İtaliyalı alim Qərb Universitetinin qonağı olub

 

Sentyabrın 17-də Qərb Universitetində İtaliyanın Peruca Universitetinin rektoru, professor, xanım Stefani Giannini ilə görüş keçirildi.Görüşün məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə  seminarlar, dərslər, konfranslar keçirmək elmi araşdırmaları genişləndirməkdir.

Qərb Universitetinin professoru Fikrət Sadıxov universitet barəsində qonaqlara məlumat verərək bildirdi ki, burada işgüzar inzibatçılıq, Qərb dilləri, kompüter elmləri dizayn, siyasi elmlər fakültəsi fəaliyyət göstərir.Universitet 1991-ci ildən - fəaliyyətə başladığı vaxtdan indiyə kimi yüksəkixtisaslı mütəxəssislər hazırlamaq yönündə faydalı işlər görür. Bu işlər arasında elmi-praktik seminar konfransların, Azərbaycanın xarici ölkələrin tanınmış elm siyasi xadimləri ilə görüşlərin keçirilməsi xüsusi yer tutur.

Sonra xanım Stefani Giannini görüşü təşkil edən Qərb Universitetinin rektorluğuna öz təşəkkürünü bildirdi rəhbərlik etdiyi universitet barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdi. Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri  Mario Baldi  çıxış etdi.

Sonda qonaqlar  Qərb Universitetinin müəllim tələbələrini maraqlandıran suallara cavablar verdilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.7.