Azərbaycanın Milli
Qəhrəmanları
Hüseynov Elşən İbrahim
oğlu
1976-cı il iyunun 30-da Saatlı rayonunun Qıraqlı kəndində anadan olmuşdu. 1993-cü ildə kəndlərindəki orta məktəbi bitirdikdən bir il sonra Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdı. Elşən xidmət etdiyi "N" saylı hərbi hissədə verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə hamının hörmətini qazanmışdı. 1995-ci ilin məlum mart hadisələri zamanı o da Milli Ordu sıralarında öz vətəndaşlıq borcunu yerinə yetirərək Azərbaycanı parçalamaq istəyən nankorlara qarşı mübarizəyə qoşulmuş və qəhrəmanlıq nümayiş etdirmişdi.
E.Hüseynov 1995-ci il martın 17-də qeyri-qanuni silahlanmış, dövlət çevrilişinə cəhd edən bir qrup qiyamçı ilə qarşıdurmada qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Saatlı rayonunun Qıraqlı kəndində dəfn olunub. Saatlı rayon mərkəzi xəstəxanası onun adını daşıyır.
Hüseynov Əfqan Qaraxan
oğlu
1963-cü il fevralın 24-də Bakı şəhərində
anadan olmuşdu.
1978-ci ildə paytaxtdakı 109 nömrəli orta
məktəbin səkkizinci sinfini bitirərək
C.Naxçıvanski adına Hərbi Liseyə daxil
olmuşdu. Burada təhsilini başa
çatdırdıqdan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə
qəbul olmuşdu. 1984-cü ildə bir zabit kimi
təyinatla Simferopol şəhərinə
göndərilmişdi. 1985-1987-ci illərdə Əfqanıstanda
gedən döyüşlərdə iştirak
etmiş, bir neçə
dəfə ağır yaralanmışdı. O, 1992-ci ilin avqustunda yaranan Milli Qvardiya Alayına komandir təyin edilmişdi.
Ə.Hüseynov 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin
müdafiəsi zamanı
qəhrəmancasına həlak
olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. C.Naxçıvanski adına Hərbi Liseydə və Milli Qvardiya Qərargahında büstü
qoyulub.
Hüseynov Rövşən Şəmil
oğlu
1967-ci il fevralın 22-də
Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdu. 1984-cü ildə kəndlərindəki orta
məktəbi bitirdikdən
sonra Ağdam rayon Mədəniyyət evində
çalışmışdı. 1985-ci ildə Bakı
Dövlət Universitetinin
fizika fakültəsinə
daxil olmuş,
1985-1987-ci illərdə ordu
sıralarında xidmət
etmişdi. Rövşən
1992-ci ildə bir neçə tələbə
dostu ilə dövlət
imtahanlarına üç
ay qalmış təhsilini
yarımçıq qoyaraq
iki ay hərbi hazırlıq keçdikdən
sonra Qarabağın ən qaynar döyüş bölgəsinə
yola düşmüşdü.
Goranboy istiqamətində Holandağ
yüksəkliyi uğrunda
gedən döyüşlərdə
iştirak etmişdi.
R.Hüseynovun komandirlik
etdiyi dəstə
1992-ci il mayın 11-də Mingəçevir
bölüyünü mühasirədən
çıxararkən o özü
də qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 16 noyabr
1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Hüseynov Rövşən
Şəmil oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub. Bakı Dövlət Universitetində
büstü qoyulub.
Hüseynov Sadiq Dayandur oğlu
1961-ci il iyulun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdu. 1978-ci ildə kəndlərindəki
orta məktəbi bitirmiş və 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsinin qiyabi şöbəsinə daxil
olmuşdu. Sadiq 1987-ci ildə
institutu bitirərək
doğma kəndlərinə
qayıtmışdı. 1989-cu ildə
1992-ci il aprelin 13-də erməni silahlı qüvvələri Şuşanı
ağır raket atəşinə tutan zaman S.Hüseynov yaralı yoldaşlarını
xilas edərkən qəhrəmancasına həlak
olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Sadiq Dayandur oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn olunub. Xocavənd kənd orta
məktəbi onun adını daşıyır.
Hüseynov Şahlar İsa
oğlu
1968-ci il noyabrın 26-da Qərbi Azərbaycanın
Razdan rayonunun Hankavan kəndində anadan olmuşdu. 1985-ci ildə doğma
kəndlərində orta
təhsilini rus dilində başa çatdırmış və
peşə məktəbində
sürücülük peşəsinə
yiyələnmişdi. Şahlar
1986-1988-ci illərdə Moskva
şəhərində hərbi
xidmətdə olmuşdu.
1991-ci ildən isə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər işləməyə
başlamışdı. 1992-ci ildə Gəncə
batalyonunun tərkibində
erməni işğalçılarına
qarşı döyüşlərdə
fəal iştirak etmişdi.
Ş.Hüseynov 1992-ci il aprelin 10-da Marquşevan kəndində
uzun sürən döyüşdə böyük
şücaət göstərərək
qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7
iyun 1992-ci il
tarixli 833 nömrəli
Fərmanı ilə Hüseynov Şahlar İsa oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Gəncə şəhərində
Şəhidlər xiyabanında dəfn olunub. Gəncə
şəhərində adına küçə var.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2010.- 17 sentyabr.- S.6.