"Mavi planet, dünya ekoloji sfera"

 

Bakıdakı 250 nömrəli orta məktəbdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin Təbiət Elmlərinə  Dəstək Ekoloji  Maarifləndirmə İctimai Birliyinin birgə   təşkilatçılığı ilə "Mavi planet, dünya ekoloji sfera"  mövzusunda  tədbir keçirilib.

Məktəbin direktoru Nazim Adıgözəlov bildirib ki, tədbiri keçirməkdə məqsəd şagirdlərdə ekologiyanı ətraf  mühiti qorumaq məsuliyyəti aşılamaqdır. Bu məsələ hər bir təhsil ocağında ən ümdə məsələyə çevrilməlidir.

Tədbirdə Təbiət Elmlərinə Dəstək Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədr müavini Tural Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəssisi Ramil Rüstəmov başqaları mövzu ətrafında çıxış edərək, gələcəkdə bütün təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini təklif ediblər.Tədbir diskussiya  formasında başa çatıb.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.7.