Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
Süleyman Rüstəmin "Təbrizim"
şeirinin tədrisi kontekstində
Qədim və zəngin tarixi olan Azərbaycanın ikiyə bölünməsi xalqımızın bədii mədəniyyətinin milli-bəşəri və dünyəvi dəyərlər əsasında zənginləşməsinə heç də əks-təsir göstərməyib. Ədəbi-tarixi ənənələrə söykənən söz sənətimizdə yüksək mənəvi-əxlaqi dəyərlər, bədii-estetik ideyalar yenə də ədəbiyyatımızın təsvir və təbliğ etdiyi mövzulara çevrildi.
Bu baxımdan Şimali Azərbaycanda yaranan ədəbiyyat o tay Azərbaycan həyatından bəhs edən əsərlərlə daha da zənginləşmişdir. M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rəhimov və başqalarının yaradıcılığında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, mübarizəsi, həyat tərzi və s. məsələləri əks etdirən müxtəlif janrlı əsərlər böyük tarixi-ictimai, ədəbi-mədəni və bəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan xalq şairi Süleyman Rüstəmin Cənub mövzulu şeirləri diqqəti cəlb edir. Bu əsərlər sırasında "Təbrizim" şeiri vətənpərvərlik duyğusunun vüsəti, vətəndaşlıq motivlərinin poetik-fəlsəfi ifadə zənginliyi ilə daha kütləviləşmişdir.
Bu əbəbiyaşar şeir nümunəsinin ideya məzmununun mənimsədilməsində, tarixi-ədəbi dəyərinin aşılanmasında müasir təlim üsullarından istifadə daha effektli təlimi-tərbiyəvi nəticələr qazanmağa imkan verir.
S.Rüstəmin "Təbrizim" şeirinin təhlili mövzusunun tədrisi məqsədini aşağıdakı məzmunda müəyyənləşdirirəm:
- "Təbrizim" şeirinin ideya-məzmununun mənimsədilməsi;
- Şagirdlərdə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi;
- Şagirdlərdə əsər barədə mustəqil, əsaslandırılmış fikir söyləmək bacarığının inkişaf etdirilməsi;
- Şagirdlərin bədii-estetik zövqünün zənginləşdirilməsi;
- Məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.
Fərdi iş, qruplarla iş, müəllimin izahı, əqli hücum,Venn
diaqramı, klasster üsulunu iş forması və iş növləri kimi seçirəm.
IX sinif üçün dərslik, şeir yazılmış disk, sənətkarın
və Təbrizin şəkilləri dərsin
əyani və maraqlı keçməsi üçün hazırlanır.
Dərketməyə yönəltmə
mərhələsində ev tapşırığı
yoxlanılır, şagirdlərin
S.Rüstəm haqqında
biliklərini aşkara
çıxarmaq məqsədilə
qısa frontal sorğu
aparıram:
S.Rüstəm özünün uşaqlıq
və təhsil illərini necə xatırlayır?
Onun ilk şeirlər kitabı necə adlanır?
Buradakı əsərləri necə
səciyyələndirmək olar?
Şair daha çox hansı mövzularda əsərlər yazmışdır?
İkinci Dünya müharibəsi illərində o, hansı
sənət nümunələrini
yaratmışdır?
Şair Cənub mövzusunda hansı əsərləri
yazmışdır?
Suallara cavablar aldıqdan sonra dərketmə mərhələsində şeirin
məzmunu ilə bağlı qruplara kartoçkalar paylayıram.
1. Şair
Təbrizə gəlişini
necə təsvir edir? Təbriz onu necə qarşılayır?
2. Əsərdə
Təbrizin gözəlliyi
necə təsvir edilib? Təbrizin kədərindən necə söz açılır?
3. Xalqımızın
qəhrəmanlığı, vətənpərvərliyi hansı
misralarda əks olunub? "Cəllada, yada baş əymə"
dedikdə şair kimi nəzərdə tutur?
4. Hansı
misralarda ayrılıq,
həsrət motivləri
daha güclüdür?
Şeirdə hansı
tarixi şəxsiyyət
xatırlanır? Səttarxan
haqqında nə deyilir?
Hər bir komanda suala
ətraflı cavab verməyə çalışır.
Qeyd edilir ki, şair Azərbaycanın
qədim mədəniyyət
ocağı olan Təbrizi şəxsləndirib,
ona canlı bir varlıq kimi müraciət edir. Bir qardaş
kimi onun bayramına qonaq gəldiyini bildirir. Burada duz-çörək,
gül-çiçəklə qarşılanması şairin
qəlbini fərəh
hissi ilə doldurur. Lakin bu görüş nə qədər fərəhli olsa da, şairin ürəyini açmır.
Başı dumanlı
Təbrizin halı onu məyus edir. O, ayrı düşmüş qardaş
kimi qəmlidir, bu yurdun dərdləri
ilə tanış olmaq istəyir. Təbrizin düşdüyü
vəziyyət şairin
dərdlərini təzələyir,
könlündə yeni
duyğular baş qaldırır. O, "şairlər
yurdu", "saysız
qəhrəmanlar" məskəni
olduğunu Təbrizə
xatırladır, yolunda
canını qurban vermiş igidləri yada salıb, onu cəllada baş əyməməyə
çağırır. Səttarxanın
yolundan dönməmək
üçün "dalğalanmağın"
və "alovlanmağın"
zəruri olduğunu söyləyir. "Söyüdlərin
kölgəsində" "babalardan öyüdlər"
dinləyənlərin damarlarında
coşan qan şairi fərəhləndirir.
Şeirdə Təbrizin
düşdüyü dözülməz
halı vermək üçün şair bədii suallardan, xitablardan məharətlə
istifadə edir.
Şagird təfəkkürünü
inkişaf etdirmək,
ideya-məzmunu aşkarlamaq
üçün aşağıdakı
tədqiqat sualları
verilir:
Əsərdə hansı problem ön plana çəkilmişdir?
Əsərdə təsvir olunanlar bu gün nə
dərəcədə əhəmiyyətlidir? Əsərin əsas ideyası nədir?
Şagirdlər mövqelərini açıqlayırlar. Fərqli fikirlər
dinlənilir, qeyd edilir.
Tədqiqat sualını
aydınlaşdırmaq və
tam dolğun cavab üçün düşünmə
mərhələsində komandalara
yenidən kartoçkalar
paylayıram.
1. Şeirin
Təbrizə müraciət
şəklində yazılması
nə ilə əlaqədardır? Təbriz əsərdə
nəyin timsalıdır?
2. Əsərin
lirik qəhrəmanı
kimdir? İlk dəfə Təbrizə
gələndə o, hansı
hissləri keçirir?
3. Şeirdə
ayrılıqdan, həsrətdən
söz açılması
nə ilə əlaqədardır? Bununla şair
hansı tarixi faciəni xatırladır?
Mətnaltı mənaları müəyyənləşdirib
izah edin.
4. Əsərdə
xalqımızın hansı
arzusu öz əksini tapıb? Şairin əsərdə bədii suallara böyük yer verməsi nə ilə əlaqədardır? Şeirdəki
yüksək bədiiliyə,
obrazlılığa müəllif
necə nail olmuşdur? Bunu nümunələr əsasında aydınlaşdırın.
Komandalar suallar ətrafında fikir mübadiləsi aparır və düşüncələrini açıqlayırlar. Bəzən digər
komandaların üzvləri
müdaxilə edərək
öz fikirlərini söyləyirlər. Bu suallara cavablar aldıqdan sonra Yaqub Zurufçunun "Ayrılıq" mahnısının
klipi göstərilir.
Hər iki tərəfin həsrəti klipdə görünür. Sinfə
sualla müraciət edirəm:
Bu klipdə biz nəyi müşahidə etdik?
Bu ayrılıq nə zamandan başlanıb? Buna səbəb nədir?
Şagirdlərin yığcam
cavablarını dinlədikdən
sonra növbəti mərhələdə mövzu
üzrə esse yazmağı tapşırıram:
"Siz əvvəlki
siniflərdə ədəbiyyat
dərslərində öyrəndiyiniz
əsərlərdən, tarix
dərslərindən bilirsiniz
ki, XIX əsrdə Vətənimiz güclü,
məkrli düşmənlərin
işğalına məruz
qalmış, 2 yerə
parçalanmışdır. "Təbrizim" şeirində həmin tarixi faciənin xalqımızın taleyinə
vurduğu ağır
zərbələrdən söz
açılır. Bu əsərdə şair bütöv Vətən, birləşmiş Azərbaycan
arzusunu necə əks etdirmişdir?
Bu arzuya siz nə əlavə edərdiniz?"
Yazılan esselər öz məzmunu ilə maraq doğurur.
"Əlçatmaz" komandası: "Bu əsərdə
şair bütöv Vətən, birləşmiş
Azərbaycan arzusunu bütün qəlbi ilə duyaraq dilə gətirir".
"Can necə yaşasın
bədəndən ayrı"-
deyərək birliyin,
vahidliyin əhəmiyyətini
vurğulayır, xalqı
birləşmək üçün
ayağa qalxmağa səsləyir..
"Məğlubedilməz" komandası: "Ümumiyyətlə,
XIX əsr Azərbaycan
xalqının tarixinə
ən uğursuz səhifələr kimi düşmüşdür. S.Rüstəm şeirdə Azərbaycanın
döyünən ürəyi
olan Təbrizin başına gələn faciələrdən söz
açır. Belə ki,
vətənin ikiyə
bölünməsilə Azərbaycanın
başını qara buludlar alır. Şair əsərdə vahid bir ölkənin - iki qardaşın bir-birindən ayrı düşməsini çəməndən
ayrı düşən
bülbülün zar-zar
ağlaması ilə
müqayisə edir.
Şair misraların birində belə deyir:"Nədir qəlbindəki payızlar,
qışlar?"
"Zəka" komandası: Bütöv
Vətən, bütöv
Azərbaycan biz gənclərin
də ən böyük arzusudur. Həmyaşıdlarımıza müraciət edərək
deyirik ki, gəlin, vahidliyimiz uğrunda mübarizə aparaq. "Mən
yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?!"
- fikri bizim
şüarımız olsun.
Gəlin,
babalarımızdan bizə
yadigar qalan Azərbaycan naminə, başımız üzərində
dalğalanan azadlıq
günəşi olan bayrağımız naminə
birləşək.
"Birlik" komandası:
Azərbaycan 1813-cü ildə Gülüstan və 1828-ci ildən Türkmənçay müqavilələri
ilə 2 yerə parçalanmışdı. Eynəkli cənablarla
təsbehli ağalar başqasının torpağını,
vətənini 2 yerə
parçaladılar, sanki
öz torpaqlarını
bölürdülər. Həqiqətən də, bu ədalətsiz və insafsız bölünmə
xalqımızın tarixində
faciəli olmuşdur,
Arazı dərd çayına çevirmişdir.
Bu mövzu da
şairlərin, yazıçıların
çoxlu əsərlər
yazmasına səbəb
olmuşdur. Bunlardan
biri olan "Təbrizim"şeiri vüsal
və birlik mahnısıdır. Onun həsrət üzərində
köklənmiş hər
misrasında ümid var, arzusunda olduğu xoşbəxt
günlərin tərənnümü
var.
Komandalara daha bir tapşırıq verirəm: "Venn diaqramından
istifadə edərək
S.Rüstəmin "Təbrizim"
şeirini B.Vahabzadənin "Gülüstan"
poeması və Səhəndin "Fədailər
marşı" şeiri
ilə müqayisə
edərək oxşar
və fərqli xüsusiyyətləri müəyyənləşdirin.
Qazanılmış biliklərin
müzakirəsinin səmərəli olması üçün
yardımçı suallarla
şagirdlərə müraciət
edirəm:
S.Rüstəmin bu mövzuda şeir yazmasının səbəbini necə izah edərsiniz?
Şair Təbrizin gözəlliyini
təsvir edə bilmişdirmi?
Bu əsər sizdə Vətənimizin keçmişi,
bu günü və gələcəyi barədə hansı hisslər yaratdı?
Bütün fikirlər diqqətlə dinlənildikdən sonra nəticə çıxarılır.
Komandalar bütün mərhələlər
üzrə cədvəldə
qeyd edilərək əyani şəkildə
qiymətləndirilir. Qalib komanda
və ən orijinal cavablar, ən fəal şagirdlər xüsusi qeyd edilir.
Evdə "Təbrizim" şeirindəki
bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib,
ədəbiyyat dəftərinə
qeyd etməyi tapşırıram.
Nailə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.5.