Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib

 

Bu günlərdə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının 90 illik yubileyinə həsr olunmuş "İnfokommunikasiya: İnkişaf problemləri perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə akademiyanın rektoru, professor P.P.Vorobienko açmış şad bir xəbəri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır: Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov A.S.Popov adına Odessa Milli Rabitə Akademiyası Elmi Şurasının 30 aprel tarixli qərarı ilə akademiyanın fəxri doktoru seçilmişdir. O, "Fəxri doktor" diplomunu "A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının 90 illik yubiley medalı"nı professor Havar Məmmədova təqdim etmiş, ona konfransın bütün iştirakçılarına uğurlar arzulamışdır.

Üç gün davam etmiş konfransda iştirak edən Beynəlxalq Elektrik Rabitə İttifaqının prezidenti X.İ.Ture, Ukrayna nəqliyyat rabitə nazirinin müavini, Dövlət Rabitə Administrasiyasının başçısı S.V.Krasnokutski, Monqolustan Dövlət Elm Texnologiya Universitetinin rektoru, professor Bayanduren Damdinsuren, M.Tınışpayev adına Qazaxıstan Nəqliyyat Kommunikasiya Akademiyasının prezident-rektoru, professor A.K.Botabekov, Moskva Rabitə İnformatika Texniki Universitetinin rektoru, professor A.S.Ajemov, Beynəlxalq Elektrik Rabitə İttifaqının MDB ölkələri şöbəsinin rəhbəri Orozobek Kayıkov başqaları professor Havar Məmmədovu təbrik etmiş ona yeni-yeni uğurlar arzulamışlar.

 

 

Müşfiq BORÇALI

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.