Qabaqcıl pedaqoji
təcrübə - güclü faktor, dəyərli mənbə
75 illik tarixi olan "Azərbaycan müəllimi"nin
son 5 ilə qədərki saylarında həmişə, məqsədyönlü
və sistemli şəkildə dərc olunan mövzulardan biri
qabaqcıl müəllim və məktəb təcrübəsi
olub. Respublikanın şəhər və kənd məktəblərinin,
yaxud da həmin təhsil müəssisələrində
çalışan müxtəlif fənn müəllimlərinin
tədris sistemindən bəhs edən jurnalist, metodist və ya
alim yazıları, yaxud həmin müəllimlərin
ayrı-ayrı bəhs və ya mövzunun öyrədilməsi
sistemi barədə qələm məhsulları pedaqoji
kollektiv əməyindən, həyatını maarif
çırağının şöləsinə çevirən
müəllim axtarışlarından soraq verir.
Pedaqogika, psixologiya və
ayrı-ayrı fənlər üzrə metodika sahəsində
aparılmış tədqiqatlarda, dissertasiyalarda məktəb
və müəllim təcrübəsi faktlarının təhlil
və təqdir olunması təsdiq edir:
a) qabaqcıl pedaqoji təcrübə
maarif, təhsil sahəsində uğurları təmin edən
güclü faktordur;
b) təhsilin daha da
inkişafı yollarını araşdıran, səmərəli
forma və vasitələr axtaran alim fərziyyələrinin
reallaşdırılmasında qabaqcıl pedaqoji təcrübə
çox dəyərli mənbədir.
Təkcə təhsildə
deyil, istehsalın ayrı-ayrı sahələrində
toplanmış, ümumiləşdirilib elmi-nəzəri cəhətdən
əsaslandırılmış qabaqcıl təcrübədən
istifadə təsdiq edir: qabaqcıl təcrübə
inkişafın başlıca faktorlarındandır;
qabaqcıl təcrübə sosial-mənəvi sərvətdir;
qabaqcıl təcrübə elm və texnikanın istinad
nöqtəsidir; qabaqcıl təcrübə nəzəriyyə
ilə praktikanın vəhdətinin həyati-əməli təsdiqidir...
Elm, sənaye və ya
başqa sahələrdə çalışan
yaradıcı, əməksevər, axtarışa meyilli
insanları səciyyələndirən qabaqcıl
sözü, biliyi, nəzəri hazırlığı ilə
yanaşı, praktik bacarıq və vərdişləri ilə
özgələrdən seçilən vətənpərvər,
milli təəssübkeşliyi ilə fərqlənən
şəxslərin mənəvi-fərdi sərvəti olan təcrübə
ifadəsi ilə birinci növ təyini söz birləşməsi
yaradanda fəlsəfi-sosial mahiyyət kəsb edir.
Dünya təhsilinə
inteqrasiyanın korrelyativ və sistemli, geniş parametrli bir
prosesə çevrildiyi bir zamanda qabaqcıl pedaqoji təcrübə
qazanmaq, həqiqi mənada, milli fədakarlıq, bu təcrübəni
öyrənib, ümumiləşdirib yaymaq əsl vətəndaşlıqdır,
soydaş-həmkarların çoxillik əməyinin nəticəsi
olaraq formalaşmış qabaqcıl pedaqoji təcrübədən
bəhrələnərək tədris prosesinin səmərəliliyini
artırmaq əsl vətənpərvərlikdir.
***
Vaxtilə qəzetdə
(ötən əsrin 80-ci illərinin ortalarında) qabaqcıl
pedaqoji təcrübə ilə bağlı müzakirə
açılmışdı.
Görkəmli pedaqoq və
metodist alimlərin, əməkdar müəllimlərin və
kənd müəllimlərinin mülahizə və fikirlərini
ifadə edən müzakirə xeyli çəkdi. Bu faktla
bağlı əməkdaş müşahidələri belə
oldu ki, məktəblərdə müəllimlər məsələyə
isti münasibət bəsləmişdilər, pedaqoji şura
iclaslarında müzakirə təqdir edilmişdi; qabaqcıl
müəllimlərin təcrübəsini öyrənmək
sahəsində canlanma yaranmışdı.
***
Məktəblərdə və ayrı-ayrı müəllimlərin
fəaliyyətində özünü
göstərən, məzun nailiyyətləri (ali məktəbə qəbulda) və şagird göstəricilərində (olimpiada və yoxlama testlər
aparılmasında, yarımillik və gündəlik qiymətləndirmədə)
əks olunan innovativ fəaliyyət
motivləri artıq ikinci ildir
ki, dövlət başçısı cənab
İlham Əliyevin imzaladığı sərəncam
çərçivəsində "Ən yaxşı
ümumtəhsil məktəbi", "Ən yaxşı
müəllim" müsabiqələri vasitəsilə
üzə çıxarılır. Respublikada təhsil
ocaqlarının yeni binalara
köçürüldüyü, informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi miqyasının genişləndiyi,
İnternet və İntranet şəbəkələrinin tətbiq
olunduğu bir zamanda qabaqcıl təcrübəni (məktəb
və müəllim fəaliyyəti kontekstində) ildə bir dəfə öyrənmək az deyilmi?
Şəhər və
rayon təhsil şöbələri metodkabinetləri əməkdaşlarının,
Azərbaycan Müəllimlər İnstitutu və onun 11
filialında çalışan alimlərin (müxtəlif
ixtisaslar üzrə), Təhsil Problemləri İnstitutu
işçilərinin qüvvəsi ilə, koordinasiya edilməklə,
sistemli, məqsədyönlü, ardıcıl, fasiləsiz
iş görmək mümkündür və bu indi daha
vacibdir.
Ədəbiyyatlardan birində
belə qeyd olunub:
Qabaqcıl pedaqoji təcrübə -
eyni əmək, maddi və mənəvi
maraq şəraitində
pedaqoji fəaliyyət
göstərən, şagirdlərin
təlimi, təhsili və həyata hazırlanması üçün
ən yaxşı son
nəticə əldə
edən müəllim
qabaqcıl, onun göstərdiyi pedaqoji fəaliyyətin məzmunu
isə qabaqcıl pedaqoji təcrübə sayılır. Qabaqcıl pedaqoji təcrübə 5
bölmədən ibarət
planlaşdırılır: 1.Təcrübəsi
öyrəniləcək müəllimin
işinin qısa təhlili. 2.Hazırlıq
işləri, müəllimə
kömək. 3. Təcrübənin
öyrənilməsi. 4. Materialın
tərtibi. 5. Təcrübənin
yayılması.
Qabaqcıl təcrübə
aşağıdakı yollarla
öyrənilir: 1.Təcrübəsi öyrənilən müəllimin
iş planı ilə
***
Qazanılmış pedaqoji təcrübəni təbliğ
etmək üçün
ayrı-ayrı fənlər
üzrə metodik məqalələr məcmüələrinin
(kimya, biologiya, tarix, coğrafiya, fizika və riyaziyyat, ibtidai məktəb və məktəbəqədər tərbiyə,
Azərbaycan dili və ədəbiyyat) nəşrinin sayı və tirajını artırmaq, bunların çapını (bir qismini) dövlət büdcəsindən maliyyələşdirmək
barədə düşünmək
və iş görmək milli təhsilə ən böyük qayğı olardı.
Çoxillik salnaməsi
olan "Azərbaycan müəllimi" qəzeti
səhifələrində yenidən
qabaqcıl təcrübə
guşəsi açmaq,
bu guşənin materiallarını hazırlamaq
üçün tanınmış
alim və metodistlərdən ibarət
mütəxəssislər qrupu
yaratmaq, bu yolla həyatını milli təhsilə həsr etmiş əsl müəllimlərin
əməyini dəyərləndirmək,
qabaqcıl iş təcrübəsini ümumxalq
malına çevirmək
mümkün olar.
Və yeri gəlmişkən bir məsələni də qeyd etmək
yerinə düşərdi. Azərbaycanda
dövlət və özəl ali
məktəblər var. Kimsənin
səviyyə və pedaqoji fəaliyyətinə
xələl gətirmək
niyyətimiz yoxdur. Ali məktəb auditoriyalarında
əsl müəllim,
əsl natiq, əsl vətəndaş enerjisi, həvəsi və bacarığı ilə dərs deyən professor və dosentlərin bu baxımdan tədris sistemini öyrənib, ümumiləşdirib dəyərləndirmək
olmazmı?
Sətirləri ulu Nizami Gəncəvinin misraları ilə bitirirəm:
Əzəldən belədir
insan xilqəti,
Axtarıb tapmaqdır onun xisləti.
Kimisi axtarar sonsuz dənizlər,
Kimisi dənizin dibində gövhər.
İlahinin yaratdığı
insanlar naminə axtarışlar aparanlar hörmət və məhəbbətə layiqdirlər...
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.4.