Miçiqan Universiteti
Yerləşir:
ABŞ, Miçiqan ştatı, Enn Arbor şəhəri
Yaranma tarixi: 1817-ci il
Tipi: Dövlət
İllik gəlirləri:
4,1 milyard ABŞ dolları
İanə fondu: 7,57 milyard
ABŞ dolları
İşçi heyəti: 6238 (akademik heyət),
38000 (inzibati heyət)
Tələbələrin sayı:
56000 nəfər
Rəsmi saytı: www.umich.edu
Miçiqan Universiteti (
Tarixi
Miçiqan
Universiteti 1817-ci ildə Detroyt şəhərində
Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən
yaradılıb. Universitetin banilərindən olmuş Con
Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə
düşüb. 1837-ci ildə Miçiqan
ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor
şəhərinə köçürülməsinə nail
olur. Burada universitetə 40 akrlıq (16
hektar) ərazi ayrılır. Enn Arbor şəhərində
fəaliyyətə başlayan universitetdə ilk dərslər
1841-ci ildə keçirilir və burada çalışan iki
professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun
bitirir. 1871-1909-cu illərdə universitetə
rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək
stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və
tibb fakültələrini yaradır. Miçiqan
Universiteti seminar məşğələsini tətbiq
etmiş ilk Amerika universitetidir.
1900-1920-ci illərdə
universitetin kampusunda stomatologiya və əczaçılıq,
kimya, təbiət elmləri üçün binalar, Hill
auditoriyası, böyük hospital və kitabxana kompleksləri,
iki yataqxana tikilir.
İkinci
Dünya müharibəsi zamanı Miçiqan Universitetində
torpeda gəmiləri hazırlanır, hərbi dəniz
qüvvələri, hava və quruda müdafiə, radiolokasiya
qurğuları yaradılır. 1950-ci
ildə burada təhsil alan tələbələrin
sayı 21000 nəfərə çatır. 1959-cu ildə
"Ford Motor" kampaniyası Miçiqan ştatının
cənub-şərq hissəsində müvafiq tələbatı
nəzərə alaraq ali təhsil müəssisəsinə
196 akrlıq ərazi bağışlayır. Həmin
ərazidə universitetin Derborn kampusu salınır. Soyuq
müharibə və kosmik rəqabət dövründə
strateji tədqiqatlar məqsədilə Miçiqan Universiteti əsas
dövlət subsidiyası alan tədqiqat mərkəzinə
çevrilir və nüvə enerjisinin istifadəsində
dövlətə köməklik göstərir.
14 oktyabr
1960-cı ildə ABŞ prezidentliyinə namizəd Con Kennedi
"Miçiqan İttifaqı" adlı tələbə
klubunun binasında hazırda Sülh Korpusu (ABŞ-da müstəqil
federal agentlik) adlanan konsepsiyanı irəli sürür. 1965-ci ildə
Miçiqan Universitetinin 3000 tələbə və müəllimi
ABŞ-ın Cənub-Şərqi Asiyadakı siyasətinə
qarşı aksiya keçirir. Universitetə
ilk qız tələbələr 1871-ci ildə qəbul olunur.
1980-ci illərdə universitetdə ictimai və
dəqiq elmlər üzrə tədqiqatların
aparılması üçün yardımın məbləği
artırılır. 1980-1990-cı illərdə
Miçiqan Universitetində xəstəxana kompleksi, inzibati
binalar tikilir, kompüter və informasiya texnologiyaları
sürətlə inkişaf edir.
2000-ci ilin əvvəllərində
universitetə dövlət tərəfindən edilən
yardımların məbləği xeyli aşağı
düşür, bu da universitet administrasiyası və həmkarlar
ittifaqları arasında qarşıdurmaya gətirib
çıxarır. 2009-cu ildə universitet daha 30 böyük
bina, kosmik laboratoriya istifadəyə verir. Hazırda
universitetdə 2,5 milyard dollar dəyərində
olan tikinti layihəsi həyata
keçirilir.
Miçiqan Universitetinin elmi nailiyyətləri
Miçiqan
Universiteti kompüter şəbəkəsi (Merit Network) yaradan
ilk elmi-tədqiqat mərkəzlərindən biridir. Universitetin məzunu
olmuş Klod Şenon riyaziyyatda mövcud olan informasiya nəzəriyyəsinə
önəmli yeniliklər gətirib, Conas Solk poliomielit xəstəliyinə
qarşı vaksin kəşf edib. Miçiqan
ştatının Nortern Louer yarımadasında yerləşən
Bioloji stansiya ABŞ-dakı 47 biosfer qoruqlarından biridir.
Universitet optika, virtual yaddaş modeli, simsiz
kompleksli mikrosistem və sosial elmlər sahəsində
böyük uğurlar əldə edib. Miçiqan
Universitetində müharibə, silahlı qüvvələr
sahəsi xüsusi öyrənilir və bu məqsədlə
yeni-yeni qurğular yaradılır. Ali təhsil
müəssisəsinin nəzdində Qrup dinamikası, Siyasi tədqiqatlar,
Əhalinin məskunlaşması tədqiqatları mərkəzləri,
Siyasi və sosial tədqiqatlar konsorsiumu fəaliyyət
göstərir.
2006-cı ildə
Miçiqan Universiteti Miçiqan Ştat Universiteti və Veyn
Ştat Universiteti ilə birgə tədqiqatlar koridoru
yaradıb. Nəticədə
bu universitetlər və Miçiqan ABŞ-ın
yüksək sürətli kompüter şəbəkə
infrastrukturu olan LambdaRaillə elektron şəbəkə
yaradılıb. Miçiqan
Universiteti, Miçiqan Ştat Universiteti və Veyn Ştat
Universiteti ilə Moskva Dövlət Universiteti arasında saniyədə
10 milyard bit verilənlərin ötürülməsi həyata
keçirilir, bu da adi İnternetdən 1000-10000 dəfə
sürətlidir.
Büdcə xərcləri və təhsil haqqı
Ötən il Miçiqan
Universitetinin illik gəlirləri 4 milyard 104 milyon 608 min ABŞ
dolları təşkil edib. Universitetin büdcəsi
əsasən qrantlar, donorların ödəniş və
yardımları sayəsində formalaşır. ötən
il tələbə və müdavimlərin təhsil
haqlarından gələn gəlirlər 791 milyon 221 min, Federal
Hökumət tərəfindən verilmiş qrantlar 712 milyon
963 min, Yerli Ştatın verdiyi qrantlar 9 milyon 649 min ABŞ dolları təşkil edib. İanə (yardım) fondu isə 7 milyard 570 milyona
çatıb. Universitetin ianə fondu
ABŞ-ın yeddinci, ABŞ dövlət universitetləri
arasında isə üçüncü ən böyük
fondudur. Lakin son zamanlar universitetin xərcləri də az olmayıb.
2008-2009-cu tədris
ilində Miçiqan Universitetində illik təhsil haqqı,
orta hesabla, Miçiqan ştatının sakinləri
üçün 11037, başqa yerlərdən gələnlər
üçün 33069 ABŞ dolları təşkil edib. ümumiyyətlə,
bu məktəbdə tələbələrə bir cox güzəştlər
olunur - maliyyə yardımları, qrantlar, iş yerləri,
kreditlər və s.
Universitet bu gün
Miçiqan Universiteti üç tələbə şəhərciyindən
ibarətdir: Enn Arbor, Derborn və
Miçiqan
Universiteti yataqxana sisteminin böyüklüyünə görə
ABŞ-da altıncı yerdə durur. Yataqxanalar üç ərazidə
cəmlənib - Mərkəzi (Betsi, Kembric, Şərqi, Qərbi,
Cənubi, Şimali Dördbucaq, Fletçer, Helen Nyuberi, Marta
Kuk rezidensiyaları) Şimali (Beyts I və II, Bursli, Nortvud
yataqxanaları) kampuslar və Hill Ərazisi (Kouzens, Alisa Loyd,
Meri Markli, Moşer-İordaniya, Stokvell və Oksford
yataqxanaları). Universitetin yataqxana sisteminə,
eyni zamanda Henderson Haus, Hüquqşünaslar Klubu da daxildir.
Elmi mərkəzlər Miçiqan Universitetinin
yataqxanalarında da mövcuddur. Moşer-İordaniya
Holl rezidensiyasında elmi-tədqiqat cəmiyyəti, Rezidensiya
Kollecində ədəbiyyat, elm və incəsənət,
şərqşünaslıq bölmələri fəaliyyət
göstərir. 2006-cı ildə universitet Mərkəzi
kampusun şimal hissəsində yeni yataqxana kompleksinin tikintisinə
başlayır və hazırda bu iş davam etdirilir.
Miçiqan Universitetinin nəzdində
Memarlıq və şəhərsalma (1906), İncəsənət
və Dizayn (1974), Ross biznes (1924), Təhsil (1921), Mühəndislik
(1854), Rekhem ali (1912), İnformasiya (1969), Kineziologiya (1984),
Hüquq (1859), Ədəbiyyat, elm və mədəniyyət
(1841), Musiqi, teatr və rəqs (1880), Tibb (1850), Tibb
bacısı (1893), Səhiyyə (1941), Stomatologiya (1875), Əczaçılıq
(1876), Təbii resurslar və ətraf mühitin mühafizəsi
(1927), İctimai siyasət (1914), Sosial fəaliyyət (1951) məktəbləri
vardır. ümumilikdə, universitetdə
3000 fakültə mövcuddur. Miçiqan
Universitetinin Tibbi kampusunda məktəblərdən başqa
üç xəstəxana, onlarla ambulator poliklinika, tibbi
yardım və tədqiqat mərkəzləri yerləşir.
Miçiqan
Universitetinin kitabxana sisteminə 8 milyondan çox kitab daxildir. Bu rəqəm hər il 177000 artır. Universitetdə
19 kitabxana vardır. Kitabxanalar, həmçinin
təhsil müəssisəsi kimi fəaliyyət göstərərək
tələbə, müəllim və tədqiqatçılara
kurslar, proqramlar təklif edir. "JSTOR"
adlanan verilənlər bazasında 75000 rəqəmsal səhifə
yerləşdirilib. Universitet bu
yaxınlarda kitablarını şəbəkəyə
qoşmaq üçün "Google" axtarış sistemi
ilə birgə razılaşma imzalayıb. 31 avqust 2006-cı ildə universitet, ilk mərhələ
kimi, kitabların bir hissəsini artıq bu şəbəkədə
yayımlayıb. Miçiqan Universitetinin nəşriyyatı
və mətbuatı bu təhsil müəssisəsinin
kitabxana sisteminin bir hissəsini təşkil edir.
Miçiqan
Universitetinin muzeyləri Enn Arbor şəhərciyində cəmlənib. Mərkəzi
kampusda Təbii tarix (eləcə də Paleontologiya), Kelsi
arxeologiya və Təsviri incəsənət muzeyləri,
Şimali kampusda isə Uorren Robbins və Slasser qalereyaları
yerləşir. Təbii tarix muzeyinin Rutven binasında
geologiya, paleontologiya, antropologiya sahəsinə, hindu
mədəniyyətinə aid eksponatlar saxlanılır. Eləcə də burada quşların, həşəratların,
suda-quruda yaşayan, sürünən canlıların əksər
nümunələri, Miçiqanda tapılmış dinozavr
qalıqları saxlanılan Zoologiya muzeyi mövcuddur.
2002-ci ildən
Miçiqan Universitetinə ixtisasca həkim olan Meri Syu Koulman rəhbərlik
edir. O,
universitetin sayca 13-cü prezidentidir. M.S.Koulmanın
ofisi Enn Arbor şəhərciyində qədim binada yerləşir.
ümumilikdə, universitetdə 6200-dən
çox akademik heyət, 38000 inzibati işçi
çalışır. Onların əksəriyyəti
ABŞ Milli Akademiyasının üzvləri, Nobel, Pulitser
mükafatları laureatlarıdır. Hazırda
Miçiqan Universitetində 56000 tələbə təhsil
alır. Onların 65%-i ədəbiyyat, elm
və mədəniyyət, 20%-i Mühəndislik məktəblərində
təhsil alır. Magistrların əksəriyyəti
Biznes, doktorantların çoxu isə Ədəbiyyat, elm və
mədəniyyət məktəblərində təhsil
alır.
Miçiqan
Universiteti dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən
biridir. Bundan irəli gələrək, gələcəkdə
mükəmməl təhsil verən bu elm ocağında azərbaycanlı
gənclərin də təmsil olunmağını arzu edirik.
Miçiqan Universitetinin məşhur məzunları
Cerald Ford - ABŞ-ın
38-ci prezidenti
Henri Ho - Tayvanın
maliyyə naziri
Marvan Qassem - İordaniyanın
xarici işlər naziri
Xalid Toukan -
İordaniyanın təhsil naziri
Kamal Əhməd Qənzouri -
Misirin sabiq baş naziri
Lamberto Dini - İtaliyanın
sabiq baş naziri
Culio Frenk - Meksikanın
səhiyyə naziri
Raul Vallenberq - məşhur
İsveçrə diplomatı (II Dünya müharibəsi
dövründə minlərlə yəhudini
xilas edib)
Lerri Peyc
-"Google" axtarış sisteminin
yaradıcısı
Mozes Homberq -Amerika alimi,
"radikallar kimyasının atası"
Stenli Koen -tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Marşall Nirenberq - tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Tomas Ueller - tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Devid Pulitzer - fizika üzrə
Nobel mükafatı laureatı
Tinq - fizika
üzrə Nobel mükafatı laureatı
Cerom Karl - fizika və
kimya üzrə Nobel mükafatı laureatı
Riçard Smolli - kimya
üzrə Nobel mükafatı laureatı
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.5.