Ali təhsil müəssisələrinin rəhbərləri
ilə müşavirə
keçirilib
Yanvarın 7-də Təhsil Nazirliyində
ali təhsil müəssisələrinin
rəhbərləri ilə
müşavirə keçirilib. Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi
barədə", "Ali təhsil
müəssisələrinin reytinqini müəyyənləşdirən
metodikanın təqdimatı",
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası",
"Ali təhsil müəssisələrində
təhsil sənədlərinin
(diplomların) alınması,
saxlanılması, doldurulması,
verilməsi və uçotu haqqında" məsələlər müzakirə
olunub.
Müşavirəni açan təhsil naziri Misir Mərdanov
müzakirəyə çıxarılan
məsələlərin vacibliyini
qeyd edib.
Gündəlikdəki birinci məsələdən danışan
nazir bildirib ki, son illər həyata keçirilən
bir sıra tədbirlər, xüsusən
də Təhsil Nazirliyində Mərkəzi
Operativ Qərargahın,
"Qaynar xətt"in,
ali məktəblərdə
müvafiq qərargahların
yaradılması, qeyri-hökumət
təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarəti
həyata keçirmələri,
yol verilmiş neqativ halların aradan qaldırılması
üçün görülmüş
operativ işlər nəticəsində semestr
və dövlət imtahanlarında obyektivlik və şəffaflığın
təmin edilməsi istiqamətində mühüm
uğurlar qazanılıb.
Nazir həmin vasitələrdən
istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə
əmin olduğunu vurğulayıb.
Köçürmələrlə bağlı
yaranmış narahatlığı
ali məktəb rəhbərlərinin diqqətinə
çatdıran Misir Mərdanov son vaxtlar az da olsa
köçürmələr edilərkən kredit sisteminin tələblərinin
pozulduğunu, köçürülən
tələbələr fənləri
dinləmədən onlara
göndərişlər verildiyini,
fərq imtahanlarında
qiymətlər yazıldığını
və kreditlər hesablandığını, bütün
bunların isə həmin tələbələrdə
haqlı narazılığa
səbəb olduğunu
bildirib, bu məsələləri diqqət
mərkəzində saxlamalarını
ali təhsil müəssisələrinin rəhbərlərinə
tapşırıb.
Təhsil sənədlərinin
alınması, saxlanılması,
doldurulması, verilməsi
və üçotuna
toxunan nazir bunların çox ciddi məsələlər
olduğunu bildirərək
bununla bağlı mövcud qaydalara dəqiq əməl etmələrini ali
təhsil müəssisələrinin
rəhbərlərinə tövsiyə
edib.
Təhsil naziri bir məsələnin
də onu narahat etdiyini söyləyib. Bildirib ki, bu gün
ölkəmizin ali məktəblərinə
daxil olanların hamısına, layiq oldu, olmadı, onu bitirmələri barədə diplomlar verilir. Halbuki xarici ölkələrin
universitetlərində oxuyanların,
təxminən, 70 faizi
diplom ala bilir. Misir Mərdanov mütəxəssis hazırlığının
keyfiyyətinə, ali məktəblərin
nüfuzuna mənfi təsir göstərən
bu məsələ barədə də fikirləşməyin vaxtı
çatdığını bildirib.
Sonra təhsil
naziri müzakirəyə
çıxarılmış ikinci məsələ - ali məktəblərin
reytinqinin müəyyənləşdirilməsi
barədə fikirlərini
müşavirə iştirakçıları
ilə bölüşüb.
Nazir bildirib ki, ən ciddi
məsələlərdən biri olan ali məktəblərin
reytinqinin müəyyənləşdirilməsi
ilə bağlı Təhsil Nazirliyində artıq ilyarımdır ki, iş aparılır.
Müvafiq metodika hazırlanıb, rəy və təkliflərin bildirilməsi üçün
ali məktəblərə
göndərilib. Hazırlanmış metodika müşavirə iştirakçılarına təqdim
edilib. Nazir vurğulayıb ki,
təqdim olunan sənəd hazırlanarkən
dünyanın bir sıra ölkələrinin
bu sahədəki təcrübələri öyrənilib
və nəzərə
alınıb. Təqdim
olunan metodikaya əsasən ali
məktəbin reytinqinin
üç meyarın
- ali məktəbin potensialı; ali məktəbin fəallığı
və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması
- cəminə əsasən
müəyyən olunduğunu
bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə
olunan indikatorlar haqqında da geniş məlumat verib.
Təqdim olunan metodika ətrafında müşavirədə
geniş fikir mübadiləsi aparılıb. çıxış edən
ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib,
təkliflərini bildiriblər.
Daha sonra müşavirə iştirakçılarına
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası
barədə məlumat
verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya
Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb.
Nazir proqramın
aidiyyəti bəndinə
uyğun olaraq ayrı-ayrı ali
təhsil müəssisələrinin
də İnkişaf Proqramlarının hazırlanmalı
olduğunu bildirib və həmin proqramlarda öz əksini tapması məqsədəmüvafiq sayılan
tədbirləri diqqətə
çatdırıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 8 yanvar.- S.2.