Sönən deyil bu
ocaq
Zülmün topu var,
gülləsi var,
qələsi varsa,
Haqqın da bükülməz qolu,
dönməz üzü vardır.
Hüseyn Cavid
Din ruhun anasıdır -
Allah astanasıdır.
Din müqəddəs elmdi,
Yurdum - elim,
dilimdi.
Dil kəsən, ev yıxanlar,
Qan töküb, can yaxanlar,
Allah verən canları
Din adından doğrayan,
İnsanın Allahına
İnamın oğurlayan
Qəlbi kor, vicdanı kar, -
Sən Allahın evində
Şeytana oldun
nökər.
Bu aşura günündə
Baban Yeziddən də sən
Bir az o
yana getdin.
Cavan balalarımı
Qanına qəltan
etdin.
Allahın hüzuruna
Nə üzlə
gedəcəksən?
Əlində günahsız
qan
Mələk
geyimli şeytan.
Nahaq qan yerdə qalmaz,
Sönən
deyil bu ocaq.
Elə od
var, üstünə
Su töksən
söndürməyə
Daha da gur
yanacaq.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.