Təhsil Nazirliyində görüş
Oktyabrın 21-də təhsil
naziri Misir Mərdanov Misir Ərəb Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Sabir Əbdülqadir Mansurla
görüşüb.
Qonağı səmimi
salamlayan Misir Mərdanov onu Təhsil Nazirliyində görməkdən
məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb
Respublikası ilə əlaqələrindən, ölkələrarası
səmimi münasibətlərdən söz açan nazir təhsil
sahəsində də ikitərəfli əməkdaşlığın
inkişafına xüsusi önəm verildiyini bildirib. Nazir azərbaycanlı
tələbələrin Misirin müxtəlif nüfuzlu
universitetlərində, Misir Ərəb Respublikasından olan tələbələrin
isə ölkəmizin ali məktəblərində təhsil
aldıqlarını nəzərə çatdırıb.
Səmimi qəbul
üçün təhsil nazirinə minnətdarlığını
bildirən Misir Ərəb Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir
Mansur ölkələrimiz arasındakı
qarşılıqlı tələbə mübadiləsi məsələsinə
toxunub, Misirdə Azərbaycanın ali məktəblərində
təhsil almağa böyük maraq olduğunu
vurğulayıb. Səfir ölkəsinin ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələrə hər
cür şərait yaradıldığını deyib və
Azərbaycan-Misir təhsil əlaqələrinin daha da dərinləşəcəyinə
əminliyini ifadə edib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb, müvafiq
müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa
yeni töhfələr verəcəyi nəzərə
çatdırılıb.
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.3.