18 nömrəli Bakı Peşə Liseyində təhsil
alanların "Tələbə
parlamenti" yaradıldı
18 nömrəli Bakı Peşə Liseyinin Pedaqoji Şurasında qəbul edilmiş qərara, eləcə də illik fəaliyyət
planında nəzərdə
tutulmuş müvafiq müddəaya uyğun olaraq tədris müəssisəsində təhsilalanların
ictimai təşkilatı
- "Tələbə Parlamenti"
yaradılmışdır. Bu zaman təhsil qanunvericiliyi, ictimai təşkilatlar barədə
mövcud reqlamentləşdirici
sənədlər və
Təhsil Nazirliyinin aidiyyəti təlimatları
əsas götürülmüş,
əvvəlcədən parlamentin
müvəqqəti əsasnamə
layihəsi hazırlanmışdır.
Bütün qruplarda layihənin
ətraflı müzakirəsi
keçirilmiş, təhsilalanlara
bu ictimai təşkilatın yaradılmasının
əsas məqsəd və məramı açıqlanmışdır. Hər bir qrupda
təşkil olunmuş
iclaslar zamanı parlamentin idarə heyətinə tələbələr
tərəfindən namizədlər
(26 nəfər, onlardan
12-si qız tələbələrdir)
müəyyənləşdirilmiş, heyətin birinci iclasında, fəaliyyət
platformaları dinlənildikdən
sonra gizli səsvermə yolu ilə Parlamentin sədri (3-cü kurs tələbəsi Vüqar İsmayılzadə)
və
sədr
müavini (1-ci kurs
tələbəsi Ülviyyə
Sevdimalıyeva) seçilmişdir.
Parlamentin nəzərdə
tutulmuş iş planına tələbələrin
təhsili, məişəti,
davranış qaydaları,
dərsə davamiyyəti,
təhsil nailiyyətləri
ilə bağlı qarşıya çıxan
problemlərin rəhbərlik
yanında qaldırılması
və onların lazımi səviyyədə
həllinə nail olma,
idarəetmə prosesində
fəal iştirak, tədris müəssisəsində
və liseydən kənarda keçirilən
tədbirlərdə, ictimai
həyatda, o cümlədən
də idman və hərbi hazırlıq yarışlarında
təmsil olunma, "Müəllimlər təhsilalanların
gözü ilə"
və s. kimi sorğuların keçirilməsi,
onların nəticələrinin
ümumiləşdirilməsi və digər məsələlər salınmışdır.
İdarə heyətinin
qəbul etdiyi qərarlara lisey rəhbərliyi qarşısında
müvafiq vəsatətlərin
qaldırılması, daxili
intizam qaydalarına əməl etməyən tələbələrlə söhbətlərin
aparılması, istedadlı
gənclərin müəyyənləşdirilməsi
işinə əməli
köməkliyin göstərilməsi,
stimullaşdırma, mükafatlandırma
üçün əsaslandırılmış
təkliflərlə çıxış
etmə və sair bu səpgili
məsələlər parlamentin
əsas vəzifələri
kimi müəyyənləşdirilib.
Müasir idarəetmə
mexanizmlərinin prosesə
müvəffəqiyyətli tətbiqi üçün
bu ictimai təşkilatın xüsusi
rolunu qeyd etməklə liseyin bütün müəllim,
mühəndis - pedaqoji
kollektivi və administrativ heyəti "Tələbə Parlamenti"nin
normal fəaliyyətinə zəruri dəstəyin verilməsi, qaldırılan
problemlərin vaxtında
həlli, gənclərə
lazımi köməyin
göstərilməsi, onlar
üçün zəruri
şəraitin yaradılmasını
əsas məqsədlərdən
biri kimi öz qarşısına qoymuşdur.
Azərbaycan
müəllimi.- 2010.- 29 oktyabr.- S.7.