Balacaların "Payız" tədbiri

 

Bakıdakı 21 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sona Nağıyeva bildirdi ki, rəhbərlik etdiyi bağçanın işində əvvəlki illərlə müqayisədə xeyli dönüş yaradılıb. Son vaxtlar müxtəlif mövzularda  keçirilən rəngarəng tədbirlər tərbiyəçiləri daha yaxşı işləməyə həvəsləndirir.

Burada 73 uşağın tərbiyəsi ilə beş tərbiyəçi məşğul olur. Tərbiyəçilərdən Cəmilə Əliyeva, Kamilə Əliyeva və başqaları qruplarda məşğələləri yüksək səviyyədə qurur və körpələrə əsl  doğma ana qayğısı göstərirlər.

Elə  həmin gün bağçada keçirilən "Payız" tədbiri də deyilənlərin əyani sübutu idi. Bağçada tərbiyə  alan Ləman "Yarpaq niyə saralır", Əli "Payız gəldi" şeirlərini söyləyir, Suad, Fatimə payıza aid səhnəciklər göstərir, mahnı oxuyur və rəqs edirdilər.

Valideynlər   bağçada keçirilən tədbirin əhəmiyyətindən və  tərbiyəçilərin işindən razılıqlarını bildirdilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.8.