Azərbaycan Dövlət
Pedaqoji Universitetində
tələbələr kompüter vasitəsi
ilə imtahanları verdilər
2009-2010-cu tədris
ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və
obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədilə
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
lazımi tədbirlər
görülüb. Bu barədə
məlumat verən
ADPU-nun rektoru, professor Yusif
Məmmədov bildirdi
ki, hazırda əyani şöbə üzrə bütün imtahanlar Boloniya prosesinin tələbləri
səviyyəsində "Bir şagird- bir kompüter" layihəsi
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının
təhsil sisteminin informasiyalaşdırılması
üzrə
Dövlət Proqramı"
çərçivəsində həyata keçirilir. Gələcəkdə
qiyabi şöbədə
oxuyan tələbələr
üçün də
bu sistemin tətbiqi nəzərdə
tutulur. Şəbəkə
İnternetə qoşulmaqla
valideynlər də öz uşaqlarının imtahan
vermələrini izləyə
bilərlər.
Sonra keçirilən
imtahanları
yerində müşahidə
etmək məqsədilə ADPU-nun tədris-metodika
şöbəsinin müdiri, dosent Namiq Hacıyev
və universitetin imtahan nəzarət qrupunun rəhbəri, dosent Qulaməli Balaşovla birlikdə tələbələrin
imtahan verdikləri kompüter mərkəzinə
daxil olduq. Tarix fakültəsinin 103 və 106-cı qrup tələbələri, qonşu
otaqda isə riyaziyyat, riyaziyyat və informatika fakültələrinin I-IV kurs tələbələri
imtahan verirdilər.
Tələbələrdən Şövqi
Həsənli (riyaziyyat
və informatika ), İlahə Soltanova (tarix ), Famil Soltanov (riyaziyyat) və başqaları imtahanlara verilən vaxt başa çatmasa da, yüksək nəticə əldə edərək imtahan otaqlarını tərk etdilər. Onlar bu anda imtahanların
şəffaf keçməsi
üçün göstərilən
qayğıya və yaradılan şəraitə
görə universitet rəhbərliyinə
minnətdarlıqlarını bildirməyi də unutmadılar.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.2.