Yeni məktəblərimiz

 

Yevlax rayonu Cırdaxan kənd orta məktəbinin müəllim şagirdləri yeni dərs ilini yeni məktəb binasında qarşılamışlar. Məktəb müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz edilmişdir.

Dövlət vəsaiti hesabına inşa olunmuş ikimərtəbəli, 180 şagird yerlik binada 9 sinif otağı, 2 laboratoriya,  müxtəlif fənn kabinetləri, müəllimlər otağı, kompüter otağı, idman zali, müasir kitabxana müəllim şagirdlərin istifadəsinə verilmişdir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə təhsil işçilərinə göstərdiyi diqqət qayğının təzahürüdür.

İnşası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş bu yeni məktəb binasının açılışı müəllimlərin, şagirdlərin kənd camaatının sevincinə səbəb olmuşdur.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.1.