Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər

 

Türkiyə Cümhuriyyətinin Elazığdakı Fırat Universitetinin təmsilçiləri Naxçıvan Dövlət Universitetində oldular. NDU-nun rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq, "bir millət, iki dövlət" məramının universitetlərarası əlaqələrdə uğurla təzahür etdiyini vurğuladı. Naxçıvan Dövlət Universitetinin Türkiyənin Ankara, Qars, Kocaeli, Erciyəz universitetləri ilə sıx əməkdaşlıq etdiyini xatırladan rektor xüsusilə də Elazığ Universiteti ilə tərəfdaşlığın bütün türk dünyası universitetlərinə örnək ola biləcəyini söylədi. Görkəmli ədəbiyyatşünas Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulan "Elazığ çələngi" adlı şeirlər toplusunun əhəmiyyətindən də bəhs etdi.

Elazığ Universitetinin İnsanisosial bilimlər fakültəsininrk dili və ədəbiyyatı müəllimi, dosent, doktor Tarih Özcanmimi qarşılanma üçün minnətdarlığını bildirərək elmi-mədəni əlaqələrin inkişafında, müştərək tədbirlərin həyata keçirilməsində universitet rektorlarının - professor, doktor Feyzi Bingöl akademik İsa Həbibbəylinin fəaliyyətlərinin böyük rol oynadığını bildirdi.

Görüşdə türk dünyasında elmin, təhsilin tərəqqisi üçün birgə həyata keçiriləcək planlardan söz açıldı.

 

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.