Cəlil Məmmədquluzadə - 140

 

Yubiley nəşrləri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 11 fevral 2009-cu il tarixli tədbirlər planı əsasında bir sıra yubiley nəşri hazırlanıb "Əcəmi" nəşriyyatında çapdan buraxılmışdır. Bu münasibətlə ilk növbədə Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri"nin ikicildliyi nəşr edilmişdir. "Seçilmiş əsərləri"n birinci cildinə ədibin dram nəsr əsərləri daxil olunmuşdur.

İkinci cildə isə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin müxtəlif illərdə aşkar etdiyi 300-dən çox bədii-publisist əsərlər məktublar oxuculara təqdim olunur. İkicildliyin tərtibçisi akademik İsa Həbibbəyli bu nəşrə geniş müqəddimə izahlar da yazmışdır. Nəşrin redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Vaqif Məmmədovdur. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar vaxtilə böyük demokrat ədib haqqında çap edilmiş, bu gün əhəmiyyətini saxlayan, nadir nəşrlərə çevrilmiş əsərlər yenidən işlənərək geniş ictimaiyyətə çatdırılmışdır. "Əcəmi" nəşriyyatının çapdan buraxdığı Əziz Şərifin "Molla Nəsrəddin" necə yarandı" monoqrafiyası Qulam Məmmədlinin "Molla Nəsrəddin" salnaməsi (elmi redaktoru akademik İsmayıl Hacıyev) tədqiqatçılar, ədəbiyyat həvəskarları oxucular üçün faydalı olacaqdır. Hər iki əsərdə akademik İsa Həbibbəylinin geniş ön sözü verilmişdir.

Bundan başqa akademik Məmməd Cəfər Cəfərovun vaxtilə Cəlil Məmmədquluzadə haqqında yazdığı "İnsanlar talelər" kinodramı da "Əcəmi" nəşriyyatının yubiley nəşrləri sırasındadır. Həcm etibarilə 400 səhifədən ibarət olan bu naməlum kinodramın əlyazmasını görkəmli alimin arxivindən akademik İsa Həbibbəyli üzə çıxarmış, tərtib etmiş, ön sözlə birlikdə çapa hazırlamışdır. Əsər ilk dəfədir ki, nəşr olunur.

Eyni zamanda, Cəlil Məmmədquluzadənin həyatı yaradıcılığını dünya ictimaiyyətinə çatdırmaq üçün akademik İsa Həbibbəylinin Azərbaycan, ingilis, rus fransız dillərində hazırlanmış tanıtma kitabı da yubiley nəşrləri sırasına daxil edilmişdir.

Dövlət qayğısı sayəsində nəşr edilmiş kitablar Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinə layiqli töhfələrdir. Təqdim edilən yubiley nəşrləri böyük ədibin həyatı yaradıcılığının müstəqillik illərində daha dərindən öyrənilməsinə təbliğinə uğurla xidmət edir.

 

 

M.Sultan

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.1.