İşçi qrupunun yaradılması
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycanda akkreditə
olunmuş xarici ölkələrin diplomatik
nümayəndəliklərinin əməkdaşlarının uşaqları
arasında Azərbaycan
Respublikası
Təhsil Nazirliyi,
Mədəniyyət və
Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
"Azərbaycan haqqında
nə bilirəm" mövzusunda müsabiqə
keçirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ölkəmiz
haqqında, onun təhsili,
mədəniyyəti haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin
əməkdaşlarının uşaqlarında
daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin
ictimai həyatında fəal iştiraka cəlb etmək üçün həmin uşaqlar arasında inşa, şeir, rəsm
və
rəqs
nominasiyaları üzrə müsabiqənin
keçirilməsi
ilə
əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
Elmar Qasımov -
Azərbaycan Respublikası
təhsil nazirinin müavini, sədr;
Ağababa İbrahimov
- Təhsil
Nazirliyinin Tərbiyə
və məktəbdənkənar
müəssisələr
şöbəsinin müdiri, üzv;
Qulu Novruzov
- Təhsil
Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri, üzv;
Tünzalə Aydəmirova -
Xarici İşlər Nazirliyinin İnsan hüquqları,
demokratikləşdirmə və
humanitar problemlər
idarəsinin II katibi, üzv;
Vaqif Babayev - Mədəniyyət və
Turizm Nazirliyinin Elm və təhsil şöbəsi Təhsil
sektorunun müdiri,
üzv;
Zöhrə Əsgərova - Gənclər və
İdman Nazirliyinin Elm və təhsil şöbəsinin
baş
məsləhətçisi,
üzv;
Nurlana Qaraxanova - Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin Uşaq
problemləri şöbəsinin baş məsləhətçisi,
üzv.
2.
İşçi qrupu müsabiqənin keçirilməsi ilə
bağlı Əsasnaməni 10 gün müddətində
hazırlayıb təsdiqə təqdim etsin.
3.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
edilməsini təmin etsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
8 sentyabr 2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 9 sentyabr.- S.2.