Yaradıcı axtarışlara gedən yol

 

Son illər təhsilimizə göstərilən diqqət qayğı güclü inkişafa yol açmışdır. Təhsilin hər bir sahəsində faydalı islahatlar aparılır, uğurlu nailiyyətlər əldə olunur.

Ölkəmizdə təhsil sahəsində atılan yeni addımlardan biri kurikulumların hazırlanması tətbiqidir. Bununla əlaqədar kurikulumlarla işləyən müəllimlər üçün tez-tez təlim kursları keçirilir. Mən digər həmkarlarım kimi həmin təlim kurslarının iştirakçısı olmuşam. 2007-ci ilin iyununda Azərbaycan Respublikası Təhsil Nazirliyi "Mədəd" humanitar təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsildə tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi təlim kursunda, 2008-ci ilin aprelində keçirilən Azərbaycan Respublikasının tədris standartlarına müvafiq olaraq informasiya texnologiyalarının tədris prosesində səmərəli istifadəsi üzrə "İntel-gələcək üçün təhsil" kursunu, 2010-cu ilin avqustunda keçirilən "Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlim Proqramı" kursunun fəal iştirakçısı olmuş sertifikatlar almışam. İştirak etdiyim təlim kurslarından faydalanaraq öyrəndiyim yenilikləri fəaliyyətimdə tətbiq edirəm.

Dərs planını qurduqda, ilk növbədə, şagirdlərin bilik bacarıq səviyyəsini, onların idrak qabiliyyətini nəzərə alıram. Planlaşdırmada dərsin məqsədini tədqiqat sualının gedişini ardıcıllıqla qeyd edir, müzakirə üçün suallar tərtib edirəm. Suallar yeni faktlar əsasında bilikləri sistemləşdirir tədqiqat sualını aydınlaşdırmaqla başlıca əlaqəni üzə çıxarmağa kömək edir.Tərtib etdiyim suallar şagirdləri müqayisə, təhlil sintezə yönəldir, onlara tədqiqat sualına cavab tapmaqda istiqamət verir. Düşündürücü suallar şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürünü elmi-tədqiqat vərdişlərini inkişaf etdirir. Bu istiqamətdə apardığım dərslər şagirdlərin şəxsiyyət yönümlü bir fərd kimi formalaşmasına zəmin yaradır. Onların həyati bacarıqlarını üzə çıxarır. Şagirdlərimdə məntiqi yaradıcı təfəkkürün inkişaf etdiyini gördükdə  məndə böyük fərəh hissi oyanır qürur duyuram. Öz müəllimlik peşəmlə vətənimə gərəkli, istedadlı, vətənpərvər övladlar yetişdirməklə fəxr edirəm. 

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.5.