Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar

 

Təhsil bütövlükdə xalqın bu günü, sabahı daha uzaq gələcəyi ilə bağlı olan, onun intellektual inkişafına yönələn məqsədyönlü, planlı bir prosesdir. Burada öyrədən , öyrənən məhz xalqın özüdür.

Həmin prosesin nəticələri xalqın gələcəyinə hesablanır.

Bu gün - dünya təhsilinə inteqrasiyanın müxtəlif istiqamətlərdə reallaşdırıldığı bir zamanda bölgənin, bütövlükdə ölkənin təhsil tarixinin öyrənilməsi inkişaf qaynaqlarının aşkara çıxarılması perspektivlərin dəqiq müəyyənləşdirilməsi istənilən uğurların qazanılması ilə bağlıdır.

Odur ki, bu sahədə görülmüş hər bir xalqa, gələcəyə xidmətdir.

"Şamaxı - təhsil tarixi" irihəcmli kitabı (elmi redaktoru Ə.Xəlilov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor N.Cəfərov, professor F.Rüstəmov, professor O.Rzaquliyev b.) bu baxımdan vaxtında yazılmış əsərdir. Müəlliflər - Şamaxı RTŞ-ın əməkdaşı, BDU-nun dissertantı Ədalət Məmmədov Şamaxı RTŞ-ın müdiri, respublikanın əməkdar müəllimi Viktor Əliyev monoqrafiyada milli dövlətçiliyimizin nümunəsi olan Şirvanşahların paytaxtı Şamaxının təhsilinin inkişaf tarixinə zəngin mənbələr əsasında işıq salıblar. Kitaba "Ön söz"ü akademik Vasim Məmmədəliyev yazmışdır.

16 fəsildən ibarət kitabın tarixi-mədəni dəyərləri çoxdur. İlk fəsildə yerli abidələrə, mənbə yazılı qaynaqlara istinad olunaraq müstəqil Şirvanşahlar dövlətinin paytaxtı Şamaxının salnaməsi səhifələnir, zəngin faktlar vasitəsilə qədim məşhur şəhər barədə bu günün gələcəyin oxucularına geniş məlumat çatdırılır.

Şirvan torpağı Azərbaycandan ayrı şəkildə deyil, ümumilikdə türk dünyası ilə əlaqəli şəkildə tarixi-coğrafi obyekt kimi alınıb, onun mədəniyyəti, təhsili ümumazərbaycan kontekstində götürülərək təsvir təhlil olunub. Bu baxımdan "Qədim yazı işarələrindən əlifbaya doğru", "Kitabi-Dədə Qorqud" -- möhtəşəm sənət abidəmiz", "Orta əsrlərdə Azərbaycan elmi-fəlsəfi pedaqoji fikir tariximizə bir nəzər" adlı fəsillər Şamaxının salnaməsinin, təhsil tarixinin ümumtürk dəyərləri ilə ortaqlığından xəbər verir. Əsərin böyük zəngin faktlarla qələmə alınmış fəsillərindən biri "İslam təhsil" adlanır. Şamaxı məktəb mədrəsələrinin erkən orta əsrlərdən XIX əsrə qədərki dövrü bu fəsildə mərhələ inkişaf dinamikası üzrə tədqiq olunmuşdur.

Ölkəmizin, eləcə onun qədim bölgələrindən olan Şamaxının təhsilinin inkişafında XIX əsr mühüm mərhələdir. Müəlliflər "XIX əsr Azərbaycan məktəbi" adlı bölmədə ictimai-siyasi durumu təhlil etməklə, quberniya mərkəzi olan Şamaxıda açılmış "ali ibtidai", "müsəlman", "şəhər məktəbi" tipli təhsil ocaqlarından geniş söhbət açıblar. Fəsildə oxucular üçün maraqlı olanlar arasında kənd məktəbləri, xalq məktəbləri, bazar günləri məktəbləri haqqında məlumatlardır.

Azərbaycan şair, yazıçı publisistləri həm əsl maarifpərvərlər olmuşlar. S.Ə.Şirvani məktəbdarlıq, müəllimlik etmiş, dərs vəsaiti hazırlamış, əsərlərində maarifçilik ideyalarını təbliğ etmişdir. Bu baxımdan S.M.Qənizadə, M.Mahmudbəyov, Ə.Orucov, S.Ünsizadə, Qori Müəllimlər Seminariyasının inspektoru A.O.Çernyayevskinin tarixi xidmətləri böyükdür. Monoqrafiyanın "Rus-Azərbaycan məktəblərinin  meydana  gəlməsi    Şamaxı  maarifpərvərləri" adlı  fəsli  məhz  bu  faktların  şərhinə,  həmin  maarifpərvərlərin fəaliyyətinin təsvirinə həsr olunub.

Şamaxı mühitinin özəlliklərindən biri məhz şairlərin xalqın maariflənməsində mühüm rol oynamalarıdır. Belə ki, M.Ə.Sabir, A.Səhhət, M.Hadi kimi ədəbi-tarixi şəxsiyyətlər həm şəxsi fəaliyyətləri ilə məktəbin inkişafına xidmət etmiş, həm əsərlərində maarifçiliyi təbliğ sahəsində uğurlu işlər görmüşlər.

Kitabın "XX əsrin başlanğıcında Şamaxıda ictimai-milli və ədəbi-bədii uğurların ifadəsi" adlı onuncu fəslində bu haqda faktlar təhlil edilib, qadın təhsili sahəsində uğurlar (ilk qız məktəbinin açılması və s.) qələmə alınıb.

Əsərin "Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb" (1918-1920), "Yaxın tariximiz - 70 ildə sovet məktəbi" kimi fəsillər də diyarşunaslıq faktları ilə bağlı səhifələrlə zəngindir. Məlum olur ki, ADR zamanında xaricdə təhsil almağa göndərilmiş 100 nəfər azərbaycanlı gəncdən 5 nəfəri şamaxılı imiş. İstər ADR zamanında, istərsə də sovet hakimiyyəti illərində əslən şirvanlı olan M.Mahmudbəyov, C.Cəbrayılbəyli kimi pedaqoqlar sələflərinin yolunu davam və inkişaf etdirmiş, gələcək nəsillər üçün nümunəyə çevrilmişlər.

Ədalət Məmmədov və Viktor Əliyevin arxiv materialları, müxtəlif tarixi-pedaqoji mənbə və qaynaqlar əsasınla qələmə alıb nəşr etdirdikləri monoqrafiyanın sonuncu fəsli çox zəngin faktlara söykənir.

Kitabın ədəbi-tarixi dəyərini artıran tərəflər bunlardır: fəsillərə müvafiq epiqrafların, Şamaxının tarixi və gözəlliyi ilə bağlı görkəmli şəxsiyyətlərin fikirlərinin, müxtəlif şəkil və rəsmlərin reproduksiyalarının verilməsi, statistik rəqəmlərin təqdimi və s.

Dövri nəşrlərdə dərc olunmuş resenziyalarda da kitabın tarixi, mədəni dəyəri olduğu qeyd edilir: "Monoqrafiyada müstəqil, demokratik Azərbaycan Respublikasının təhsil islahatları, Şamaxının timsalında təhsilimizin bugünkü nailiyyətləri sadalanmış, geniş şərh olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi və bu kimi digər təhsilimizin inkişafına yönəlmiş əvəzsiz işlərdə Şamaxı da unudulmamış, məhz bu cür xidmətlərdən bəhrələnmişdir. Şamaxı şəhərində yerləşən bütün ümumtəhsil məktəblərin, onların pedaqoji kadrlarının, qabaqcıl müəllimlərinin, məktəblərin əldə etdiyi nailiyyətlərin kitabda xüsusilə əks olunması təqdirəlayiqdir".

Təbii ki, hər bir sahədə ilk addım, ilk təşəbbüs müəyyən çatışmazlıq və ya nöqsanlardan xali olmur. Bu mənada kitabda mübahisə doğuran məqamlar, qrammatik səhvlər var. Lakin bunlar irihəcmli kitabın ümumi tarixi, pedaqoji, mədəni dəyərləri ilə müqayisədə çox deyil.

Hər bir vətəndaş həyatının hansı mərhələsindəsə vətən, xalq, diyar qarşısında öz tarixi hünərini göstərir, layiqli iş görür. Bu yöndən Şamaxı RTŞ-ın müdiri V.Əliyevlə şöbənin aparıcı mütəxəssisi Ə.Məmmədovun gərgin zəhmət, ciddi axtarış və məqsədyönlü fəaliyyət nəticəsində araya-ərsəyə gətirdikləri "Şamaxı-təhsil tarixi" (Bakı: Zərdabi LTD MMC, 528 s.) adlı irihəcmli kitab çox dəyərli əsərdir. Ümidvarıq ki, bu əsər ayrı-ayrı bölgələr üzrə belə kitabların hazırlanması sahəsində ilk qaranquş olacaq.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.8.