Monaş Universiteti
Yerləşir: Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri
Yaranma tarixi:
1958-ci il
Tipi:
Dövlət
İşçi heyətinin ümumi sayı: 15262 nəfər
Tələbələrin sayı: 59925 nəfər
İllik gəlirləri:
1439323000 Avstraliya dolları
İllik xərcləri: 1284495000
Avstraliya dolları
Rəsmi saytı:
www.monash.edu.au
Monaş Universiteti (
Monaş
Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, Cənub-Şərq
Ölkələri Ali Məktəbləri
Assosiasiyasının (ASAIHL) üzvüdür.
Tarixi
1957-ci ildə
Baş nazir Robert Menzis məruzə edərək, Viktoriya
ştatında ikinci universitetin yaradılmasını təklif
edir. 1958-ci
ildə Viktoriya ştatı parlamenti universitet
yaradılması haqqında qərar qəbul edir və yeni
yaradılmış ali məktəbə tanınmış
Avstraliya generalı Con Monaşın şərəfinə
Monaş Universiteti adı verilir. Bu, Avstraliyada
birinci universitet idi ki, şəhərin və ya ştatın
adı ilə deyil, insanın şərəfinə
adlandırılırdı.
Monaş
Universitetinin ilk kansleri Robert Blekvud, vitse-kansleri isə Lui
Metison təyin edilir. Kleyton ərazisində universitetə 100
hektar ərazi ayrılır. 1961-ci ildə
Monaş Universitetinə 347 tələbə qəbul olduğu
halda, 1967-ci ildə bu rəqəm 21000-dən çox təşkil
edir. 1960-cı ilin ortaları - 1970-ci ilin əvvəllərində
Monaş Universiteti Avstraliyada tələbə radikalizminin mərkəzinə
çevrilir. Burada çoxlu tələbə
nümayişləri baş verir. Tələbələr
Vyetnamda gedən müharibədə Avstraliyanın iştirakı
və hərbi mükəlləfiyyət əleyhinə
çıxış edirlər.
1970-1980-ci illərdə
Monaş Universiteti həyata keçirdiyi süni mayalanma
proqramı ilə dünyaya səs salır. Professorlar Karl
Vud və Alan Traunsonun rəhbərliyi ilə 1973-cü ildə
universitetdə bu yol ilə ilk hamiləlik əldə olunur,
1980-ci ildə isə Avstraliyada ilk uşaq dünyaya gəlir.
Bu proqram nəticəsində universitet külli
miqdarda gəlir əldə edir.
1988-ci ilədək
Monaş Universitetinin yalnız bir kampusu - Kleyton var idi. On ildən çox
keçmir ki, ali məktəbin 8 kampusu (2 kampus və 2 tədris
mərkəzi xaricdə), beynəlxalq tədqiqat mərkəzləri
tikilir, buraya başqa ölkələrdən çoxlu tələbə
axını müşahidə edilir və bu ali məktəb
Avstraliyanın ən beynəlmiləl universitetinə
çevrilir. 1998-ci ildə Monaş Universiteti
Malayziyada, 2001-ci ildə isə Cənubi Afrikada Yohannesburqda
filiallarını açır. Monaş
Universiteti bu ölkələrdə filialını yaradan ilk
xarici universitet olur. Həmçinin 2001-ci
ildə universitet İtaliyanın Prato şəhərində
XVIII əsrə aid Toskan sarayında tədris mərkəzi
yaradır.
Son illər
Monaş Universiteti tibbi tədqiqatlar üzrə böyük
nailiyyətlər əldə edib. 2000-ci ildə professor
Alan Traunsonun rəhbərlik etdiyi bir qrup alim ilk dəfə
olaraq dünyaya bəyan edir ki, sinir gövdə hüceyrələrini
embrional gövdə hüceyrələrindən əldə
etmək olar, bu da gövdə hüceyrələrinin
potensialına olan marağı kəskin surətdə
artırır. Monaş Universiteti biotibb
üzrə dünyada 20 ən yaxşı universitetdən
birinə çevrilir.
2008-ci il
mayın 30-da Monaş Universiteti yaranmasının 50 illik yubileyini
qeyd edib.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris
ilində Monaş Universitetinin gəlirləri ümumilikdə
1439323000 Avstraliya dollarına bərabər olub. Bu məbləğin
604639000 Avstraliya dollarını Avstraliya hökumətinin
universitetə etdiyi yardım, 128378000 Avstraliya dollarını
Avstraliya hökumətinin universitetə ayırdığı
qrantlar, 335900000 Avstraliya dollarını təhsil haqqı və
digər ödənişlər, 33667000 Avstraliya
dollarını ştat və yerli hakimiyyət
orqanlarının yardımları, 35506000 Avstraliya dollarını
investisiya qoyuluşu, qalanlarını isə digər gəlirlər
təşkil edib.
Həmin tədris ilində
bu ali təhsil ocağının xərcləri
1284495000 Avstraliya dolları olub. Xərclərin 709825000
Avstraliya dollarını işçilərin əməkhaqqı,
30980000 Avstraliya dollarını təmir və texniki xidmət,
19380000 Avstraliya dollarını təqaüd və təltiflər,
331000 dolları sığorta və müxtəlif xidmətlər,
qalanlarını isə digər məsrəflər təşkil
edib.
Monaş
Universitetində tələbələrə təqaüdün
verilməsi üç şərt əsasında həyata
keçirilir.
Birinci şərtə uyğun gələn tələbələr
yaxşı oxuyan, istedadlı, bacarıqlı, ikinci şərtə
uyğun gələn - çətin maliyyə durumu,
ağır ailə vəziyyəti olan, yerli Avstraliya
xalqlarını təmsil edən, qeyri-ingilisdilli, ölkənin
uzaq rayonlarından gələn, sağlamlığı məhdud
və əlil, kifayət qədər təmsil olunmamış
məktəblərdən olan, üçüncü şərtə
uyğun gələnlər isə yaxşı göstəricilərə
malik və maliyyə durumu çətin olan tələbələrdir.
Monaş
Universitetində tələbələrə onların
oxuduğu fakültə və məktəbdən asılı
olaraq müxtəlif məbləğli təqaüdlər təklif
olunur. Məsələn:
mühəndislik fakültəsində ildə 7000, incəsənət
fakültəsində 6000, tibb, tibb bacısı və
sağlamlıq haqqında elmlər fakültəsində 5500,
dəqiq elmlər fakültəsində 5000 Avstraliya dolları
və s.
Monaş Universitetində,
dünyanın digər universitetlərində olduğu kimi, tələbələrin
təhsil haqqı onların oxuduğu fakültə və məktəbdən
asılı olaraq fərqlənir. 2010-2011-ci tədris ili üçün bu ali məktəbin bakalavr
pilləsində yerli tələbələrin təhsil
haqqı 5442, 7050, 8050, 9080 Avstraliya dolları, əcnəbi tələbələrin
isə təhsil haqqı 22800, 31130, 52300 Avstraliya dolları
arasında dəyişir. Magistratura pilləsində yerlilərin
təhsil haqqı 5442, 18100, 21400 Avstraliya dolları, əcnəbilərin
təhsil haqqı isə 21000, 25900, 30700, 32500 Avstraliya dolları, doktorantura pilləsində
isə əcnəbi tədqiqatçıların təhsil
haqqı 21000, 23300, 24990, 31140, 34500 Avstraliya dolları təşkil
edir.
Universitet bu gün
Monaş Universitetinin əsas
Kleyton kampusu 1,1 km2 ərazidə yerləşir
və şəhərciklərin ən böyüyüdür.
Kampusun şəxsi qəsəbələri,
indeksi (3800) var. Şəhərcik zəngin Avstraliya flora və
faunasına malikdir, burada 2000-dən çox müxtəlif
bitki növlərinə rast gəlmək olar. 2001-ci ildə
bu kampusda
Avstraliyada ilk sinxrotron zavodu tikilib. Kampusda
incəsənət, biznes və iqtisadiyyat, təhsil, mühəndislik,
informasiya texnologiyaları, hüquq, tibb, tibb bacısı, tibb
elmləri fakültələri yerləşir. Həmçinin
şəhərcikdə tələbə yataqxanaları (12 mərtəbəli
Hovit, iki binadan ibarət olan Farrer, 190 yerlik Riçardson, Dikin,
Roberts, 130 yerlik Cənub-Şərq mənzili və 240 yerlik
Manniks) var və burada minlərlə tələbə
qalır. Ümumilikdə, universitetin əsas
obyektləri bu şəhərcikdə cəmlənib.
Kolfrid
universitetin ikinci ən böyük kampusudur və Melburn şəhərinin
Kolfrid qəsəbəsində yerləşir. 1922-ci ildən
Kolfrid Texniki Məktəbi kimi fəaliyyət göstərən
kampus 1982-ci ildə Çisxolm Texnologiya İnstitutu
adlandırılıb, 1990-cı ildə isə Monaş
Universitetinə birləşdirilib. Bu şəhərcikdə
hazırda universitetin incəsənət, incəsənət və
dizayn, biznes və iqtisadiyyat, informasiya texnologiyaları, tibb,
tibb bacısı və tibb elmləri fakültələri yerləşir.
Tələbə təşkilatı da bu
kampusdadır.
Bervik kampusu
universitetin ən yeni kampuslarından biridir və Keysi şəhəri
bölgəsində 55 hektarlıq ərazidə
salınıb.
Bu kampusun tikintisinə 1994-cü ildən
başlanılıb. Cisplend kampusu Melburn
şəhərindən şərqdə Latrob Vallidə 63
hektar ərazidə yerləşir. Bu şəhərcikdə
əsasən bakalavrlar təhsil alırlar. Yalnız burada yerləşən tibb məktəbi
digər dərəcələr verir. Parkvill
kampusu Melburn şəhərindən 2 km şimalda Parkvill ərazisindədir.
Burada əczaçılıq və farmaseptik
elmlər, tibb, kommersiya və biznes fakültələri yerləşir.
Yarımada (
Monaş
Universitetinin Sanvey kampusu 1998-ci ildə Malayziyanın 13 dövlətindən
biri olan Selanqorun Bandar Sanvey şəhərində
yaradılıb. Burada universitetin bütün fakültələri
üzrə bakalavr, magistr və doktorluq dərəcələri
verilir, ən yeni texnologiyalarla təchiz edilmiş akademik
binalar, yataqxanalar mövcuddur. Sanvey
Monaş Universitetinin üçüncü ən böyük
kampusudur. 2007-ci ilin sentyabrında burada yeni
şəhərcik istifadəyə verilib. Monaş
Universitetinin Cənubi Afrikada Yohannesburq şəhərində
yerləşən kampusu 2001-ci ildən fəaliyyət
göstərir. Kampusda biznes və
iqtisadiyyat, incəsənət və informasiya texnologiyaları
fakültələri mövcuddur. Hazırda
kampus sürətlə inkişaf etməkdədir. 2001-ci
ildə İtaliyanın
Monaş Universitetinin
aşağıdakı fakültələri mövcuddur:
İncəsənət və dizayn
fakültəsi
tətbiqi incəsənət, multimedia, incəsənət nəzəriyyəsi,
sənaye dizaynı və arxitekturası sahələri üzrə
tədris və tədqiqatlar təşkil edir. 2008-ci ildə
burada yeni memarlıq kursunun keçilməsinə
başlanılıb. Fakültə çərçivəsində
Memarlıq, təsviri incəsənət, multimedia və rəqəmsal
incəsənət, incəsənət və dizayn nəzəriyyəsi,
Bədii tərtibat departamentləri və Cisplend İncəsənət
və Dizayn mərkəzi fəaliyyət göstərir.
İncəsənət fakültəsinə İngilis dili, Kommunikasiya və
Tədqiqatların Effektliliyi, Coğrafiya və Ekologiya,
Humanitar elmlər, Əlaqələr və Sosial Elmlər,
Jurnalistika və Avstraliya Tədqiqatları, Dillər, Mədəniyyətlər
və Dilçilik, Musiqi - Konservatoriya, Fəlsəfi, Tarixi və
Beynəlxalq tədqiqatlar, Siyasi və İctimai tədqiqatlar
məktəbləri daxildir. Malayziyada fakültənin
İncəsənət və Sosial elmlər, Cənubi Afrikada
isə İncəsənət məktəbləri var. Bununla
yanaşı, fakültənin nəzdində çoxlu sayda mərkəz
və institut fəaliyyət göstərir.
Biznes və İqtisadiyyat fakültəsi çərçivəsində
Mühasibatlıq və maliyyə, İqtisadiyyat və vergi
hüququ, Ekonometrika və biznes statistikası, İqtisadiyyat,
İdarəetmə, Marketinq departamentləri mövcuddur. Fakültə
dünyada özünün yüksək səviyyəli MBA
proqramı ilə tanınır.
Mühəndislik fakültəsi daxilində Biologiya, Kimya mühəndisliyi,
Mülki tikinti, Elektrotexnika və kompüter elmləri mühəndisliyi,
materialşünaslıq, maşınqayırma və aerokosmik
texnika departamentləri, Cisplend Tətbiqi Elmlər və Texnika
Məktəbi, Malayziyada isə Malayziya Mühəndislik Məktəbi
mövcuddur. Hər məktəb və departament
isə öz növbəsində bir neçə mərkəz
və laboratoriyalardan ibarətdir.
İnformasiya Texnologiyaları
fakültəsi
informasiya texnologiyaları üzrə müxtəlif kurslar tədris
edir, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis
və elmi işçi hazırlayır. Universitetin bütün
kampuslarında fakültənin məktəbləri var: Bervik,
Kolfild, Kleyton, Cisplend, Sanvey, Cənubi Afrika məktəbləri.
Hüquq fakültəsi və ya Hüquq məktəbi
Avstraliyanın ən nüfuzlu məktəblərindəndir və
dünyaya bir çox tanınmış şəxslər bəxş
edib. Məktəbin nəzdində Kastan İnsan
Hüquqları, Monaş Tənzimləmə Tədqiqatları
mərkəzləri, Beynəlxalq Məhkəmə Tədqiqatları
İnstitutu fəaliyyət göstərir.
Tibb, tibb bacısı və sağlamlıq haqqında
elmlər fakültəsinin Tibbi Biologiya Elmləri (Anatomiya və inkişaf
biologiyası, Biokimya və molekulyar biologiya, Mikrobiologiya,
Farmakologiya, Fiziologiya, Tibbi əks etdirmə və radiasiya elmləri,
Monaş immunologiya və gövdə hüceyrələri
laboratoriyaları daxildir), Tibb bacısı, Psixologiya və
Psixiatriya, Mərkəzi Klinik (Avstraliya Qan Xəstəlikləri
Mərkəzi, Alfred tibb, Alfred cərrahiyyə, Kabrini cərrahiyyə,
İmmunologiya xəstəxanaları, Anesteziya və perioperativ
tibb elmi şurası daxildir), Şərq
sağlamlığı kliniki, Cənub kliniki (pediatriya,
mamalıq və ginekologiya, qida və dietologiya bölmələri,
Monaş Cərrahiyyə Tibbi Mərkəzi daxildir), İlk
Tibbi-sanitar yardım (Təcili yardım və paramedik tədqiqatlar,
Ümumi praktika, İctimai fəaliyyət bölmələri
daxildir), Kənd yerində səhiyyə, İctimai səhiyyə
və Tibbi profilaktika, Tibb (Kleyton Mərkəzi Klinik, Cisplend
Tibb, Tibb və Sağlamlıq məktəbləri daxildir) məktəbləri
mövcuddur. Həmçinin fakültənin
30-dan çox institut və tədqiqat mərkəzi vardır.
Əczaçılıq və
farmaseptik elmlər fakültəsi bu sahə üzrə Cənubi
Kaliforniya Universitetinin Əczaçılıq məktəbindən
sonra dünyada ikinci ən yaxşı məktəbdir. Fakültənin
nəzdində Tibbi kimya, Farmaseptik biologiya və farmakologiya,
Farmaseptika, Farmaseptik təcrübə bölmələri,
Monaş Farmaseptik Elmlər İnstitutu fəaliyyət gösərir.
Dəqiq elmlər fakültəsi Kleyton kampusunda biologiya elmləri, kimya,
fizika, yer haqqında elmlər, riyaziyyat elmləri, Cisplend
kampusunda tətbiqi elmlər və Texnika, Sanvey kampusunda elmlər
məktəblərindən, bir neçə tədqiqat mərkəzi
və institutdan ibarətdir.
Təhsil (pedaqogika) fakültəsi nəzdində Təhsil
iqtisadiyyatı və peşəkar hazırlığı, Təhsil
multimedia, Elm, Riyaziyyat və Texnoloji təhsil, Elvin Mori,
Kronqold, Monaş Beynəlxalq Təhsil Tədqiqatları mərkəzləri,
İnsan Potensialının İnkişafı və Konsultasiya
İnstitutu mövcuddur.
Monaş
Universitetinin kitabxanası
Avstraliyanın aparıcı kitabxanalarından biridir. Hazırda
dünyanın üç qitəsində kitabxananın
filialları fəaliyyət göstərir. Kitabxana
kolleksiyasına 2,1 milyon kitab, 100000 çaplı və elektron
jurnal, 341825 elektron kitab, 1118 şəbəkə elektron verilənlər
bazası daxildir. Burada milli və beynəlxalq əhəmiyyətli
sənədlərin saxlandığı Xüsusi fond yerləşir.
Kleyton kampusundakı Lui Metson kitabxanasında qədimliyi
və gözəl tərtibatı ilə oxucuları valeh edən
100000-dən çox nadir kitab, şəkillər, əlyazma və
kitabçalar saxlanılır. Nadir kitablar
kolleksiyasının yaradılmasına 1961-ci ildə Conatan
Sviftin əsərlərinin toplanmasından sonra
başlanılıb. Bu kitabxanada il ərzində
müxtəlif sərgilər təşkil olunur.
Monaş
Universitetinin prezidenti və vitse-kansleri nevrologiya üzrə professor
Ed Brindir. Prezidentin müavini xanım professor Stefani Fai,
pro-kansler isə professor Saymon Adamsdır. Universitetdə
15262 nəfər işçi çalışır. Onların 8321 nəfəri akademik, 6941 nəfəri
isə inzibati işçidir. Qadın işçilərin
sayı burada 8748, kişi işçilərin
sayı isə 6514 nəfərdir.
2009-2010-cu tədris ilində
universitetdə ümumilikdə 59925
tələbə təhsil alıb. Tələbələrin
38811 nəfərini yerli, 21114 nəfərini isə əcnəbi
gənclər təşkil ediblər. Qız tələbələrin
sayı universitetdə 33917, oğlan tələbələrin
sayı isə 26008 nəfər olub. Monaş Universitetində
Bervik, Kleyton, Kolfild, Cisplend, Parkvill, Yarımada, Cənubi
Afrika, Malayziya kampuslarının tələbə təşkilatları
və assosiasiyaları fəaliyyət göstərir.
Kainatın dörd qitəsində
fəaliyyət göstərən Monaş Universiteti digər
universitetlərin malik olmadığı perspektiv və
resurslara söykənir. Dünyanın bir çox ölkələrini
təmsil edən tələbələrin burada oxumaları ilə
yanaşı, universitet istedadlı və savadlı müəllimləri
də özünə cəlb edərək işlə təmin
edir. Ali məktəb uğur əldə etməyin əsas səbəblərindən
birini də beynəlxalq təcrübəyə əsaslanmaqda
görür. Yer kürəsinin bir sıra nüfuzlu ali məktəbləri
ilə əməkdaşlıq çərçivəsində
Monaş Universiteti həmin təhsil ocaqları ilə tələbə
və işçi mübadiləsi edir. Universitetin
bütün dünyada 235000-dən çox məzunu müxtəlif
orqanlarda, rəhbər vəzifələrdə
çalışır. Monaş Universitetinin məqsədi
professional bacarıq və ictimai dəyərlərə malik gələcək
liderlər nəsli yetişdirməkdir.
Universitetin məşhur məzunları
Saymon Krin Avstraliyanın
ticarət naziri
Norman Leysi
Avstraliyanın sabiq təhsil və mədəniyyət
naziri
Robert Rey
Avstraliyanın sabiq müdafiə naziri
Maykl Vuldric
Avstraliyanın sabiq səhiyyə naziri
Raymond Finkelşteyn Avstraliya Federal Məhkəməsinin
hakimi
Merilin Uorren Avstraliya
Federal Məhkəməsinin ilk qadın hakimi
Kler Oneyl
Avstraliyada ilk qadın mer
Syu Hovard
Avstraliya
Radioyayım Korporasiyasının direktoru
Jan Bedford yazıçı
Piter Keri yazıçı
Meri Tonkinskom rəssam, Dobell
mükafatı laureatı
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan müəllimi.-
2010.- 9 sentyabr.- S.3.