Gəncə təhsili inkişaf yollarında

 

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev öz hakimiyyəti dövründə təhsilin inkişafına xüsusi diqqət yetirmiş, müəllimlik peşəsini ən şərəfli peşə adlandırmış, təhsil alanlara və təhsil verənlərə qayğı göstərmişdir. Sevindirici haldır ki, ulu öndərin kursu möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün uğurla və yaradıcılıqla davam etdirilir. Məhz ölkə Prezidentinin diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilmişdir. Bu müddətdə cənab Prezidentin sərəncamlarına əsasən, təhsil sahəsində 16 irimiqyaslı dövlət proqramı qəbul olunmuşicra edilmişdir. Məktəb infrastrukturunun yeniləşdirilməsinə daha çox diqqət yetirilmişdir.

 

Bu sahədə Heydər Əliyev Fondununonun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə 300-dən çox yeni məktəb binası tikilmiş, 39 məktəb, 10 uşaq bağçası təmir olunmuşdur.

Son illərdə Gəncə şəhərinin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüş, 21, 13 və 38 nömrəli məktəblər üçün yeni binalar tikilmişdir.

 Bu il həmçinin 9, 11 və 42 nömrəli məktəblərdə əsaslı təmir işləri görülmüş, 30 və 43 nömrəli məktəblərin dam örtükləri təmir edilmiş, digər məktəblər isə kollektivlərin öz gücü ilə yeni dərs ilinə hazırlanmışdır. Məktəblərə ötən ildəkindən əlavə 15 fizika, 15 kimya laboratoriya komplekti verilmişdir.

Gəncədə yeni dərs ilində 39 mindən çox şagird təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 4500-ə yaxın müəllim məşğuldur.

Ötən dərs ili şəhərin təhsil müəssisələri üçün uğurlu olmuşdur. Belə ki, M.C.Paşayev adına 39 nömrəli məktəb ölkə başçısının sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş və 10000 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Şagirdlərin əksəriyyəti dərs ilini müvəffəq qiymətlərlə başa vuraraq yuxarı siniflərə keçirilmiş, XI sinif şagirdlərinin 87,5 faizi, IX sinif şagirdlərinin isə 90 faizi mərkəzləşdirilmiş qaydada test imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestatümumi orta təhsil haqqında şəhadətnamə almışlar.

Məzunların ali məktəblərə qəbulu vəziyyəti də ürəkaçan olmuşdur. Belə ki, builki məzunlardan attestat almış 2386 nəfərdən 2068-i qəbul imtahanlarında iştirak etmiş, onlardan 715-i tələbə adını qazanmışdır ki, bu da abituriyentlərin 35,06 faizini təşkil edir və keçən ildəkindən 4 faiz çoxdur. Yüksək bal toplayan abituriyentlərin sayı da ötən ilə nisbətən xeyli artmışdır. 500-dən çox bal toplayan abituriyentlərin sayı bu il 159 nəfər, 600-dən yüksək bal toplayanların sayı isə 40 nəfər olmuşdur. 46 nömrəli məktəbin məzunu Qurbanova Aybəniz Elman qızı şəhər üzrə ən yüksək - 680 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Həmişə olduğu kimi, 2, 4, 11, 14, 17, 32, 39 və 46 nömrəli məktəblər bu ilöz nailiyyətlərini qoruyub saxlaya bilmişlər.

Ötən dərs ili məktəblilər üçün olimpiadalar, müsabiqələr və yarışlarda qazandıqları uğurlarla da yaddaqalan olmuşdur.

Sevindirici haldır ki, ildən-ilə respublika və beynəlxalq səviyyəli olimpiadalarda iştirak edib, qalib olan şagirdlərin sayı artıb. 5 il bundan əvvəlki statistikaya görə sözügedən yarışlarda qaliblər olmadığı halda, bu il fənn olimpiadalarının respublika mərhələsində 4 nəfər Gəncə məktəblisi - 5, 21, 22, 39 nömrəli məktəblərin şagirdləri Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixiriyaziyyat fənləri üzrə qalib olmuşdur. 3 nəfər məktəbli - 19, 22, 29 nömrəli məktəblərin şagirdləri IV İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına qatılaraq İnternet vasitəsilə aparılan seçim turunu qalibiyyətlə keçmiş, olimpiadanın yekun mərhələsində uğurla çıxış etmişlər. Ümumdünya Poçt İttifaqının xətti ilə keçirilən inşa müsabiqəsində 20 və 44 nömrəli məktəblərin şagirdləri respublikada ən yüksək nəticələrə nail olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə VII-XI sinif şagirdləri arasında "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin respublika mərhələsinin Bakı şəhərindəki yekun turunda 5 nömrəli orta məktəbin X sinif şagirdi Ənvərzadə Ənvər İlham oğlu iştirak edərək I yeri tutmuşdur.

2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı təhsil müəssisələrində tamaşalar, konsertlər, uşaqların əl işlərindən ibarət sərgilər keçirilmişdir. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların iştirakı ilə "Nağıl" müsabiqəsi keçirilmiş və yekunlaşdırılmışdır.

Son illər idmanın müxtəlif növlərində də Gəncə məktəbliləri diqqətçəkən müvəffəqiyyətlər qazanmışlar.

Belə ki, ağır atletika üzrə 3 nəfər respublika çempionu, kinq-boksinq üzrə 3 nəfər dünya, 7 nəfər respublika çempionu, sambo üzrə 3 nəfər, sərbəst güləş üzrə 2 nəfər, cüdo üzrə 2 nəfər, karate üzrə 5 nəfər, şahmat üzrə 4 nəfər, dama üzrə 1 nəfər respublika çempionu, poverliftinq üzrə 5 nəfər dünya çempionu adını qazanmışdır. Onlardan bir çoxu Avropa və beynəlxalq turnirə vəsiqə qazanmış və hazırda həmin məsul mərhələyə hazırlaşırlar.

Müharibə şəraitində yaşayan ölkəmiz üçün bu gün ən mühüm vəzifədən biri gənc nəslin sağlam gümrah böyüməsini təmin etməkdən, onların hərbi-vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təşkil etməkdən, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyətini yüksəltməkdən orduya xidmətə yola salınan gənclərdə ilkin hərbi hazırlıq vərdişləri aşılamaqdan ibarətdir. Son illərdə bu vacib sahənin həm şəhər icra hakimiyyətinin, həm təhsil idarəsinin diqqət mərkəzində saxlanması sayəsində müəyyən irəliləyiş əldə edilmişdir. Hər dərs ilinin sonunda gənclər öyrəndiklərini şəhər ictimaiyyətinin gözü önündə nümayiş etdirir.

Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində ötən tədris ilində müəyyən irəliləyiş əldə olunmuşdur. Təhsil idarəsinin tabeliyində 42 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdəki 229 qrupda 4350 uşağın təlim-tərbiyəsi ilə 412 tərbiyəçi məşğul olur. 49  məktəbəhazırlıq  qrupunda hazırlıq  keçmiş 1100  uşaq  bu il I sinfə qədəm qoyub. 2, 26, 34, 39, 46, 47, 53 nömrəli uşaq bağçalarında daha  yaxşı təşkil olunmuşdur. Təsadüfi deyil ki, artıq ənənəyə çevrilmiş nağıl müsabiqəsində bu il məhz həmin müəssisələrin körpə fidanları "Nağıl-2010"un qalibi kimi tanınmışlar.

Şəhər təhsil idarəsinin tabeliyində 8 məktəbdənkənar müəssisə - 3 UGİM, uşaq yaradıcılıq mərkəzi, şahmat məktəbi, ekologiya mərkəzi, gənc texniklər stansiyası, gənc turistlər diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Bu müəssisələrdə təşkil olunmuş 718 qrupda 8402 şagird müxtəlif bölmələrdə məşğul olur 424 müəllim-məşqçi işləyir.

Təhsilin keyfiyyətinin yüksəldilməsində, müəllimlərə lazımi elmi-metodiki köməklik göstərilməsində, yeni fənn kurikulumlarının tətbiqində şəhər təhsil idarəsi metodiki mərkəzinin xidmətləri böyükdür. Etiraf etmək lazımdır ki, son ildə metodiki mərkəzin fəaliyyətində əsaslı canlanma başlanmış, bu qurum müəllimlərin ən çox müraciət etdikləri bir yerə çevrilmişdir. Xüsusilə yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə işləyən müəllimlər metodiki mərkəzin xidmətindən yararlana bilirlər. Son dövrlərdə burada müxtəlif mövzularda monitorinqlər keçirilir, "açıq dərs"lər təşkil olunur, dayaq məntəqələrinin işi canlandırılır.

Sadalanan uğurlar, ilk növbədə ölkə başçısının təhsilə isti münasibətindən, bu sahəni prioritet elan etməsindən, gündəlik diqqət qayğısından, buna uyğun olaraq Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən şəhər rəhbərliyinin dəstəyindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət yeni dərs ilində Gəncənin təhsil işçilərinin uğurlarını daha da artıracaq.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.3.