"Məktəbin fəaliyyətinin
planlaşdırılması təcrübəsi"
Dünya təhsilinə inteqrasiya milli təhsilin elmi-nəzəri, elmi-pedaqoji
əsaslarla idarə olunmasını tarixi bir tələb kimi qarşıya qoyur. Bu idarəolunma demokratikləşdirmə, humanitarlaşdırma,
humanistləşdirmə... kimi prinsiplər əsasında, tarixi təcrübə və müasir dövrün tələbləri parametrlərində
aparılmalıdır. Artıq Azərbaycan məktəblərində
bu istiqamətdə müəyyən təcrübə
qazanılmış, özünü
doğruldan sistemlər
formalaşmışdır.
Məktəbin idarə
olunmasının bir çox aspektləri üzrə iş təcrübəsi formalaşmış
tədris müəssisələri
az deyil.
Belə təlim-tərbiyə ocaqlarından
biri İmişli rayonundakı Əliqulular kənd orta məktəbidir. Respublikanın
əməkdar müəllimi
Səxavət Tağıyevin
(S.Tağlar) rəhbərlik
etdiyi pedaqoji kollektivin uğurları, o
cümlədən məktəbin
idarə olunmasının
aspektləri üzrə
iş təcrübəsi
İmişli RTŞ-ın
Təhsilyanı Şurasında
2006, 2007-ci illərdə bəyənilərək
rayonun ümumtəhsil
məktəbləri arasında
yayılmışdır.
Əməkdar müəllim,
AJB-nin üzvü S.Tağıyevin 20 illik məktəb direktoru kimi fəaliyyəti dövründə tərtib
etdiyi, zaman-zaman təkmilləşdirdiyi müxtəlif
istiqamətli, məzmunlu
planlar toplanaraq "Məktəbin fəaliyyətinin
planlaşdırılması təcrübəsi" metodik
vəsaiti şəklində
nəşr olunmuşdur
(Bakı: Araz, 2009, 92 s.).
Redaktoru Beynəlxalq
Kadrlar Akademiyasının
akademiki Ə.Əhməd,
rəyçi Yazıçılar
Birliyi Aran bölməsinin sədri S.Hüseynoğlu olan kitabda məktəbin, pedaqoji şuranın, fənn metodbirləşməsinin,
sinif rəhbərləri
metodbirləşməsinin, istedadlı uşaqlarla aparılacaq işlərin
fəaliyyət planları
toplanmışdır. Ümumilikdə 11 bölmədən ibarət
metodik vəsait Azərbaycan Təhsil Problemləri İnstitutunun
tövsiyəsi ilə
İmişli və Beyləqan rayonları təhsil şöbələri
metodkabinetlərinin şura
iclaslarının müzakirəsindən
sonra nəşr olunmuşdur.
İmişli RTŞ metodkabinetinin
direktoru Sevdimalı Hüseynov və Beyləqan RTŞ metodkabinetinin
direktoru Həsən Məmmədovun ön sözləri ilə buraxılmış vəsaitdə
plan nümunələri ilə
yanaşı, ayrı-ayrı
mətbu orqanlarda verilmiş yazılar, məktəbin istedadlı
şagirdlərinin qələm
məhsulları, fənn
olimpiadalarının qaliblərinin
fotoları da əksini tapmışdır.
Qabaqcıl təcrübənin pedaqoji
prosesdə faktor kimi rolu danılmazdır. Bu baxımdan metodik vəsaitdən istifadə
edən məktəblərin
uğurlarına təsiri
olacağı şübhəsizdir.
Ş.ELNUR
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.8.