Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası
barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan
Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş
30.6.2005-ci il tarixli, 003283 nömrəli xüsusi
razılığın (lisenziya) qüvvədəolma müddətinin
uzadılmaması barədə Azərbaycan Respublikası təhsil
nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin
icrası ilə bağlı
ƏMR EDİRƏM:
1. Təhsil
Nazirliyinin məlumat bankında adları olan Azərbaycan Beynəlxalq
Universiteti tələbələrinin aşağıda göstərilən
ali təhsil müəssisələrində təhsillərini
davam etdirmələri təmin edilsin:
- "Riyaziyyat və informatika",
"müalicə işi", "pediatriya", "hüquqşünaslıq",
"neft və qaz yataqlarının işlənməsi və istismarı",
"ekologiya", "aqronomluq", "stomatologiya" və
"tibbi biologiya" ixtisaslarında təhsil alan tələbələr
- "Odlar Yurdu" Universitetində;
- "Turizm və sosial-mədəni
servis xidməti", "dekorativ tətbiqi incəsənət
və xalq sənəti", "maliyyə və kredit" və
"dövlət və bələdiyyə idarəetməsi"
ixtisaslarında təhsil alan tələbələr - Azərbaycan Kooperasiya Universitetində;
- "İbtidai təhsilin
pedaqogika və metodikası" və "məktəbəqədər
təhsilin pedaqogika və metodikası" ixtisaslarında təhsil
alan tələbələr - Bakı
Qızlar Universitetində;
- "Beynəlxalq
iqtisadi münasibətlər" və "regionşünaslıq"
ixtisaslarında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi
Universitetində;
- "Tarix və ictimaiyyat" ixtisasında təhsil
alan tələbələr -
Bakı Asiya Universitetində;
- "Gömrük işinin
təşkili" və "vergi işinin təşkili və
idarəedilməsi" ixtisaslarında təhsil alan tələbələr
- Bakı Biznes Universitetində;
- "Xarici dil (ingilis
dili)" və "jurnalistika" ixtisaslarında təhsil
alan tələbələr - Bakı
Avrasiya Universitetində;
- "Nəqliyyatda daşınmaların
və idarəetmənin təşkili", "sənaye və
mülki tikinti" və "bədən tərbiyəsi və idman" ixtisaslarında
təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi "Təfəkkür"
Universitetində;
- "İqtisadiyyatın
hüquqi tənzimlənməsi" ixtisasında təhsil
alan tələbələr - Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasında.
2. Qüvvədəolma
müddəti bitdiyi üçün lisenziyası etibarsız
hesab edilmiş Azərbaycan Beynəlxalq Universitetinə mövcud
qanunvericiliyin tələbləri gözlənilməklə daxil
olan tələbələrin digər özəl ali məktəblərə
köçürülməsini, 1.9.2010-cu il tarixə qədər
təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən
təhsilində fasilə yaranan şəxslər barədə
məlumatın hazırlanmasını, təhsillə bağlı
sənədlərin təhvil alınaraq arxivə verilməsini
təmin etmək və digər məsələlərin həlli
ilə bağlı təkliflər hazırlamaq məqsədilə
aşağıdakı tərkibdə təhvil-təslim
komissiyası yaradılsın:
Nəzakət Hacıyeva - Aparatın rəhbərinin müavini;
Mircəfər Nəbiyev - Xüsusi
şöbənin müdiri;
Elmir Həsənov - Hüquq
sektorunun müdiri;
İlyar Vahabov - Aparatın baş məsləhətçisi;
Natiq İbrahimov - Ali və orta
ixtisas təhsili şöbəsinin baş
məsləhətçisi;
Nizami Süleymanov -
Azərbaycan
Beynəlxalq Universitetinin tədris
işləri üzrə
prorektoru.
3.
Təhvil-təslim komissiyasına tapşırılsın:
3.1. Tələbələrin
ali məktəbə qəbul olunmaları barədə sənədlərin,
şəxsi işlərin və qiymət kitabçalarından
çıxarışların universitetin rəhbərliyi ilə
birlikdə vaxtında hazırlanıb tələbələrə
verilməsini təmin etsinlər.
3.2. Universitetin məzunları
üçün Təhsil Nazirliyindən alınmış diplomların
saxlanılması, doldurulması, verilməsi və uçotu
vəziyyətini və digər məsələləri araşdırsınlar.
3.3. Akademik məzuniyyətdə
olan və ya müxtəlif səbəblərdən ali məktəbdən
xaric olunmuş tələbələr barədə müvafiq
məlumat hazırlasınlar.
3.4. Köçürülmə
və təhvil-təslim zamanı şikayəti olan tələbə
və valideynləri qəbul edib, məsələni yerində
araşdıraraq müvafiq izahat versinlər.
3.5. Azərbaycan Beynəlxalq
Universiteti tərəfindən təhsillə bağlı təqdim
olunmuş sənədləri təhvil alsınlar.
3.6. Görülən
işlər barədə mütəmadi olaraq Aparat rəhbərinə
rəsmi məlumat hazırlasınlar.
4. Fəaliyyəti
dayandırılmış ABU-nun rəhbərliyi (E.Abdullayev):
4.1. Təhsil Nazirliyi tərəfindən
Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş
30.6.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın
(lisenziya) əslini Azərbaycan Respublikası Təhsil
Nazirliyinə təqdim etsin.
4.2. 1.9.2010-cu il tarixə
qədər Azərbaycan Beynəlxalq Universitetində təhsil
alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən
təhsilində fasilə yaranan şəxslər barədə
siyahını və məlumatı bir daha dəqiqləşdirərək
təhvil-təslim komissiyasına təqdim etsin.
4.3. Təhsillə bağlı
aşağıdakı sənədləri tam qaydaya salıb Təhsil
Nazirliyinin arxivinə vermək üçün komissiyaya təhvil
versin:
- tələbələrin
ali məktəbə qəbul edilmələri, kursdan-kursa
keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət
verilmələr, ali məktəbin fəaliyyəti ilə
bağlı əmr kitablarını;
- imtahan-məqbul cədvəllərini;
- göndəriş vərəqələrini;
- dərs
jurnallarını;
- doldurulmuş və
doldurulmamış akademik arayış və diplom
blanklarını;
- diplom
blanklarının alınması, verilməsi və
qeydiyyatı jurnallarını;
- əməkdaşların
işə qəbul edilməsi və azad olunması, analıq
məzuniyyətinə göndərilməsi barədə əmr
kitablarını;
- əməkdaşların
şəxsi işlərini;
- əmək müqavilələrini;
- digər arxiv sənədlərini.
4.4. Cari ildə ali məktəbi
bitirmiş və müvəffəqiyyətlə yekun dövlət
attestasiya sınaqlarından keçmiş şəxslərə
diplom verilməsi ilə bağlı nazirliyə müraciət
edib, 10 gün müddətinə bu məzunlara diplomların
verilməsini təmin etsin.
5.
Tələbələrin köçürüldüyü ali
təhsil müəssisələrinin rəhbərlərinə
tapşırılsın:
5.1. 2010-2011-ci tədris
ili başlanana qədər tələbələrin şəxsi
işlərini və qiymət kitabçalarından
çıxarışlarını qəbul etmək,
köçürüldüyü ali məktəbin tədris planına
müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və
təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək
məqsədi ilə müvafiq əmrlə xüsusi qəbul
komissiyası yaratsınlar.
5.2. Tələbələrin
köçürülməsi ilə bağlı əmr verilən
zaman yaradılan qəbul komissiyasının rəyini əsas
tutsunlar.
5.3. Tələbələrin
fənn fərqlərini semestrin sonuna qədər vermələri
üçün şərait yaratsınlar.
5.4. Fəaliyyəti
dayandırılan universitetin pedaqoji kadrlarını imkan
daxilində işlə təmin etsinlər.
6.
Aparata (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili
şöbəsinə (İ.Mustafayev)
tapşırılsın:
6.1. Təhsil Nazirliyinin
məlumat bankına uyğun olaraq, mövcud qanunvericiliyin tələbləri
gözlənilməklə, ABU-ya qəbul olunan və
köçürülən tələbələrin ixtisaslar
və kurslar üzrə adlı siyahısını müvafiq
ali məktəblərə təqdim etsinlər.
6.2. Tələbələrin
köçürülmələrinin cari dərs ilinin
başlanğıcına qədər başa
çatdırılması ilə bağlı müvafiq tədbirlər
görsünlər.
6.3. Lazım gəldikdə
təhvil-təslim komissiyasının üzvlərinin ali məktəblərdə
yaradılan qəbul komissiyasında iştirakını təmin
etsinlər.
6.4. Aidiyyəti özəl
ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin
köçürülməsi ilə bağlı əmrdən
irəli gələn digər tədbirləri həyata
keçirsinlər.
7.
Nazirliyin müvafiq idarə və şöbələri bu əmrdən
irəli gələn digər tədbirləri həyata
keçirsinlər.
8. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
8 sentyabr 2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 9 sentyabr.- S.2.