Yeni təlim texnologiyalarından tədrisdə
istifadəyə dair vəsait
Son illər təhsilimizdə
baş verən yeniliklər, təlimin təşkilinə innovativ
yanaşmalar, onun forma
və üsullarının
təkmilləşdirilməsi yönündə atılan
addımlar müəllimlərin
fəallığını artırmış, yaradıcı
axtarışlarını gücləndirmişdir. Hazırda təhsil
müəssisələrimizdə daha çox tətbiq olunan fəal təlim, müasir, interaktiv təlim metod və üsulları, qeyri-ənənəvi dərslər
və bir çox digər innovasiya elementlərini məhz həmin axtarışların nəticələri
kimi qiymətləndirmək
olar. İndi dərslərini fəal
təlimin prinsip və tələbləri əsasında quran, təlimdə yeni texnologiyalardan geniş istifadə edən, işinə yaradıcı
yanaşan müəllimlər
çoxdur. Belə müəllimlərdən
biri də Bakı şəhərindəki
30 nömrəli orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Şəhla Mirzəyevadır.
Gənc müəllim daim fəal təlim metodlarından tədris prosesində istifadənin yollarının axtarışındadır.
Onlara yaradıcı yanaşır,
hər mövzuya uyğun metod və üsulların seçilməsində və
tətbiqində maraqlı
təcrübəyə malikdir.
Ş.Mirzəyeva bu təcrübəsini "açıq dərs" verməklə, pedaqoji mətbuat vasitəsi ilə digər həmkarları ilə də tez-tez bölüşür. Onun
iş təcrübəsinə
dair məqalələri,
metodik tövsiyələri
vaxtaşırı olaraq
"Azərbaycan müəllimi"
qəzetində, "Azərbaycan
dili və ədəbiyyatı tədrisi"
jurnalında dərc edilir və həmkarları tərəfindən
rəğbətlə qarşılanır.
Yaradıcı müəllimin həmin materiallarının, əsasən
də metodik tövsiyələrinin toplandığı
ilk kitabı bu günlərdə işıq
üzü görmüşdür. "Azərbaycan
dili və ədəbiyyatının tədrisində
yeni təlim texnologiyalarından istifadə"
adlanan bu kitabda (Adiloğlu, Bakı, 2010. Redaktoru Məhəmməd
Baharlı) Ş.Mirzəyevanın
Azərbaycan dili və ədəbiyyatdan müxtəlif mövzuların
tədrisində yeni təlim texnologiyalarının
tətbiqi imkanlarını
açıb göstərən
5 metodik tövsiyəsi
yer almışdır.
Kitabına yazdığı
"giriş"də müəllif
fəal dərsin səmərəliliyini artırmağı
təmin edən şərtlərdən, dərsin
quruluşundan söz açır, "fəal
dərsin induktiv və deduktiv tədqiqat" kimi 2 növünün daha çox yayıldığını
qeyd edir, oxuculara hər iki dərs nümunələrinin
təqdim olunduğunu
bildirir. Yazılarda maraqlı tövsiyələr
irəli sürülür
ki, onlardan da hər bir
müəllimin faydalana
biləcəyi şübhəsizdir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-
2010.- 24 sentyabr.- S.8.