Bakı Dövlət
Universitetində "Bilik
günü" qeyd edilib
Sentyabrın 15-də Bakı Dövlət Universitetində "Bilik günü"nə həsr
olunmuş tədbir keçirilib. BDU-nun rektoru,
millət vəkili, akademik Abel Məhərrəmov
tələbələri, onların
valideynlərini, müəllim
və tədbir iştirakçılarını "Bilik günü" münasibətilə təbrik
edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı
Dövlət Universiteti
gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında
bütün təhsil
ocaqlarına örnək
olmuş və bu gün də
örnək olaraq qalmaqdadır.
Rektor Abel Məhərrəmov
qeyd etdi ki, bu il
ali təhsil ocağına daxil olan tələbələr
hakimiyyətinin bütün
mərhələlərində məzunu olduğu universitetə ehtiramla yanaşan, onun bütün yubileylərində
iştirak etməklə
yanaşı, maddi-texniki
bazasının inkişaf
etdirilməsinə diqqət
göstərən, alimlərini,
müəllimlərini daim
qayğı ilə əhatə edən, "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", deyərək,
onu milli dövlətçilik tariximizin
ayrılmaz tərkib hissəsi hesab edən ulu öndərimizin
məzunu olduğu elm
ocağına qədəm
qoyublar. Rektor bildirib ki, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı
ilə əhatə olunan universitetimizdə mükəmməl kadrların
yetişdirilməsi, formalaşması
üçün bütün
imkanlar var. Universitetin
yeni tədris korpusunun, məhz möhtərəm Prezidentimizin
qayğısı, maddi
və mənəvi dəstəyi ilə tikilib istifadəyə verilməsi, 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam
imzalaması və yubileydə iştirakı,
məzmunlu nitqi bir daha sübut
edir ki, universitet dövlətin və dövlətçiliyin
keşiyində dayandığı
kimi, dövlət də bu qocaman
təhsil ocağının
arxasındadır.
Rektor bu il universitetə 3500-ə yaxın tələbənin qəbul olunduğunu, respublika üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin təxminən 300 nəfərinin universiteti seçdiyini söyləyib. Bildirilib ki, 9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən 102 nəfər bu təqaüdlə təmin olunacaq ki, onların əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələridir.
Çıxış edən
Coğrafiya fakültəsinin
dekanı, professor Müseyib
Müseyibov ali
məktəbə daxil
olmuş tələbələri
təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Sonra 695 balla
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş Aysel Bəşirli tələbələr
adından çıxış
edərək bundan sonra da valideyn
və müəllimlərin
etimadlarını doğruldacaqlarını,
universiteti müvəffəqiyyətlə
bitirmək üçün çalışacaqlarını
bildirib. Birinci kurs tələbələrinin
valideynləri adından
çıxış edən
Vaqif Hüseynov onları universitetdə yaradılmış yüksək
şəraitdən yararlanaraq
yüksək biliyə,
elmə yiyələnməyə
səsləyib.
Sonda rektor, akademik Abel Məhərrəmov
yüksək bal toplayan gənclərə tələbə biletlərini,
universitetin tarixini əks etdirən bukleti təqdim edib.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.- 17 sentyabr.- S.3.