Milli Qəhrəmanın təhsil
aldığı məktəbdə görüş
keçirilib
"Azərbaycan dünyası"
beynəlxalq jurnalı
və "Dədə
Qorqud" Milli Fondunun əməkdaşları
Azərbaycanın Milli
Qəhrəmanı Mübariz
İbrahimovun vaxtı
ilə təhsil aldığı Biləsuvar
rayonunun Əliabad kəndindəki tam orta məktəbdə olublar. Qonaqlar əvvəlcə
Azərbaycanın Milli
Qəhrəmanı Mübariz
İbrahimova həsr olunmuş guşə önünə tər çiçək dəstələri
düzdülər. Məktəbdə
Mübarizə dərs
demiş müəllimlərin xatirələrini
dinlədilər. Görüşə gələnlər məktəb
rəhbərliyinə və
müəllimlərə belə
vətənpərvər şagird
tərbiyə edib yetişdirdiklərinə görə
minnətdarlıq etdilər.
Sonra qonaqlar Mübarizin böyüyüb boya-başa çatdığı evə getdilər. Milli Qəhrəmanın ailə üzvləri ilə keçirilən bu görüşdə "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov təsis etdikləri "Mehriban Ana" ordenini qəhrəmanın anası Şamama İbrahimovaya və Milli Qəhrəmanın layiq görüldüyü "Vətən övladı" ordenini qəhrəmanın atası Ağakərim İbrahimova təqdim etdi.
Tədbirdə Mübarizin atası və anası bu təltifə görə fondun bütün əməkdaşlarına
minnətdarlıqlarını bildirdilər.
Mərasimdə Respublika
Əsir və İtkin Düşmüş,
Girov Götürülmüş
Vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
nümayəndəsi A.Səfərov,
"Dədə Qorqud"
Milli Fondunun icraçı direktoru Z.Dadaşova, YAP Biləsuvar
rayon təşkilatı Qadınlar
Şurasının sədri
X.Ağayeva, Mübarizin
təhsil aldığı
məktəbin müəllimi
Ü.Qurbanova, Biləsuvar
Olimpiya İdman Kompleksinin direktoru R.Məmmədov çıxış
edərək qəhrəman
barədə ürək
sözlərini söylədilər,
onun erməni işğalçılarına qarşı apardığı
mübarizədən iftixar
hissi ilə söhbət açdılar.
Sonda tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Adil
Məmmədov çıxış
edərək Milli Qəhrəmanın hünər
yollarından danışdı. "Dədə Qorqud" Milli Fondunun bütün əməkdaşlarına
rayon ictimaiyyəti adından
minnətdarlığını bildirdi.
***
Bakı
şəhərindəki Tahir Həsənov adına 23 nömrəli
orta məktəbin müəllim və şagird kollektivi Milli Qəhrəman Mübariz
İbrahimovun təhsil aldığı məktəbin
qonağı oldu. Onlar
da Milli Qəhrəmanın
həyatının müxtəlif anlarını əks etdirən
guşəyə maraqla tamaşa
etdilər. Sonra 23 nömrəli məktəbin direktoru
İradə Rəhimli çıxış edərək Milli Qəhrəman Mübariz
İbrahimovun
görüşdə iştirak edən
ata və anasına, məktəbin müəllim
kollektivinə belə hünərvər bir
oğul tərbiyə etdiklərinə
görə minnətdarlıq etdi. Direktor sonra "Sən həmişə
bizim qəlbimizdəsən", ulu öndər Heydər Əliyev haqqında
yazılmış şeirlər kitablarını, məktəbləri
haqqında çəkilmiş filmin diskini və bir çox əyani dərs vəsaitini məktəbə
hədiyyə etdi.
Görüşün
sonunda 23 nömrəli məktəbin şagirdlərinin
hazırladığı "Vətən uğrunda ölən
varsa, Vətən var" adlı film-kompozisiya nümayiş
etdirildi.
Elə həmin gün
görüş iştirakçıları Milli Qəhrəman
Mübariz İbrahimovun vaxtı ilə yaşadığı
evi də ziyarət etdilər.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.7.