NDU-da yeni laboratoriya istifadəyə verilib

 

Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində yeni laboratoriya istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli laboratoriya üçün lazımi avadanlığın alınıb gətirilməsində yaxından kömək göstərmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə universitetin müəllim tələbələri adından minnətdarlıq bildirmişdir.

Laboratoriyada Türkiyənin "Medikal" LTD şirkətindən alınmış müxtəlif avadanlıq, o cümlədən müasir mikroskop, termostat, stelizatorlar digər cihazlar quraşdırılmışdır. Bütün bunlar ixtisaslı tibb kadrlarının hazırlanmasında önəmli rol oynayacaqdır.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.3.