Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarını elan edirəm:

 

¹ 163

 

Bakı şəhəri,    6 sentyabr 2010-cu il

 

"Əlavə təhsilin məzmunu, təşkili əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Əlavə təhsilin məzmunu,  təşkili əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı rəhbərlik və icra üçün əsas götürülsün.

2. Ali, orta ixtisas və əlavə  təhsil müəssisələri:

2.1. Bu qərarın məzmunu və onun tətbiq edilməsi barədə kollektivlərdə müvafiq izahat işi aparsınlar.

2.2. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətlərinin bu qərara uyğun həyata keçirilməsini təmin etsinlər.

2.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə müvafiq təhsil proqramları hazırlayıb qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim etsinlər.

3. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov):

3.1. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil prosesinin təşkili ilə bağlı tələb edilən yeni reqlamentləşdirici sənədlərin işlənib hazırlanmasını təmin etsinlər.

3.2. Əlavə təhsil müəssisələrində keyfiyyətə nəzarətin təmin olunması məqsədi ilə monitorinq və qiymətləndirmə mexanizminin yaradılmasını təmin etsinlər.

3.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil proqramlarının qiymətləndirilməsi mexanizmlərini müəyyənləşdirsinlər, bu məqsədlə müvafiq Qiymətləndirmə Şurasının yaradılmasına dair təklif hazırlayıb təqdim etsinlər.

3.4. Hər il müvafiq vaxtlarda əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil proqramlarının qiymətləndirilməsi üçün qəbul elanlarının verilməsini, qiymətləndirilmiş proqramlar haqqında məlumatların vaxtında Nazirliyin saytında yerləşdirilməsini təmin etsinlər.

4. Təhsil Nazirliyinin İnzibati işlər üzrə sektor müdiri (A.Nəbiyev) əmrin çoxaldılaraq bütün rayon (şəhər) təhsil şöbələrinə, ali, orta ixtisas əlavə təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc edilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

4 oktyabr 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.3.