Daim öyrənməklə keçən ömür

 

İnanmaq olmur ki, Nizami rayonundakı Eldar Quliyev adına 145 nömrəli məktəbin direktoru Nikolay Zinovyeviçin 65 yaşı tamam olur. O öz işinin vurğunudur. Nikolay Zinovyeviç Beynəlxalq Pedaqoji Cəmiyyətin əlaqələndirmə şurasının "Moskva merinin təqaüdü" hamilik şurasının üzvüdür.

Təhsilin inkişafındakı xidmətlərinə görə Nikolay Zinovyeviç Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

İctimai və peşə fəaliyyətindəki uğurlarına görə Nikolay Zinovyeviçin adı "XXI əsr Azərbaycan ziyalıları", "Azərbaycan təhsilinin məşhur xadimləri" və "Yaxşıların yaxşısı" kitablarında qeyd edilib.

Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin inkişafına görə Nikolay Zinovyeviç Rusiya Federasiyası XİN-in Fəxri fərmanı ilə təltif edilib. Təltiflərini saymaqla qurtarmaz.

Artıq 20 ildir ki, Nikolay Zinovyeviç 145 nömrəli məktəbə rəhbərlik edir. Bir insanbir rəhbər kimi onun haqqında çox xoş sözlər demək mümkündür. Lakin bizcə, elə pedaqoji ictimaiyyətin arasında yayılmış "Vasilçenkonun məktəbi" ifadəsi onu təqdim etmək üçün kifayətdir. Təhsil almaq üçün məktəbimizə şəhərin müxtəlif guşələrindən şagirdlər gəlirlər. Onlar bu məktəbin kandarından sevinclə daxil olurlar.

Öz xarakterinə görə Nikolay Zinovyeviç liderdir, öndə getməyi bacarır arxasınca aparmağı da bacaran şəxsdir. Öz ətrafında olanları da öz enerjisi ilə irəli çəkir, hər bir başlanğıcda qalib gəlməyə, yaxşılar sırasında olmağa sövq edir.

Onun xarakterinin formalaşmasında fiziki tərbiyə əsas rol oynamışdır. Belə ki, o motoidman üzrə idman ustası, SSRİ yığmasının üzvü, on dəfə Azərbaycan çempionu, beynəlxalq dərəcəli hakim olmuşdur.

Zahiri görkəmlə bərabər, hər bir işdə intizamlı dəqiq olan Nikolay Zinovyeviç bizim hər birimizdən belə intizam tələb edir. Hər şey öz vaxtında olmalıdır: işə gəlmək, hesabat vermək, jurnalların yazılması. Onun nizam və səliqəsi ətrafındakıları da buna sövq edir.

Müəllim-yenilikçi, həmişə axtarışda olan Nikolay Zinovyeviç pedaqoji kollektivi yaradıcı işə cəlb etmişdir. O, daim öz üzərində işləyir. Onun kabinetində külli miqdarda pedaqogika, müasir metodika yeniliklərə aid ədəbiyyat vardır. O, yeni çap olunan ədəbiyyatı öyrənir, məktəbin metodiki şurasında müzakirə edir.

Müəllim şagirdlərin birgə əməyi Nikolay Zinovyeviçin rəhbərliyi nəticəsində 2008-2009-cu tədris ilində məktəbimiz "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qalibi olmuşdur.

Ali məktəblərə qəbulda son 12 ildə məktəb yüksək göstəricilərə nail olub. 2007-2008-ci tədris ilinin məzunları Səkinə Dadaşova, İqor Pirverdiyev bir çox başqaları 635-dən yuxarı bal toplamış önəmli ali məktəblərə daxil olmuşlar. 2008-2009-cu tədris ilində Aydan Əlizadə Ramin Quluzadə 607 bal toplamış məktəbi sevindirmişlər, 640 bal toplamaqla Nihat Elçiyev BDU-ya, Əli Əliyev Murad Məmmədov 694 balla uyğun olaraq Tibb Universitetinə Lomonosov adına MDU-ya daxil olmuşlar. 2009-2010-cu tədris ilində ali məktəblərə qəbulun yekunlarına görə, məktəbimiz Nizami rayonunda birinci yeri tutub. 5 məzunumuz 600, 20 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. Əlbəttə, bu uğurlar hamını sevindirir.

Məzunlarımın çoxu təkcə Azərbaycanın ali məktəblərində deyil, MDB respublikalarında, həmçinin digər xarici ölkələrdə (Bolqarıstan, İsrail, Almaniya, ABŞ) təhsil alırlar.

Məktəbimizin şagirdləri olimpiadalarda, o cümlədən beynəlxalq olimpiadalarda layiqli yerlər qazanırlar, idman yarışlarında priz kuboklara layiq görülürlər. Məktəbin şagirdləri rus dili fənni üzrə məktəblilərin Açıq Beynəlxalq Olimpiadasında fəal iştirak edirlər. 2008-2009-cu dərs ilində Aynur Mürsəlova (müəllim Barkanova L.B.) Rüfət Hüseynov (müəllim Orlova V.V.) "Svetozar" jurnalının keçirdiyi rus dili fənni üzrə Açıq Beynəlxalq Olimpiadada birinci yeri qazanmış Moskvaya olimpiadaya dəvət olunmuşlar.

Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr edilmiş olimpiadada şagirdlər Kseniya Zorina (9-cu sinif), Aygün Bağırova (10-cu sinif) və Əfsanə Əsgərli (11-ci sinif) yüksək bal toplamışlar. Olimpiada Rusiya informasiya-mədəniyyət mərkəzində keçirilmişdir.

Nikolay Zinovyeviçin yeniliyə təşəbbüsü məktəbdə təhsilin inkişafına müsbət təsir göstərir. 2000-ci ildən Təhsil Nazirliyinin təqdimatına əsasən, 145 nömrəli məktəb YUNESKO əlaqələndirilmə məktəbi olmuşdur. Şagirdlərin özünüidarəetmə orqanı - məktəb parlamenti yaradılmışdır. Parlamentin prezidenti və onun iki müavini hər il şagirdlər arasından seçilir.

Nikolay Zinovyeviç öz təcrübəsini başqaları ilə bölüşə bilir. Son illərdə hər il məktəbin bazası əsasında təhsildə yeni üsullar üzrə elmi-praktik konfranslar, seminarlar keçirilir. Məktəbin ən yaxşı müəllimləri öz bacarıqlarını "açıq dərs"lərdə nümayiş etdirir, məruzələrlə çıxış edirlər. N.Zinovyeviçin özü müəyyən tədbirlərdə iştirak edir, maraqlı pedaqoji kitablar yazır. Artıq onun iki kitabı işıq üzü görüb. "Yaşamaq üçün öyrən", "Daim öyrənməkdə olan ömür" ("Uçitsya, çtobı jit", "Jizn kak postoyannoye uçeniye").

Yeni işə başlayan müəllimlərə direktor xüsusi diqqətlə yanaşır. Onun rəhbərliyi ilə "Gənc müəllim məktəbi" yaradılmışdır. Burada gənc müəllimlər yaşlı nəsildən pedaqoji məharəti öyrənir.

Nikolay Zinovyeviç müəllim rəhbərdir, mənəvi mədəniyyəti vicdanlı sənət sahibi olması ilə seçilən yaradıcılıqla işləyən pedaqoqdur.

Öz işinin ustası olan bu şəxs hər bir sözü əməli ilə öyrədir tərbiyə edir. Cari məsələləri həyata keçirməklə o, eyni zamanda gələcək biliklərin əsasını qoyur.

Bizim məktəb rus dilinin öyrənilməsində respublikada baza məktəbidir. Bununla əlaqədar xeyli görülür: "açıq dərs"lər, məruzələr, tədbirlər, viktorinalar, musiqili-ədəbi kompozisiyalar hazırlanır. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Nikolay Zinovyeviç fəal ictimai işlərə vaxt tapır. Artıq bir neçə ildir ki, o, Azərbaycanda Rus icması sədrinin müavini təhsil üzrə komissiyanın sədridir.

Nikolay Zinovyeviç idarəetmə sistemində yeni müasir yanaşmanın tətbiqinə üstünlük verir. Bu isə təlim-tərbiyə prosesinə effektli nəticələr gətirir.

Rəhbərlik rolunu dərk etməklə Nikolay Zinovyeviç özünü hər şeyi bilən toxunulmaz rəis kimi aparmır, o özünü hami, dost, məsləhətçi kimi aparır. O inanır ki, məktəbdə uğurlu işləmək üçün məktəbi şagirdləri sevmək lazımdır, onu da yaxşı bilməlisən ki, sən şagirdə öyrədirsən. Axı, biliklər uşaqlara həyatda kömək edəcək. Ümuminin xeyrinə xidmət etmək istəyi - öz qəlbinin zəruri tələbi, şəxsi xoşbəxtliyin şərtidir.

Biz yubilyarı, bizim hörmətli Nikolay Zinovyeviçimizi təbrik edir, ona uzun ömür, yaradıcılıq uğurları, enerji, sağlamlıq arzu edirik.

 

 

Növrəstə ƏLİXANOVA

 

Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.5.