Naxçıvan MR Təhsil
Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinə, Gəncə Şəhər Təhsil
İdarəsinə, rayon (şəhər)
təhsil şöbələrinə, bilavasitə nazirlik
tabeliyindəki ümumi təhsil müəssisələrinə
Bildiririk ki, Azərbaycan
Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında" 4
sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını
rəhbər tutaraq 2010-2011-ci dərs ilində "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi ilə bağlı hazırlıq işlərinə
başlanmışdır.
Bildiririk ki, müsabiqələrdə
iştirak üçün sənədlərin qəbulu
2010-cu il sentyabrın 20-dən başlanıb 2010-cu il
oktyabrın 20-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə
iştirak etmək istəyənlər tərəfindən Təşkilat
Komitəsinə aşağıdakı sənədlər təqdim
olunmalıdır:
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsi üzrə
1.
Müsabiqədə iştirakla bağlı məktəb
direktoru və məktəb həmkarlar təşkilatı sədrinin
təhsil şöbəsində (idarəsində) qeydiyyata
alınmış birgə ərizəsi (forma əlavə
edilir) əsasında rayon (şəhər) təhsil
şöbəsi (idarəsi) müdirinin və TİAHİ
rayon təşkilatı sədrinin
həmin məktəbin müsabiqədə
iştirakının irəli sürülməsi haqqında Təşkilat
Komitəsinə birgə təqdimatı (forma əlavə
olunur)***.
2. Müsabiqədə
iştirakla bağlı müəyyən edilmiş şərtlərə
məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat
(müvafiq forma üzrə şərtlər əlavə olunur).
3.
Şərtlərlə əlaqədar məktəbin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəbin
direktoru tərəfindən təsdiq edilir).
4. Son
3 ildə məktəbdə təhsil və əmək
qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə
əməl olunması vəziyyəti barədə məktəb
direktorunun arayışı (yerli həmkarlar təşkilatının
rəsmi sənədləri əsasında yazılır və
həmin sənədlərin kserosurətləri əlavə olunur).
5. Məktəbin
fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa
arayışı.
2, 3, 4 və 5-ci bəndlərdə
göstərilən tələblərə riayət edilməklə
məktəb direktoru və məktəb həmkarlar təşkilatının
sədri müsabiqədə iştirak üçün Təşkilat
Komitəsinə birbaşa da müraciət edə bilər.
"Ən yaxşı müəllim" müsabiqəsi
üzrə****
1.
Müsabiqədə iştirak etmək istəməsi barədə
müəllimin Təşkilat Komitəsinə ərizəsi
(forma əlavə olunur).
2. Müsabiqədə
iştirakla bağlı müəyyən edilmiş şərtlərə
müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat
(müvafiq forma üzrə şərtlər əlavə olunur).
3.
Şərtlərlə əlaqədar müəllimin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəb
direktoru tərəfindən təsdiq edilir).
4. Müəllim
haqqında məktəb direktoru və məktəb həmkarlar
təşkilatı sədrinin qısa xasiyyətnaməsi.
* Naxçıvan MR-də
müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil
Nazirliyi tərəfindən təşkil olunur.
** Müəyyən
olunmuş müddətdən sonra Təşkilat Komitəsinə
daxil olan sənədlər qəbul edilməyəcəkdir.
*** Rayon (şəhər)
tabeliyi olmayan ümumi təhsil müəssisələrinin
direktorları Təşkilat Komitəsinə birbaşa müraciət
edirlər.
**** Əsas iş yeri
ümumtəhsil məktəbi olan və müəllim işləyənlər
(Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü
alan müəllimlər, habelə direktor, direktor müavinləri
və məktəb psixoloqları istisna olunmaqla) iştirak edə
bilərlər.
Təşkilat Komitəsi
Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.7.