Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasının 600 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Muzeyin, Hərbi Akademiyanın, AMEA Tarix İnstitutunun elmi əməkdaşlarının iştirak etdikləri konfransda öncə Qaraqoyunlu dövlətinin tarixi və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub. AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov Qaraqoyunlu dövləti və onun Azərbaycan tarixindəki müstəsna rolundan və dövlətçiliyimizin, xalqımızın hərbi baxımdan təşəkkülündəki xidmətlərindən danışıb.

Sonra məruzələr dinlənilib. Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi Əsgər Əliyev "Qaraqoyunlu dövlətində hərb işi", AMEA Tarix İnstitutunun baş elmi işçisi Tahir Cəfiyev "Qaraqoyunlu dövlətinin müharibə taktikası", Bakı Dövlət Universitetinin dosenti Bəymirzə Şəbiyev "Qaraqoyunlu dövlətinin beynəlxalq əlaqələri", Hərbi Akademiyanın baş müəllimi Mübariz Əmirov "Tarixi zərurətdən yaranmış Qaraqoyunlu Dövləti", jurnalist Məhəmməd Baharlı "Azərbaycan tarixi: baharlılar, yaxud Qaraqoyunluların mənşəyi" mövzularında maraqlı məruzələr ediblər. Məruzələr ətrafında çıxışlar olub.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.1.