"Gənclər və sağlam həyat tərzi"
Azərbaycan Dillər
Universitetində "Gənclər və sağlam həyat tərzi" və "Bəzi genetik xəstəliklər
və reproduktiv sağlamlıq" mövzusunda tədbir keçirilib. Tədbirdə
"Sağlam nəsil"
İctimai Birliyinin əməkdaşı Könül
Abbasova sağlamlığın
ətraf mühitə
olan müsbət təsiri və əvəzolunmaz roluna, gələcəyin potensial
qüvvəsi olan uşaqların sağlamlığını
müəyyən edən
amillərə aid slayd
təqdim edib.
Tibb elmləri namizədi Sevinc Məmmədova genetik xəstəliklərin
araşdırılması yollarından,
ekoloji cəhətdən
narahatlıq doğuran
ərazilərdən, pis
qidalanmanın fərdə
göstərdiyi mənfi
təsirdən və dünyaya gələcək uşaqların
sağlamlığının bilavasitə ata və ananın sağlamlığı ilə
əlaqədar
olduğundan danışıb.
Tibb elmləri
doktoru Nigar Kamilova isə çıxışında reproduktiv
dövr, dövrün
aspektləri və Azərbaycanda sonsuzluq problemlərinin artdığını
və iltihabi xəstəliklərin xüsusiyyətlərini
qeyd edib.
Tədbir diskussiya formasında başa çatıb.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.4.