Təhsil Nazirliyində görüş
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur.
Ölkəmizdə səfərdə olan Niderland Krallığı
Senatının sədri
Rene Van der Linden sentyabrın
8-də Təhsil Nazirliyində
olmuşdur.
Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin,
o cümlədən, təhsil
sahəsində əməkdaşlığın
əhəmiyyətindən danışmışdır. O, Prezident
İlham Əliyevin ölkələrimiz arasında
təhsil əlaqələrinin
inkişafına böyük
əhəmiyyət verdiyini
xatırlatmışdır.
Prezident Sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində azərbaycanlı gənclərin
xaricdə təhsil alacağı universitetlərin
sırasına Niderlandın
14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı
artırmaq barədə
niyyəti olduğunu da diqqətə çatdırmışdır.
M.Mərdanov dövlətimizin
hesabına Niderlandın
ali məktəblərində
27 azərbaycanlı gəncin
oxuduğunu bildirmişdir.
Görüşdən məmnun qaldığını
qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin
fəaliyyəti, müvafiq
sahədə beynəlxalq
əlaqələr barədə
ətraflı məlumat
vermişdir.
Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən
tədbirlərdən danışan
Rene Van der Linden azərbaycanlı
gənclərin bu ölkədə təhsili
üçün imkanlar
olduğunu bildirmiş,
ölkələrimiz arasında
müvafiq sahədə
əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin
inkişaf perspektivləri
ilə bağlı müzakirələr aparılmışdır
Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.3.