Azərbaycan alimi
Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
Yunanıstanın paytaxtı
Afinada 4-8 oktyabr 2010-cu
il tarixində
Ümumdünya Fəlsəfə
Forumunun "Ən yaxşı fəlsəfi
ideyalar bəşəriyyətin
firavanlığı naminə"
devizi altında I tarixi Dialektik Simpoziumu keçirilib. Simpoziumda ölkəmizi Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin
üzvü, əməkdar
müəllim Əlihəsən
Həmzəyev təmsil
etmişdir. Əlihəsən
müəllim elmi ezamiyyəti barədə aşağıdakıları bildirmişdir:
- Forumun iclasları dörd gün ərzində yunan parlamentinin antik zalında iş proqramına müvafiq keçirildi. Dünyanın 20-dən artıq ölkəsindən gəlmiş
məşhur filosoflar
bəşəriyyətin üzləşdiyi
qlobal problemlərdən
danışmış və
bu problemlərin həllinin praktik yolları barədə öz fikir və
ideyalarını söyləmişlər.
Açığını deyim ki, belə bir mötəbər
forumda dünyanın dörd tərəfindən
gəlmiş alimlərin
qarşısında çıxış
etmək nə qədər çətin
və məsuliyyətli
olsa da, bir o qədər şərəfli və fəxarətli idi. Yunan parlamentinin antik zalında iştirakçıları
Azərbaycan dilində
salamlamaq məndə qürur hissi oyatdı. "Qloballaşma, mədəniyyətlərin
dialoqu və milli eynilik problemləri"
mövzusunda məruzəm
filosoflar tərəfindən
böyük maraqla qarşılandı.
Simpoziumun xüsusi medalına və sertifikatına layiq görülməyim təkcə mənə deyil, bütün Azərbaycan elminə verilən qiymətdir. Forumun yaradıcısı, prezidenti
və Təşkilat Komitəsinin sədri, Yunanıstanın mədəniyyət
naziri Elias Demirçioğlu
və Forumun vitse-prezidenti, Təşkilat
Komitəsinin həmsədri,
Rusiya Fəlsəfə
Cəmiyyətinin və
Rusiya Humanitar Cəmiyyətinin üzvü,
YUNESKO-nun eksperti, nəzəri
və praktik fəlsəfə haqqında
fundamental kitabların müəllifi
İqor Kondraşin və digər filosoflarla görüşlərim
xüsusilə unudulmazdır.
Alimlərlə söhbətlərimdə ən çox rast gəlinən mövzulardan önəmlisi
Qarabağ mövzusu idi. Mən onlara çatdırırdım
ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və
daim Azərbaycan torpağı olaraq qalacaqdır.
Azad ABDULLAYEV
Azərbaycan müəllimi.-
2010.- 29 oktyabr.- S.3.