Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar

 

AFFA ilə Regional Futbol Federasiyaları İctimai Birliyinin 15 yaşadək futbolçulardan ibarət komandalar arasında birgə təşkil etdiyi "Region kuboku" turnirinə yekun vurulmuşdur.

Üçüncü yer uğrunda oyunda Şəkinin "Gənclik" komandası ilə Qusarın "Şahdağ" klubu qarşılaşmışdır. Oyun 2:1 hesabı ilə Qusar futbolçularının xeyrinə başa çatmışdır.

Final oyunu isə UGİM (Mingəçevir) "Siyəzən" komandaları arasında keçirilmişdir. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitmişdir. Qalib penalti seriyasında müəyyənləşmişdir. 11 metrlik zərbələri dəqiq yerinə yetirən UGİM 8:7 hesabı ilə qələbə qazanaraq "Region kuboku"nun qalibi olmuşdur. 

 

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.8.