ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb

 

Oktyabrın 26-da Azərbaycan Texniki Universitetində Virtual Layihə-Texnoloji Tədris Mərkəzinin (VLTTM) açılışı oldu.

Tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova , "Abplanalp  Engineerinq AG" şirkətinin prezidenti  Eji  Henke şirkətin Orta Asiya nümayəndəliyinin rəhbəri Yuri Qizerski, professor-müəllim heyəti, tələbələr iştirak edirdilər.

Tədbirdə universitetin rektoru, professor Havar Məmmədov qeyd etdi ki, rəhbərlik etdiyi  ali məktəbdə yüksək texnologiyaların tətbiqi transferi,texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi idarə olunması, tələbələrdə unikal  vərdişlər qabiliyyətlərin  formalaşdırılması, ixtisasartırma   yeni  ixtisasalma, elmi nəticələrin  kommersiyalaşdırılması  digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə  müstəqil VLTTM yaradılıb. VLTTM-ın bazasında  İnternetə qoşulmuş  "Pentium-IV" markalı kompüterlər, elektron proyektorlar, interaktiv lövhə olan sinif fəaliyyət göstərir. 

VLTTM-  maşınqayırma, texnoloji maşınlar, avtomatika kompüter texnikası digər  fakültələrdə  təhsilin müxtəlif səviyyələrində  rəqəmli proqramla  idarə olunan dəzgahlar  üçün  idarəedici proqramların mexaniki emal texnologiyalarının CAD/CAM sistemləri əsasında  layihələndirilməsi  tətbiqi ilə əlaqədar  fənlərin tədrisi  respublikanın maşınqayırma cihazqayırma  müəssisələrinin mütəxəssisləri üçün ixtisasartırma, yeni ixtisasalma digər əlavə təhsil xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Sonra təhsil nazirinin müavini İradə Hüseynova  ali məktəblərin qarşısında duran yüksəkixtisaslı kadrların hazırlanması vəzifəsindən  danışdı. Vurğuladı ki, həmin kadrlar müasir tələblərə cavab verən yeni texnoloji sistemləri idarə etməyi bacarmalıdırlar.  Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası  üçün mütəmadi işlər görüldüyünü diqqətə çatdıran nazir müavini  Prezident İlham Əliyevin müvafiq sərəncamları  ilə təhsil sahəsində həyata keçirilən  dövlət proqramlarının əhəmiyyətindən söz açdı.

Mərasimdə çıxış edən İsveçrənin "Abplanalp İngineerinq AG" şirkətinin  prezidenti Eji Henke şirkətin Orta Asiya  nümayəndəliyinin rəhbəri Yuri Qizerski diqqətə çatdırdılar ki, belə dəzgahların  ATU-da quraşdırılması gənc kadrların müasir texnologiyalarla işləməsini sürətləndirəcək, onların yeni elmi bilikləri daha dərindən öyrənmələrinə təkan verəcək.

Sonra universitetin kafedra müdiri, professor  Həsən Hüseynov  VLTTM haqqında iştirakçıları ətraflı məlumatlandırdı  və mütəxəssislər tərəfindən dəzgahlar işə salınıb nümayiş olundu.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.2.