"Azərbaycan" N-11
"Azərbaycan"
jurnalının noyabr sayı Azərbaycan
Yazıçılar Birliyinin 75 illiyi ilə əlaqədar
Vaqif Yusiflinin "Sənət məbədimiz" məqaləsi
ilə açılır. Yazıda Birliyin yaranmasının
birinci günündən (13 iyun 1934-cü il)
bu vaxta qədər olan müddətdəki fəaliyyətindən
geniş söhbət açılır.
Poeziya həvəskarları
bu yeni sayda İslam Sadığın, Bilal Alarlının, Əlihəsən
Şirvanlının, Şakir Xanhüseynlinin, Atif İslamzadənin
və Sahib Aslanzadənin yeni şeirləri ilə
"Poeziya" bölməsində tanış ola biləcəklər.
Uilyam Somerset
Moemin "Sadiq arvad" üç pərdəli komediyası
Yaşarın tərcüməsində və macar şairi
Şandor Petefenin şeirləri Ağasəfanın
çevirməsində "Yeni tərcümələr"
bölməsində verilib. Ağasəfa həmçinin
şairin yaradıcılığından bəhs edən
"Yanmaq üçün doğulan" başlıqlı
ön söz yazıb.
Mübariz Cəfərlinin
müasirlərimizin həyatından bəhs edən "Əl"
povesvti və Xumar Ələkbərlinin "İtirilmiş
vaxt", "Vərdiş" və "Xilaskar" hekayələri
də bu sayda çap olunub.
Gənc şairlərdən
Aynur, Xatirə Sadıqova, fərid, Faiq Hüseynbəyli və Kəramət
Böyükçöl "Ədəbi gənclik"
bölməsinin qonaqlarıdır.
Jurnal Məmməd
İsmayılın 70 yaşını Cavanşir Yusiflinin
"Məmməd İsmayılın bəxtinə düşən
gün… Yaxud: budağında quş yuvası bir
ağac" məqaləsi ilə təbrik edir.
Ədəbiyyatşünas-alim
Əlyar Səfərlinin, şair Hacı Ələmdar Mahirin,
şair, nasir və dramaturq İlqar fəhminin, görkəmli
tənqidçi Vaqif Yusiflinin, gənc şair Arif
Buzovnalının və "Azərbaycan" jurnalının
baş redaktoru İntiqam Qasımzadənin qəzəl
janrı və əruz vəzni barədə ətraflı
söhbətləri "Qəzəl de ki…"
başlığı altında "Dəyirmi masa"
bölməsində verilib.
Zakir
Sadatlının "Gündoğandan günbatana"
Uğurlu fəxrinin "Nəsrin
poetik axtarışları", Xatirə Quliyevanın
"Dünya maarifçi ədəbi-estetik fikrinin əsas pinsipləri",
Bəsirə Əzizəliyevanın "Livanın
danışan dili" və Sədaqət Həsənovanın
"Mikayıl Müşfiq və ədəbi dilimiz"
yazıları "Tənqid və ədəbiyyatşünaslıq"
bölməsinindir.
Musa Ələkbərlinin
"Yoxuşlar zirvəyə aparır" yazısı isə
"Kitablar, rəylər" bölməsində verilib.
Daimi bölmələrdən
olan "Kitab rəfi"ndə "Heydər Əliyev və
Azərbaycan ədəbiyyatı" (məqalələr)
kitabı barədə, habelə Seyfəddin Rzasoy, Səlahəddin
Xəlilov, Baba Babayev, Rahid S.Ulusel, Əlizadə Əsgərli,
Tahir Hüseynov, Nazif Qəhrəmanlı, Raqub Kərimov, Adil
Cəmil, Azər Abdulla, Reyhan Kənan, Əziz Kərim, Elnarə
Mirzənin və b. yeni kitabları barədə yazılar
verilib.
P.Mahmudova
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.