ADU-da daha iki ixtisas açılıb
Azərbaycan Dillər
Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat
xidmətinin rəhbəri Zeynəb Kazımovadan aldığımız məlumata
görə, 2010-2011-ci tədris
ilində ADU-nun Avropaşünaslıq və Beynəlxalq
münasibətlər fakültəsində iki yeni -
qafqazşünaslıq və
hindistanşünaslıq ixtisasları açılıb.
Artıq yeni tədris ilindən
universitetdə həmin ixtisasların öyrədilməsinə başlanılacaq və burada 10 nəfər
tələbə qafqazşünaslıq, 10 nəfər tələbə
isə hindistanşünaslıq ixtisasları üzrə
Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit
sistemi üzrə təhsil alacaqdır.
Ali məktəbdə
gələcəkdə tələbələrin
ölkə daxilində
və xaricdə ixtisasartırma kursları
və mübadilə proqramında
iştirakı da nəzərdə tutulur.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.5.