2010-2011-ci dərs ilində
"Ən yaxşı
ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası
Prezidentinin "Ən
yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" 4 sentyabr
2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını
rəhbər tutaraq,
2010-2011-ci dərs ilində
"Ən yaxşı
ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi
məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Prezidentinin "Ən
yaxşı ümumtəhsil
məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları
və ümumtəhsil
məktəblərinə verilmiş
mükafatın istifadə
istiqamətləri"nin və
"Ən yaxşı
müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında" 2008-ci il 25
fevral tarixli, 714 nömrəli Fərmanına
uyğun olaraq, ümumtəhsil məktəbləri
və müəllimlərin
müsabiqələrdə iştirakı
ilə bağlı elanın mətni və ona əlavələr təsdiq edilsin (əlavə olunur).
2.
2010-2011-ci dərs ilində müsabiqələrdə iştirak
üçün sənədlərin
qəbulu 2010-cu
il sentyabrın 20-dən başlansın
və oktyabrın 20-də başa çatdırılsın.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
müsabiqələrlə bağlı
elan və ona əlavələrin
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını təmin
etsin.
4. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
30 avqust 2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 9 sentyabr.- S.2.