Təhsil naziri Azərbaycan
Universitetində olub
Ölkəmizin ilk özəl
ali təhsil
müəssisəsi olan
Azərbaycan Universiteti
2010-2011-ci dərs ilinə
yeni inşa olunmuş və ən müasir avadanlıqlarla təmin edilmiş binada başlayıb. Yeni bina, burada yaradılmış
şəraitlə tanış
olmaq, görülmüş
işləri dəyərləndirmək
məqsədi ilə Azərbaycan Respublikasının
təhsil naziri cənab Misir Mərdanov oktyabrın 21-də Azərbaycan
Universitetində oldu, tələbə və müəllimlərlə görüşdü.
Universitetin rəhbərliyi, müəllim-tələbə heyəti
tərəfindən səmimi
qarşılanan təhsil
naziri öncə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə
gül dəstəsi qoyub xatirəsini ehtiramla yad etdi.
Sonra universitetlə tanışlıq
başlandı.
Nazir auditoriyaları,
digər tədris-yardımçı
otaqları gəzərək təhsilin
keyfiyyətini, müəllim-tələbə
fəaliyyətinin səmərəliliyini
yüksəltmək üçün
yaradılmış şəraitlə
tanış oldu. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev nazirə məlumat verdi
ki, yeni bina müasir tələblərə tam cavab
verir, ən yeni texnoloji avadanlıq universitetin tələbə və müəllimlərinin ixtiyarındadır.
Burada hamının istifadə edə biləcəyi sürətli kabel İnternet şəbəkəsi
və Wi-Fi sistemi mövcuddur. Bütün
auditoriyalar və inzibati iş yerləri kompüterlərlə
təmin olunub, auditoriyaların hər birində proyektor quraşdırılıb. 250 kompüter və 30 proyektor mühazirə və seminar məşğələlərinin
müasir təlim texnologiyalarının tətbiqi
ilə aparılmasına
imkan yaradır. Auditoriyalarda super tədris
imkanına malik "ağıllı lövhə"lərdən
istifadə olunur.
Jurnalistika ixtisası üzrə kadr hazırlığı
üçün nəzərdə
tutulmuş Studiya-Media
Mərkəzində tələbə-jurnalistlərin
ən müasir tələblər səviyyəsində
fəaliyyət göstərməsi
üçün bütün
şərait yaradılıb. Bu mərkəzdən, habelə
konfrans zallarından istənilən televiziya kanalı, dünyanın hər hansı universiteti ilə canlı yayım reallaşdırıla, telekörpu
qurula və ya distant təhsil təşkil edilə bilər.
İnformatika və dil dərslərinin keçilməsi üçün
universitetdə 6 tam kompüterləşdirilmiş
auditoriya var. Tələbə
İnternet zalında eyni vaxtda 23 tələbə kompüter
arxasında əyləşib
tədris tapşırıqlarını
hazırlaya və İnternetdən materiallar
toplaya bilər.
Təhsil naziri auditoriyaları, konfrans və elmi şura
zallarını, İnternet
zalını, kitabxananı
gəzib bütün bunlarla əyani şəkildə tanış oldu. Elmi şura zalında Şimali Kipr Türk Cümhuriyyətinin
Yaxın Doğu Universiteti ilə canlı bağlantı yaradıldı.
Təhsil naziri I və III kurs tələbələrinin ingilis
dili və tarix dərslərində olub tələbə və müəllimlərlə
söhbət etdi, onlara öz tövsiyələrini verdi.
Universitetlə tanışlıqdan sonra nazir yeni binanın
sonuncu - 7-ci mərtəbəsindəki
akt zalında müəllim və tələbələrlə görüşdü. Onları
salamlayan və yeni binaya köçmələri
münasibəti ilə
təbrik edən Misir Mərdanov universitetdə gördüklərindən
çox məmnun qaldığını, görülmüş
işlərin, yüksək
səviyyəli təchizatın
onu sevindirdiyini söylədi, bütün
bunlara görə universitetin rektoruna, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Professor Akif Musayevin təşəbbüskarlığı,
yüksək təşkilatçılıq
bacarığı sayəsində
son illər Azərbaycan
Universitetində təhsilin
təşkili, keyfiyyətinin
yüksəldilməsi, digər
ölkələrin ali məktəbləri
ilə ikitərəfli
əlaqələrin qurulması
istiqamətlərində böyük
işlər görüldüyünü,
uğurlar qazanıldığını
deyən nazir bütün bunların ölkə ictimaiyyəti arasında universitetin nüfuzunun artmasına gətirib çıxardığını
vurğuladı. Bildirdi
ki, bunu bu il universitetə qəbul olunmuş 300 tələbənin
ötən illərdəkindən
fərqli olaraq daha yüksək ballarla bu ali
məktəbə gəlməsi
də sübut edir.
Çıxışının sonunda universitetin yaxın gələcəkdə nəinki
ölkəmizdə, hətta
regionda ən yaxşı ali
təhsil müəssisəsinə
çevriləcəyinə əmin olduğunu söyləyən nazir,
professor-müəllim heyətini
aparılan inkişafyönümlü
işlərdə rektora
yaxından kömək
göstərməyə çağırdı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-
2010.- 22 oktyabr.- S.3.