Azərbaycan Dillər Universitetində
33 tələbə italyan
dilini öyrənir
Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti və İtaliyanın Peruca Universiteti arasında mövcud əməkdaşlığın
davam etdirilməsinə
dair müqavilənin imzalanması mərasimi keçirildi. ADU-un rektoru,
professor Səməd Seyidov
bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Peruca Universiteti arasında əlaqələr
getdikcə artır
və İtaliya ilə olan münasibətlər digər sahələrdə olduğu
kimi, təhsil sahəsində də inkişaf edir. Hazırda universitetdə bir sıra Avropa
ölkələrinin mərkəzləri,
o cümlədən İtaliya
mərkəzi fəaliyyət
göstərir. Bu, italyan
dilini daha yaxşı mənimsəməyə kömək
edir.
Sonra Peruca Universitetinin rektoru,
professor, xanım Stefani Giannini
çıxış edərək
səmimi qəbula görə S.Seyidova təşəkkür
etdi. Universitetlərarası
əlaqələrdən danışan
italiyalı qonaq qarşılıqlı təcrübə mübadiləsi
üçün əlverişli
imkanların mövcud
olduğunu söylədi.
Bildirdi ki, Azərbaycanda italyan dilinə maraq artıb, bu, tələbələrin sayında özünü
göstərir. "Üç
il bundan qabaq universitetinizə səfər etdiyim zaman ADU-da 12 tələbə italyan dilini öyrənirdisə, indi bu dildə oxuyan
tələbələrin sayı
33-ə çatıb".
İmzalanma mərasimindən sonra tədbir ADU-nun
İnformasiya Resurs Kompleksində davam etdi. Tədbirdə İtaliyanın mədəniyyəti,
dili, tarixi haqqında iştirakçılara ətraflı
məlumat verildi. Universitetin II və IV kurs tələbələri
italyan dilində mahnı oxudular. Azərbaycanın 10 bölgəsi barədə məlumatları italyan dilində özündə
əks etdirən slayd təqdim olundu. Heydər Əliyev Fondunun Azərbaycan haqqında reklam çarxı nümayiş
etdirildi.
İtaliyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri
Mario Baldi də universitetdə keçirilən
bu tədbirin əhəmiyyətindən
söz açdı və iki ölkə
arasında dostluq əlaqələrinin daha da genişləndiyindən danışdı
Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.3.