Balaca Səma hamını heyrətləndirdi
Sentyabrın 15-də
Bakıdakı 291 nömrəli
"Araz" Ekologiya Liseyində "Bilik günü" münasibətilə
təntənəli tədbir
keçirildi. Dövlət himninin səslənməsi
ilə başlayan tədbiri giriş sözü ilə liseyin direktoru Südabə Mikayılova açaraq müəllimləri,
məktəbə ilk qədəm
qoyan birinciləri və onların valideynlərini təbrik etdi. O, şagirdlərə
həmişə dərslərini
yaxşı oxumağı,
müəllimlərinin tapşırıqlarına
əməl etməyi tövsiyə etdi. S.Mikayılova liseyin uğurlarından danışaraq
bildirdi ki, bu il 5 nəfər məzun 600-dən
çox bal toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə
qəbul olunub.
Çıxış edən
müəllimlər və
ötən ilin məzunları balaca
fidanları təbrik etdilər. I "a" sinfinə
qəbul olan balaca Səma Səfərli bağçada
öyrəndiyi şeirlərlə
tədbir iştirakçılarının
diqqətini cəlb etdi. Yeni tədris ilinin
ilk zəngi çalındıqdan
sonra birincilər dərs keçəcəkləri
otaqlarda yerləşdirildi.
I "a" sinfində dərs deyəcək ibtidai sinif müəllimi
Telli Süleymanovanın
körpə fidanlarla
ilk dərsi maraqlı
keçdi.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.5.