"Bilik günü" təhsil müəssisələrində
qeyd olundu
Azərbaycan Texniki
Universitetində 15 sentyabr - yeni dərs ilinin
başlanmasına həsr olunmuş tədbir
keçirildi. Mərasim
iştirakçıları əvvəlcə universitetin
birinci mərtəbəsində yerləşən
ulu öndər Heydər Əliyevin büstü önünə tər qərənfil
dəstələri düzdülər. Sonra
bu təhsil ocağının həyətində
başlanan tədbiri universitetin
rektoru Havar Məmmədov
açaraq qonaqları, müəllim və
tələbələri "Bilik günü" - yeni dərs
ilinin başlanması münasibəti ilə
təbrik etdi. Qeyd edildi ki, universitetə 1715
yerə qarşı 1709 tələbə qəbul olunub. Bu, çox
böyük uğurdur.
Azərbaycan Texniki Universitetində 29
istiqamət, 75-dən çox ixtisas üzrə kadr
hazırlığı aparılır. Universitetdə 80-ə
yaxın professor, elmlər doktoru,
350-yə qədər elmlər namizədi, dosent
çalışır. Bir neçə ildir ki, bu təhsil
ocağı Boloniya prosesinə qoşulub. Ümumiyyətlə, tələbələrin təhsilində
informasiya texnologiyalarından
geniş istifadə olunur.
Bildiyiniz kimi, ölkə Prezidenti möhtərəm
İlham Əliyev gənclərin təhsilinə,
onların sosial şəraitinin yaxşılaşmasına
xüsusi önəm verir. Ali və orta ixtisas bazaları
genişləndirilir. Son illərə kimi 2000-dən
çox yeni təhsil müəssisələri
tikilib istifadəyə
verilib. Bu, ölkə
Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın apardığı uğurlu
işin nəticəsidir...
Sonra mərasimdə
iştirak edən millət vəkilləri Gülər Əhmədova,
Elton Məmmədov, Azərbaycan
Respublikası rabitə
və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, yüksək
bal toplamış I kurs
tələbəsi Nigar
Əhmədova, valideyn
Azər Əfəndiyev
və IV kurs tələbəsi Araz Məmmədov çıxış
edərək yeni dərs ili münasibəti
ilə universitetin müəllim və tələbələrini təbrik
etdilər.
Tədbirin sonunda yüksək bal toplayaraq universitetin müxtəlif fakültələrinin I kursuna
qəbul olmuş gənclərə tələbə
biletləri, qiymət
kitabçaları və
hədiyyələr təqdim
olundu.
***
Ölkəmizin bütün
ali, orta
ixtisas və ümumtəhsil məktəblərində
olduğu kimi, Lənkəran Dövlət
Universitetində də
yeni dərs ili - "Bilik günü" təntənə
ilə qeyd edildi.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi,
professor Asəf İsgəndərov
yeni dərs ilinin başlanması münasibəti ilə magistr və tələbələri təbrik
etdi. Bildirdi ki, yeni dərs ilində universitetdə 21 ixtisas üzrə 1500-dək tələbə
təhsil alacaq. Bunun 355 nəfəri ilk dəfə
auditoriyaya qədəm
qoyur.
Universitetin dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı
Mirhaşım Talışlı,
universitet valideynlər
şurasının sədri
Sərhad Məmmədov,
rayon Ağsaqqallar Şurasının
sədri Kamal Kələntərli, valideynlər
adından Alxan Şahverdiyev, Ədalət
Həmidov çıxış
edərək tələbələri
təbrik etdilər, onlara elm və təhsil sahəsində uğurlar arzuladılar.
Tələbələr adından
çıxış edən,
500-dən çox balla
ali məktəbə
daxil olmuş Nərmin Babazadə, Cəmilə Əliyeva və Günəş Bayramlı ürək sözlərini söyləyərək
təhsildə və universitetin ictimai həyatında fəal iştirak edəcəklərinə
söz verdilər.
Universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə
bileti təqdim edildi.
***
Azərbaycan Dövlət Neft
Akademiyasında bu il yüksək
bal toplayaraq adıçəkilən
ali təhsil ocağına qəbul olunan 1-ci kurs tələbələri ilə
görüş keçirildi.
Görüşü Azərbaycan Dövlət
Neft Akademiyasının
rektoru Siyavuş Qarayev açaraq bütün tələbələri
"Bilik günü"
münasibəti ilə
təbrik etdi, onlara müvəffəqiyyətlər
arzuladı. Son illər
ölkə təhsilinin
uğurla inkişaf etdiyini, gənclərin təhsilə, elmə olan marağının artdığını söyləyən
rektor 2010-2011-ci tədris
ilində rəhbərlik
etdiyi ali
təhsil ocağına
1500-ə yaxın gəncin
daxil olduğunu bildirdi. Qeyd etdi ki, ali məktəbə qəbul olunanlardan 84 nəfəri 600, 281 nəfəri
isə 500-dən yuxarı
bal toplayıb. S.Qarayev yüksək
nəticə göstərən
həmin tələbələrin
təhsil alacaqları
illər ərzində
də fərqlənəcəklərinə,
nailiyyətləri ilə
ali məktəbə başucalığı gətirəcəklərinə
ümidvar olduğunu bildirdi. Görüşdə o da vurğulandı
ki, Neft Akademiyasını bitirən
məzunların işlə
təmin edilməsi məqsədi ilə yeni layihələr hazırlanır. Artıq
bir çox gənc bu il iş yeri ilə təmin
edilib.
Sonda gənclərə tələbə biletləri
təqdim olundu.
***
Həmin gün Bakıdakı 35 nömrəli
orta məktəbdə
də təntənə
ilə qeyd edildi. Dövlət himninin səslənməsi
və bayrağın gətirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Naibova müəllimləri, məktəbə
ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik etdi. Onlara dərslərində uğurlar
arzulayaraq bu gün təhsilə göstərilən dövlət
qayğısından söz
açdı.
Tədbirdə çıxış
edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Sevinc Amanava əvvəlki illərlə
müqayisədə bu
gün şagirdlər
üçün məktəblərdə daha yaxşı şərait yaradılmasından,
şagirdlərin üzərinə
düşən vəzifələrdən
söhbət açdı.
Tədbir birincilərin ilk zənglə
sinfə daxil olmalarıyla başa çatdı.
***
Bakıdakı 42 nömrəli orta ümumtəhsil məktəbində
keçirilən "Bilik
günü" mərasimində
ilk zəng çalındıqdan
sonra Azərbaycanın Dövlət bayrağı səhnəyə
gətirildi və himnin sədaları altında qaldırıldı. Tədbir
başlanmazdan əvvəl
ulu öndər Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda şəhid
olmuş məktəbin
məzunlarının əziz
xatirələri bir dəqiqəlik sükutla yad edildi. Təhsili millətin gələcəyi
hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından danışan
tədbirin aparıcıları
məktəb kollektivi
adından təhsil ocağının
yenidən qurulmasında,
əsaslı təmir olunmasında əvəzsiz rolu olan Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak
edən Nəsimi Rayon
İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev və
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət
Qarabağlı
birinciləri təbrik
etdi, onlara dərslərində uğurlar,
müəllimlərə isə
şərəfli peşələrində
daha da ucalmağı arzuladılar.
***
Bayram tədbiri Bakıdakı 57 nömrəli
orta məktəbdə
də geniş qeyd edildi. Yeni dərs ili
məktəb kollektivi
üçün ikiqat
bayrama çevrilib. Belə ki, bu il
təhsil ocağı Təhsil
Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunaraq istifadəyə verilib. Dövlət
himninin səsləndirilməsi
ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aidə Əhmədova müəllimləri
və birinciləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar
arzuladı.
Birinciləri təbrik edən
Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev onlara dərslərində
yaxşı oxumağı,
həmişə valideynlərinin,
müəllimlərinin nəsihətlərini
eşitməyi tövsiyə
etdi.
Yeni Azərbaycan
Partiyasının icra
katibi, millət vəkili Əli Əhmədov da şagirdləri, müəllimləri
və valideynləri təbrik
etdi. Ə.Əhmədov
Azərbaycan dövlətinin
elmə, təhsilə
böyük diqqət
və qayğısından
danışaraq
ölkəmizin daha
da qüdrətlənməsi
üçün gənc
nəslin savadlı olmasının vacibliyini vurğuladı.
Təhsilə göstərilən
diqqət və qayğıdan danışan Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir müavini
Hüseyn Əsgərov da birinciləri təbrik etdi, onlara dərslərindən
həmişə əla qiymətlər almağı
arzuladı.
Tədbir
iştirakçıları məktəbin yenicə təmirdən
çıxmış, müasir avadanlıqlarla təmin
olunmuş binası ilə
tanış oldular.
***
Bakıdakı 239 nömrəli məktəbdə
"Bilik günü" unudulmaz xatirə ilə yadda
qaldı. Birincilər həyəcanla
məktəbin həyətində idilər. Məktəb rəhbərliyi
adından qonaqlara "xoş gəldin" deyən tədbirin
aparıcıları müəllimləri, birinciləri
"Bilik günü"
münasibətilə təbrik etdi. Onlara həmişə dərslərindən
əla qiymətlər almağı, Azərbaycana layiq
olmağı arzuladı.
Çıxış edən
qonaqlar da müəllimləri,
birinciləri və onların valideynlərini təbrik etdilər.
Birincilər müxtəlif şeirlərlə, mahnılarla həmin
günü unudulmaz xatirəyə çevirdilər.
Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.4.