Təşkilat Komitəsinin yaradılması barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin mütəşəkkil və yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

  Təşkilat Komitəsinin sədri:

 

  İsgəndər İsgəndərov  -  Azərbaycan Respublikası təhsil nazirinin müavini   

      

  Təşkilat Komitəsi sədrinin müavini:

 

  Vüsalə Fətəliyeva  - Şuşa Rayon İcra Hakimiyyəti başçısının  təhsil, səhiyyə mədəniyyət üzrə müavini  

 

  Təşkilat Komitəsinin üzvləri

 

  İlham Pirməmmədov  - Təhsil Nazirliyi aparatının rəhbəri  

  Aydın Əhmədov - Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri  

  Fərzəli Qədirov  - Strateji təhlil, planlaşdırma kadrların idarəolunması şöbəsinin müdiri  

  Şahrza Əliyev   - İqtisadiyyat şöbəsinin müdiri  

  Bayram Hüseynzadə - İctimaiyyətlə əlaqə şöbəsinin müdiri  

  Sabir Həmidov  - Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş məsləhətçisi  

  Təvəkkül Əliyev - Şuşa Rayon Təhsil Şöbəsinin müdiri  

  Sevil Babayeva  - Şuşa şəhər 1 nömrəli orta məktəbin direktoru  

  Əyyub Əbdüləzimov  - Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi  

  Vasif Quluyev  - "Şuşa" qəzetinin redaktoru  

 

2. Təşkilat Komitəsi yubileylə bağlı nəzərdə tutulan tədbirlərin koordinasiyasını və digər müvafiq məsələlərin yerinə yetirilməsini təmin etsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

2 sentyabr 2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.2.