşılaşdırmağı,
məktəbdə sağlam
mühit formalaşdırmağı,
valideynləri məktəbin
idarə olunmasına yaxından cəlb etməyi kollektivə tövsiyə etdi. Nazir bildirdi ki, ona
verilən məlumata görə, bu təhsil ocağında
VMA öz fəaliyyətini
çox yaxşı qurub, valideynlərlə məktəb, müəllimlər
arasında sıx əlaqə mövcuddur, valideynlər məktəbin
problemlərinin həllində
fəal iştirak edirlər. Buna sevindiyini
deyən nazir digər məktəblərdə
də belə olmasını arzu etdi.
Yaradılmış yaxşı
şəraitə baxmayaraq,
məktəbin bir sıra problemlərinin də olduğunu qeyd edən nazir onların aradan qaldırılmasında
təhsil ocağına
nazirlik tərəfindən
lazımi köməklik
göstəriləcəyinə kollektivi
əmin etdi.
Görüşdə VMA üzvü
olan müəllim və valideynlərdən Nuriyyə Verdiyeva, Nadir Ağayev, İlham Qayıbzadə, məktəb
VMA-nın prezidenti Mübariz Kərimov çıxış edib,
işinin çox olmasına baxmayaraq vaxt ayırıb onlarla görüşə
gəldiyinə görə
nazirə təşəkkürlərini
bildirdilər, arzu və təkliflərini söylədilər.
Görüşün sonunda təhsil naziri çıxış
edənlərə təşəkkürünü
bildirib toxunulan bir sıra məsələlərin
onu da düşündürdüyünü,
yaxın gələcəkdə
onların həlli istiqamətində zəruri
addımlar atılacağını,
söylənən irad
və təkliflərə
diqqətlə yanaşılacağını
bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-
2010.- 22 oktyabr.- S.2.