Dinləyicilərə sertifikatlar təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olub. "Azərbaycan dövlətçiliyinin həqiqi əsasları və inzibati islahatlar" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Kursun əsas məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yaranmış yeni biliklərin verilməsi olub. Burada Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, Konstitusiya nəzarətinin mahiyyəti və digər məsələlər əhatə olunub.
Eyni zamanda dinləyicilər bu müddət ərzində
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında praktiki təcrübədə
də olublar.
Sonda Dövlət
İdarəçilik Akademiyasının I prorektoru, professor Ə.Abdullayev
kurs keçmiş dinləyiciləri təbrik edərək,
onlara kursu bitirmələri barədə sertifikatlar təqdim
edib.
Azərbaycan müəllimi.-
2010.- 22 oktyabr.- S.4.