Daim axtarışda olan alim

 

Pedaqoji elmlər doktoru, professor Şükür Əlizadə 25 oktyabr  1940-cı ildə Lənkəran rayonunun Viyən kəndində kolxozçu ailəsində doğulmuşdur. 1958-ci ildə Kərgəlan kənd orta məktəbini bitirən, fizika elminə maraq göstərən, müəllimlik sənətinin vurğunu olan Şükür Əlizadə ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ-nin) fizika fakültəsinə daxil olmuşdur.

1963-cü ildə ADPİ-də fizika ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri idim. İmtahan zamanı bir neçə tələbənin cavabı məni və komissiyanın üzvlərini çox razı saldı. Dövlət imtahanından sonra fərqlənən tələbələri çağırıb söhbət etdim və məsləhət gördüm ki, gələcəkdə aspirantura xətti ilə  təhsillərini davam etdirsinlər. Həmin tələbələrdən biriŞükür Əlizadə idi. Həmin il ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Kərgəlan kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyətə başlamış, sonra Gərmətük kənd orta məktəbində direktor müavini işləmişdir.

Pedaqoji elmə və tədqiqatçılığa olan maraq Şükür Əlizadəni 1970-ci ildə ADPİ-nin əyani aspiranturasına gətirdi. Aspiranturaya qəbul olunandan sonra o, elmi rəhbərlik və mövzu ilə əlaqədar mənə müraciət etdi və təkidlə qeyd etdi ki, mən hökmən onun elmi  rəhbəri olum.

Respublikada yarımkeçiricilər fizikası və texnikası üzrə qazanılmış nailiyyətləri nəzərə alaraq onların tədrisə gətirilməsinin aktual problem olduğunu bildirdim. Eyni zamanda qeyd etdim ki, mənim rəhbər olmağım üçün  metodistlərdən biri ikinci rəhbər olmalıdır. Beləliklə, pedaqoji elmlər namizədi, dosent Behbud Şəfizadə ikinci rəhbər planlaşdırıldı. Şükür Əlizadənin tədqiqat mövzusu "Orta məktəbdə fizikadan bəzi təcrübələrin yarımkeçirici cihazlarla aparılması metodikası" məsləhət bilindi.

Şükür Əlizadənin aspiranturada təhsili çox uğurlu oldu. O, təhsil problemləri ilə yanaşı, həm orijinal əyani vəsaitlər hazırlanması ilə məşğul oldu. Çox uğurlu haldır ki, SSRİ İxtira Kəşflər Komitəsi tərəfindən Şükür Əlizadəyə aspirantura dövründə fizikanın tədrisi metodikası üzrə dörd müəlliflik şəhadətnaməsi verildi.

O, 1974-cü ildə ADPİ-nin İxtisaslaşdırılmış müdafiə şurasında "Orta məktəbdə fizikadan bəzi təcrübələrin yarımkeçirici cihazlarla aparılması metodikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Onun qələminin məhsulu olan "Pedaqoji institutlarda məktəb fizika eksperimentinin aparılması metodikası texnikası" adlı 5 hissəli dərs vəsaiti bu gün bakalavr magistrantların stolüstü kitabına çevrilmişdir.

7-9-cu 10-11-ci siniflər üçün "Fizikadan laboratoriya işləri" "Fizikadan nümayiş eksperimenti" kitabları fizika müəllimləri üçün dəyərli dərs vəsaitinə çevrilmişdir. "Fizikadan nümayiş eksperimenti" kitabında təsvir edilmiş təcrübələrdən fizikanın tədrisində istifadə edilməsi şagirdlərdə fizikaya marağı artırar onlarda yaradıcılıq qabiliyyətləri inkişaf etmiş olar. Həmin dərs vəsaitində "Elektrik sahəsi", "Maqnit sahəsi", "Elektromaqnit sahəsi", "Sabit cərəyan qanunları", "Müxtəlif mühitlərdə elektrik cərəyanı", "İşıq hadisələri" "Atom atom nüvəsi" üzrə xeyli orijinal nümayiş təcrübələri verilmişdir.

Beləliklə, Şükür Əlizadə indiyə kimi 8 ixtira 50 səmərələşdirici təklifin, çoxlu sayda dərs metodik vəsaitinin, elmi-metodik məqalələrin müəllifidir.

"Orta məktəbdə fizika kursunun elmi-metodik təhlili" problemi üzrə tədqiqat aparan Şükür Əlizadənin əldə etdiyi elmi nəticələr Moskva, Sankt-Peterburq, Minsk, Kiyev Ankarada keçirilmiş beynəlxalq konfranslarda dinləyicilərin marağına səbəb olmuşdur.

Orta məktəblərdə istifadə edilən fiziki cihazların təkmilləşdirilməsi geniş nümayiş cihazlarının hazırlanmasında Şükür Əlizadənin xidmətləri öz töhfəsini vermişdir. Belə ki, onun tərəfindən yeni hazırlanmış "Elektrik Sultanı", "Paskal qanununun doğruluğunu nümayiş etdirmək üçün cihaz", "Yarımkeçirici termoelementli nümayiş termometri", "Metalların istilikkeçiriciliyini nümayiş etdirən cihaz", "Mayenin daxilində təzyiqin ölçülməsi üçün cihaz", "Lazer fanarlı disk" "Zəncirvari nüvə reaksiyasını nümayiş etdirmək üçün cihaz"lara müəlliflik şəhadətnaməsi patent almışdır. Onun hazırladığı üç cihaz kütləvi şəkildə bütün keçmiş SSRİ məkanında  yayılmaq üçün SSRİ PEA-nın Məktəb Avadanlığı Təlimin Texniki Vasitələri İnstitutu tərəfindən qəbul edilmiş "Nümayiş tədris cihazları tədris əyani vəsaitləri siyahısı"na daxil edilmiş seriyalı buraxılışı həyata keçirilmişdir.

1982-1987-ci illərdə o,V.İ.Lenin adına ADPİ-nin TETİ (Tələbə Elmi Tədqiqat İşləri) Şurasının sədri olmuşdur. Tələbə elmi tədqiqat işlərinə səmərəli rəhbərlik etdiyinə görə SSRİ Təhsil Nazirliyinin "Fəal əmək medalı" ilə təltif edilmişdir.

Şükür Əlizadə 1989-cu ildən bu günə kimi "Pedaqoji elmlər fənlərin tədrisi metodikası" ixtisası üzrə ixtisaslaşmış müdafiə şurasının üzvüdür. Şuranın üzvü kimi o, həmişə gənc mütəxəssislərin elmi-metodik səviyyələrinin yüksəldilməsinə xüsusi diqqət yetirir.

Şükür Əlizadə məktəblərin fizika müəllimləri ilə daim əlaqə saxlayır. Bu görüşlər zamanı fizikanın tədrisi metodikası məktəb fizika eksperimentinin aktual məsələləri üzrə mühazirələr oxuyur, məktəblərin fizika kabinetlərinin təkmilləşdirilməsində səmərəli təklifləri ilə iştirak edir.

2003-cü ildə "Məktəb fizika eksperimentinin sistemi onun təkmilləşdirilməsi problemləri" mövzusunda pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün BDU-nun fizika ixtisası üzrə ixtisaslaşmış şurada dissertasiya müdafiə etmiş təsdiqini almışdır.

Şükür Əlizadə tədqiqat nəticəsində müəyyənləşdirmişdir ki, MFE-nin (məktəb fizika eksperimentinin) sistemini yalnız təşkili formalarına görə deyil, başqa əlamətlərinə görə təsnif etmək lazımdır. Onun tərəfindən "Məktəb fizika eksperimenti"nin sisteminin tam təsnifatı öz həllini tapmışdır. O, sübut etmişdir ki, məktəb fizika eksperimentinin sisteminin tam təşkili formalarına, həm məzmununa, məqsədinə didaktik imkanlarına görə təsnif edilməlidir.

Beləliklə, Ş.Əlizadə metodistlər içərisində ilkin olaraq MFE-nin sistemini tam təsnif etməyə nail olmuşdur.

Tədqiqat nəticəsində MFE-nin didaktik funksiyaları da araşdırılmış onun üç komponentdən: əyanilik, öyrədicilik tərbiyəedicilikdən ibarət olduğu müəyyənləşdirilmişdir.

O, həmçinin nümayiş eksperimenti, frontal laboratoriya işləri fizika praktikumlarının təşkili zamanı fizika müəlliminin fəaliyyət modelini, habelə, didaktik, metodik, psixofizioloji, erqonomik estetik tələblərə, təhlükəsizlik texnikası qaydalarına əsaslanmış fizika kabinetinin modelini təklif etmişdir.

Respublikada məktəb fizika kabinetlərinin vəziyyətini az vaxt ərzində təyin etmək üçün "Attestasiya vərəqi" təklif etmişdir. Bu, hər dərs ilinin sonunda məktəblərə göndərilib verilən cavabları yekunlaşdırmaqla həmin dərs ilində rayon ya respublika üzrə normal məktəb fizika kabinetlərini müəyyənləşdirməyə növbəti dərs ilində qarşıda duran vəzifələri planlaşdırmağa imkan yaradar.

Ş.Əlizadənin fəaliyyətində ictimai işlərdə xüsusi səylə çalışmaq ənənəyə çevrilmişdir. O bir neçə ildir ki, TPİ- Təhsil Tədqiqatları üzrə Problem Şurası sədrinin müavini "Təbiət elmləri üzrə komissiya"nın sədridir. Uzun müddət Səbail rayonunun ərazi dairə seçki komissiyalarının sədri vəzifəsində çalışaraq özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirə bilmişdir.

Pedaqoji Universitetdə bu gün gözəl ənənə davam etdirilir: professor - müəllim kollektivi arasında "İlin müəllimi" "İlin alimi" müsabiqəsi keçirilir. Ş.Əlizadə keçən il universitet üzrə həm "İlin müəllimi", həm "İlin alimi" adına layiq görülmüşdür.

Daim axtarışda olan zəhmətkeş insan, istedadlı yetişdirməm, elmin zirvəsinə yüksəldikcə sadələşən professor Şükür Əlizadənin şərəfli ömür yolu gənc nəsil üçün layiqli nümunə örnəkdir. Anadan olmasının 70 illiyi münasibəti ilə onu təbrik edir, ona möhkəm cansağlığı bu şərəfli fəaliyyətində uğurlar arzulayıram.

 

 

Maqsud ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.7.