"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres

 

Oktyabrın 15-17-də Bakıda "Qloballaşma prosesində Qafqaz Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçirilib.

Qafqaz Universitetinin təşəbbüsü, bu ali məktəbin Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil, İqtisadi İnkişaf, Sənaye Energetika nazirliklərinin, Türk Əməkdaşlıq İnkişaf İdarəsi (TİKA) Azərbaycan-Türk Sənayeçi İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) fəal dəstəyi ilə keçirilən konqresdə məqsəd qloballaşan dünya şəraitində ortaq tarixi mədəniyyəti bölüşən Qafqaz Mərkəzi Asiya ölkələrinin müxtəlif universitet, akademiya institutlarında fəaliyyət göstərən elm adamlarını bir araya  gətirmək, Qafqaz Mərkəzi Asiya regionunun mövcud şəraitini qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsi həlli yolları üçün təkliflər irəli sürülməsini təmin etmək idi. Konqresin işində 13 ölkədən nümayəndələr iştirak edirdi.

Oktyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusundakı geniş zalda konqresin açılışı oldu. Açılış mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, TÜSİAB-ın Baş katibi Yasin Göral, Türkiyə İsrafi Önləmə Vəqfinin başqanı, professor Əziz Akgül, millət vəkili, akademik Ziyad Səmədzadə başqaları çıxış edərək konqres iştirakçılarını salamladılar, beynəlxalq tədbiri yüksək qiymətləndirib onun işinə uğurlar arzuladılar.

Konqresin keçirilməsinə sponsorluq etmiş "Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirova  təşkilatçılar adından mükafat təqdim olundu.

Oktyabrın 16-da konqres "Qloballaşma prosesində təhsil", "Qloballaşma prosesində Azərbaycan-Türkiyə iqtisadi əlaqələri gələcək perspektivlər", "Qloballaşma prosesində regional inkişafın əhəmiyyəti tətbiq edilən siyasətlər" adlı üç bölmədə işini davam etdirdi.

Konqresdə iqtisadiyyat beynəlxalq münasibətlər istiqamətləri üzrə 20-yə qədər mövzuda məruzə dinlənildi, müzakirələr aparıldı.

Qafqaz Universitetində təşkil olunan bölmələrdə Türkiyənin Mərmərə Universiteti, İstanbul Ticarət Universiteti, Sakariya Universiteti, Fatih Universiteti, Başkənt Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Ankara Universiteti başqa nüfuzlu ali məktəblərdən tanınmış iqtisadçı alimlər regionşünaslar məruzələrlə çıxış etdilər. Hər bölmə üzrə 5-7 məruzə dinlənilərək müzakirə olundu, maraqlı təkliflər səsləndirildi.

 

 

Lalə YUSİFQIZI

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.7.